Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə61/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 53 
Baş gicəllənməsi, ürək ritminin dəyişməsi ilə kollaps-bu cür ağırlaşmalar sistem ilə preparatların 
venaya çox sürətlə verilməsi zamanı müşahidə edilir. Kollaps zamanı qan təzyiqi kəskin enir. Bu zaman 
xəstəyə ürək-damar preparatları vurulur, xəstənin ayağına isitqac qoyulur.
Pirogen reaksiyalar-keyfiyyətsiz dərman preparatları, saxlama müddəti keçmiş dərmanlar 
orqanizmə yeridildikdə bədən hərarətinin yüksəlməsi, qızdırma, üşütmə, titrəmə və s. hallara rast gəlinir.
Allergik reaksiyalar-həssaslığı yüksəlmiş orqanizm müxtəlif dərmanların yeridilməsinə qarşı 
müxtəlif reaksiyalar verə billər:dəridə qaşınma, səpğilər, Kvinke ödemi, kəskin zökəm və kəskin 
konyuktivit.
Anafilaktik Ģok-bu, allergik reaksiyaların ən ağır formasıdır. Əlamətləri:dərinin qızarması, dəridə 
qaşınma, öskürək tutmaları, təngnəfəslik, qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, dəri 
rənginin sonradan göyərməsi və huşun itməsi. Qeyd etmək lazımdır ki, bu simptomlar müxtəlif 
kombinasiyalarda meydana çıxır. Bu əlamətlər bir neçə dəqiqədən tutmuş 30-40 dəq. ərzində baş verir. 
Anafilaktik Ģok zamanı yardım: 
-inyeksiya yerindən yuxarı ətrafa kəmər qoyulur; 
-vena daxilinə (yaxud dəri altına) 0,5-1 ml 0,1%-li adrenalin yeridilir; 
-xəstəyə oksigen verilir; 
-vena daxilinə 5-10 ml 2,4%-li eufillin, damcı üsulu ilə poliqlükin və s. yeridilir; 
-xəstəyə narkotik preparatlar vurulur; 
-xəstəyə kortikosteroid (kortizon, hidrokortizon və s. ), desensibilizə edici (dimedrol, suprastin və s. ) və 
ürək dərmanları (strofantin, korqlükon) yeridilir.
Piy (dərman) emboliyası-yağlı məhlulların (məsələn, kamfora) səhvən venaya yeridilməsi zamanı 
ağ ciyər damarlarının piy emboliyası baş verə bilər. Əlamətləri:ürək nahiyəsində qəfləti ağrılar, boğulma, 
öskürək, döş qəfəsinin yuxarı nahiyəsində dərinin göyərməsi.
Hava emboliyası-şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi zamanı 
rast gəlinir. Gecikmiş ağırlaşmalara isə virus hepatiti, sifilis, QİÇS (qazanılmış immun çatmamazlıq 
sindromu) xəstəliklərinin baş verməsini göstərmək olar.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin