Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə63/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   165
Tibb bacısının işi

 
Zərdablar və qlobulinlər 
İmmunzərdablar və immunoqlobulinlər bakteriya, virus və ekzotoksinlərə qarşı (ilan, hörümçək 
zəhəri) antitelə malik olub, passiv immuniteti təmin edirlər.
Məlumdur ki, antitellər bir çox infeksiyalarda müdafiə rolu oynayır. Lakin qanda antitellərin kifayət 
qədər yüksək miqdarı yalnız xəstəlik başlandıqdan 2-3 həftə sonra toplanır. Buna görə xəstəyə 
immunzərdab və ya immunoqlobulin şəklində süni antitellər yeridilir ki: 
a) Xəstəliyin yaranma təhlükəsi varsa, qarşısı alınsın,
b) Xəstəlik başlayıbsa, müalicə olunsun.
İmmun zərdabları infeksion xəstəlik keçirmış insanların və ya hiperimmunizasiya olunmuş 
heyvanların (at, buğa, camış) qanından hazırlayırlar.
Zərdablar qaranlıqda +3 +10
0
temperaturda saxlanılır, xəstəyə yeridilmədən bədən temperaturuna 
qədər isidilir və d/a və ya ə/d yeridilir. Zərdablar şəffaf, rəngsiz və ya zəif sarımtıl məhlullardır. Ampulu 
zədələnmiş, içində çöküntü, əlavə qarışıqlar olan dərman istifadəyə yararsızdır.
Tərkibində insan orqanizminə yad antitel olduğu üçün xəstələrdə allergiya, zərdab xəstəliyi, hətta 
anafilaktik şok yarada bilər. Bu halların profilaktikası məqsədilə qutunun içinə 1:100 nisbətdə 
durulaşdırılmış zərdab qoyulur və xəstəyə zərdab vurulmazdan əvvəl durulaşmış məhlulla d/i sınaq 
qoyulmalıdır.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 55 
MÖVZU 27 
 
AUTOHEMOTERAPĠYA VƏ NOVOKAĠN BLOKADASI.
 
Autohemoterapiya-xəstənin özündən alınmış qanın yenidən öz orqanizminə yeridilməsilə aparılan 
müalicə üsulu olub, immun sistemini möhkəmləndirir və fəallaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır.
Autohemoterapiya üsulu təbabətdə illər boyu istifadə olunur və çox yaxşı nəticələr verir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin