Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Qidanın orqanizmə daxil olması mürəkkəb fizioloji proses olub, 3 əsas funksiyanı yerinə



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə72/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   165
Tibb bacısının işi

Qidanın orqanizmə daxil olması mürəkkəb fizioloji proses olub, 3 əsas funksiyanı yerinə 
yetirir: 
1. Qida orqanizmin enerji ehtiyatıdır. Bu, həm orqanların fizioloji fəaliyyətinə sərf olunan enerjini, həm də 
xarici fəaliyyət zamanı itirilən enerjini təmin etməlidir. Bu funksiyaya energetik funksiya deyilir.
2. Plastik funksiyadır. Orqanizmdə gedən bərpa proseslərinə sərf olunan maddələrlə orqanizmi təmin 
etmək vəzifəsini yerinə yetirir. Plastiki funksiya da energetik funksiya kimi bütün həyat boyu davam edir.
3. Qidadan orqanizmin həyat fəaliyyəti üçün lazım olan mübadilə proseslərinin requlyatoru kimi istifadə 
olunur. Buna requlyator funksiya deyilir.
Deməli, orqanizmin normal inkişafını, fəaliyyətini təmin etmək üçün gün ərzində qəbul edilən qida 
yuxarıda göstərilən hər 3 funksiyanı yerinə yetirə bilməlidir. Buna rasional qidalanma deyilir. Başqa sözlə 
desək, rasional qidalanma orqanizmin normal inkişafını və fəaliyyətini təmin edən qidalanmadır. İnsanda 
doyma hissinin yaranması hələ rasionla qidalanma deyildir.
Rasio-latınca ağıl, düşüncə deməkdir. Yəni “ağılla qidalanma”, bu qidalanma necə olmalıdır? Qida 
birinci növbədə daxili və xarici fəaliyyətə sərf olunan bütün enerjini ödəməlidir. Lakin artıq olmamalıdır. 
Orqanizmin enerji tələbatı yaşdan, cinsdən, əmək fəaliyyətinin növündən, xarakterindən, ətraf mühitin 
vəziyyətindən asılıdır. Bu enerji kalori ilə hesablanır. 1 kq suyu 10
0
C qızdırmaq üçün lazım olan istiliyin 
miqdarına 1 kkalori deyilir. Zülalın 1 q-ı yandıqda-4,1 kkal, 1q yağ-9, 3 kkal, 1 q karbohidrat yandıqda isə 
4,1 kkal enerji ayrılır. Yeyinti məhsullarının kaloriliyi onun tərkibində olan bu 3 inqridentin miqdarına 
əsasən hesablanır. Orta fiziki əməklə məşğul olan adamın normal fəaliyyəti üçün 3000-3500 kkal 
lazımdır. Bədənin çəkisini artırmaq üçün yüksək kalorili, əksinə, azaltmaq üçün az kalorili qida qəbul 
edilməlidir.
Əgər orqanizmə lazımi miqdarda qida qəbul edilmirsə, o zaman ehtiyat mənbə sərf olunur. Birinci 
növbədə ehtiyat piy sərf olunur ki, bu da insanın arıqlamasına səbəb olur. Əksinə, artıq qida qəbulu 
piylənmə yaradır. Bütün qida maddələri zülal, yağ, karbohidrat, vitaminlər, minerallar və sudan ibarətdir. 
Bunlara qida inqridentləri deyilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin