Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Ġynənin sınıb toxumalarda qalması



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə60/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   165
Tibb bacısının işi

Ġynənin sınıb toxumalarda qalması-köhnə, nazik iynələrlə aparılan inyeksiyalar zamanı bu cür 
fəsad baş verə bilər. İnyeksiya zamanı sağrı əzələlərinin güclü təqəllüsü də iynənin sınmasına səbəb ola 
bilər. Əgər sınmış iynənin ucu dərinin üstündə görünərsə, dərhal pinsetlə çıxarılmalıdır. Əks halda cərrahi 
əməliyyat aparılmalıdır.
Sinir kötüklərinin zədələnməsi-sinir kötükləri əzələdaxili və venadaxili inyeksiyalar zamanı iynə 
ilə mexaniki və dərmanla kimyəvi zədələnə bilər. Bu da nevrit (sinirin iltihabı), parez və ifliclər kimi 
fəsadlara gətirib çıxara bilər. Buna görə tibb işçisindən inyeksiyaların texnikasına tam yiyələnmək və iynə 
vurulan yerin topoqrafiyasına dəqiq bələdlik tələb olunur.
Dərmanın səhv yeridilməsi-yeridilməli preparat əvəzinə səhvən başqa dərman yeridildikdə həmin 
nahiyəyə və onun ətrafına fizioloji məhlul (50-80ml) yeritmək və soyuq qoymaq lazımdır. Dərialtı 
inyeksiyalar zamanı dərman yeridilən yerdən yuxarı kəmər qoyulur. Səhv yeridilən dərmana qarşı başqa 
preparatların vurulması məsələsini mütləq həkim həll etməlidir.
Nekroz-canlı orqanizmdə toxumaların məhəlli ölümü olan nekroz güclü qıcıqlandırıcı dərmanların 
səhvən və dəri altına yeridilməsi zamanı, yaxud venepunksiyanın ağırlaşması zamanı baş verir. Bu, ən çox 
dəri altına 10%-li kalsium xlorid məhlulu yeritdikdə olur. Bu zaman həmin nahiyiyə fizioloji məhlul 
yeridərək, soyuq qoyurlar. Bunlar kömək etmədikdə nekrotik toxumalar cərrahi yolla kənar edilir.
Hematoma-venepunksiya düzgün aparılmadıqda dərialtına qansızma və çıxan qanın laxtalanaraq 
toplanması kimi meydana cıxır. Belə halda iynə cıxarılır və yeri spirtli steril tamponla silinir. Hematoma 
olan yerə yarımspirtli sarğı qoyulur.
Flebit-inyeksiya aparilan vena divarının fiziki və ya kimyəvi qıcıqların təsirindən baş verən iltihabı 
prossesdir. 
Tromboflebit-vena divarının iltihabı ilə birgə trombun olmasıdır. Flebit və tromflebitlərin ilkin 
dövrlərdə müalicəsi konservativdir. Sepsis-sepsis orqanizmin ümumi irinli infeksiyası olub, inyeksiyalar 
zamanı və qanköçürmə üçün olan sistemlərin, ya da köçürülən məhlulların bakterial çirklənməsi zamanı 
baş berir. Bu cür sepsisə angiogen sepsis deyilir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin