Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
59
kəskin cərrahi xəstəlikləri və əzilmələr (ilk 3 gün) zamanı istifadə edilir.
Buz qovuğunu bədən səthinə
dəsmala büküb qoymaq lazımdır.
Zəlilər: Zəlilər şirin sularda yaşayan 8-10 sm uzunluqda, qaramtıl-yaşıl hermofrodit qurdlardır.
Zəlinin başında sormac vardır. Sormacın içində çənə və dişlərlə birlikdə ağız yerləşir. Zəli dişlərini insan
dərisinə batıraraq qan sorur. Bu zaman onun ağız suyunda olan müxtəlif maddələr qana keçir və müalicəvi
təsir göstərir. Qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif
xəstəlikləri müalicə
edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur.
Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi
və s. ) müalicə etmək mümkündür.
Dostları ilə paylaş: