Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə66/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   165
Tibb bacısının işi

blokadaları təklif etmiĢdir: 
-boyunun vaqosimpatik blokadası. Simpatik, azan və diafraqmal sinirlərə təsir göstərir.
-bel (paranefral ) blokadası. Diafraqma arxası sinir köklərinə təsir göstərir.
-futlyar (aşağı və yuxarı ətraf) ətraflarda müxtəlif səviyyələrdə sinir keçiriciliyini dəyişdirir.
-paranefral və s.
Bütün növ blokadalar üçün 0,25-0,5%-li novokain məhlulu istifadə olunur. İltihabi proseslərdə bura 
müxtəlif antibiotiklər əlavə olunur.
Novokain blokadasına göstərişlər bunlardır:kəskin iltihabi xəstəliklər və yerli nekroz; boşluqlu 
orqanların (bağırsaq, öd kisəsi, sidik axarları) distoniyası; damar spazmları; travmatik və hemotransfuzion 
şok; naməlum etiologiyalı kəskin ağrılar; yanıq və donmalar. Terminal vəziyyətlərdə, yayılmış peritonitdə, 
fleqmona və formalaşmış abseslərdə, novokainə qarşı həssaslıq olduqda novokain blokadası əks 
göstərişdir.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 57 
MÖVZU 28 
 
ORQANĠZMƏ TƏSĠR VASĠTƏLƏRĠ:BANKA, XARDAL, ZƏLĠ, KOMPRESS, 
QANBURAXMA, ĠSĠTQAC VƏ BUZ QOVUĞUNUN QOYULMA TEXNĠKASI 
BANKALAR 
Bankalar 30-70 ml hǝcmǝ malik olan şüşǝ qablardır. Bankanın içərisindəki havanın yanması 
səbəbindən əmələ gələn mənfi təzyiq nəticəsində banka dəriyə kip yapışır, bu isǝ hǝmin nahiyǝnin qan vǝ 
limfa dövranını güclǝndirǝrǝk toxumaların qidalanmasını yaxşılaşdırılır, bunun da nǝticǝsindǝ iltihab 
ocaqları tez sorulur. Göstǝriş:tǝnǝffüs yollarının iltihabı xǝstǝliklǝri, nevralgiyalar, miozitlər, radikulitlər 
və s. Əks göstǝriş:ağ ciyǝr qanaxması, ağ ciyǝr vǝrǝmi, bǝd xassǝli yeni törǝmǝlǝr, dǝri xǝstǝliklǝri, 
yüksǝk qızdırma, qıcolma, ümumi zǝiflǝmǝ. Bankaları ürǝk nahiyǝsinǝ, döş vǝzilǝrinǝ, onurğa sütununa 
qoymaq olmaz. Bankaları qoymaq üçün aşağıdakıları hazırlamaq lazımdır:emal olunmuş qaba 10-16 
banka, vazelin, 96%-li etil spirti, fitil, kibrit, pambıq, dǝsmal. ĠĢin gediĢi: 
1) qaba yığılmış bütün lǝvazimatları xǝstǝnin yatağının yanına qoymalı; 
2) xǝstǝni ona rahat vǝziyyǝtdǝ uzatmalı. Əgǝr banka kürǝyǝ qoyulursa, onda xǝstǝ qarnı üstǝ uzanmalı, 
başını yana çevirmǝli, qollar isǝ balışa qoyulmalıdır; 
3) Bǝdǝnin lazım olan hissǝsi paltardan azad edilir; 
4) Dǝri vazelin ilǝ yağlanır; 
5) Fitil spirtdǝ isladılır, artığı sıxılır; 
6) Fitil yandırılır, sol ǝlǝ 1-2 banka alınır, cǝld hǝrǝkǝtlǝ fitil bankaya salınıb çıxarıldıqdan sonra banka 
dǝriyǝ bǝrk sıxılır. Alov bankada havanı seyrǝldir, dǝri onun içinǝ dartılaraq tünd-qırmızı rǝng alır. Yadda 
saxlamalı! Alov ancaq havanı qızdırmalıdır, ǝgǝr bankanın qıraqlarını qızdırarsa, dǝridǝ yanıq ǝmǝlǝ gǝlǝ 
bilǝr. 
7) Xǝstǝnin üstü isti adyalla örtülür vǝ o, 10-15 dǝqiqǝ uzanmalıdır; 
8) Bankalar növbǝ ilǝ çıxardılır. Banka yüngülvari kǝnara itǝlǝnir, o biri ǝlin barmağı ilǝ bankanın 
kǝnarındakı dǝri sıxılır.
9) Dǝri pambıqla silinir, xǝstǝyǝ tez geyinmǝyǝ kömǝk etmǝli, üstü isti örtülmǝli vǝ 20-30 dǝqiqǝ 
uzanmalıdır.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin