Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə75/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   165
Tibb bacısının işi

Pəhrizlə müalicə-müalicə məqsədilə qidadan istifadə edilməsidir. Belə qidalar müəyyən saatlarda, 
uyğun miqdarda, +60° S-dən yuxarı və +10° S-dən aşağı olmamalıdır. Hazırda mütəxəssislər tərəfindən 
xəstələr üçün 15 əsas dietik pəhriz hazirlanmışdır.
Pəhriz stolu-müəyyən xəstəlik və ya xəstəliklər qrupu zamanı xəstənin müalicəsi üçün müsbət 
əhəmiyyətə malik yeməklərin kompleksidir.
1a №-li pəhriz-xora xəstəliyinin ilk 8-10 günü və qastritin kəskinləşmə dövründə (ilk 2 gün) tətbiq 
olunur. Belə qidadan kimyəvi, mexaniki və termiki qıcıqlandırıcılar çıxarılır, mədədə uzun müddət qalan 
və mədə şirəsini artıran maddələr kəskin məhdudlaşdırılır. Zülal-80 q, yağlar-80-90 q, k/h-200 q, 
enerjililiyi-2000 kkalori olmalıdır. Qida qəbulu az paylarla, sutkada 6-7 dəfə olmalıdır.
1b №-li pəhriz-mədə və 12 barmaq bağırsağın xora xəstəıiyinin 10-20-ci günü, xroniki qastritin 
kəskinləşməsi (xəstəliyin 2-3 günü) zamanı göstərişdir. Pəhrizdə xörəklər suda və ya buxarda hazırlanır, 
duru və püre şəklində verilir. Suxarı, kəsmik, buxarda bişmiş ət və balıq xörəkləri artırılır. Zülal-100 q, 
yağ-100 q, k/h-300q, enerjililiyi-2600 kkalori olmalıdır.
1№-li pəhriz-xora xəstəliyi (kəskinləşməsindən sonrakı sağalma dövrü), sağalma dövründə olan 
kəskin qastrit, xroniki qastritin (mədə turşuluğu saxlanılan və artan formaları) kəskinləşməsi zamanı tətbiq 
olunur. Qida əsasən suda və buxarda hazırlanır. Qida sutkada 4-5 dəfə qəbul edilir, axşamlar süd və 
qaymaq verilir. Kalorisi və zülal, yağ, k/h normal miqdardadır.
2№-li pəhriz-sekretor çatmamazlıqla müşayiət olunan və sağalma fazasında olan xroniki qastritin 
kəskinləşməsi, sağalma mərhələsində olan kəskin qastrit, enterit və kolitlər, sağalma dövründə olan 
xroniki enterit və kolitlərdə tətbiq olunur. Bu zaman həzm üçün asan olan və mədəni kəskin 
qıcıqlandırmayan qidalar verilir. Xəstə gündə 4-5 dəfə, az-az qida qəbul etməlidir.
3№-li pəhriz-qəbizliklə müşayiət olunan bağırsağın xroniki xəstəliklərində təyin olunur. Pəhrizdə 
bağırsağın peristaltikasını artıran və onun boşalmasını sürətləndirən qidalar verilir. Xəstə gündə 3 dəfə 
qida qəbul etməlidir. Səhərlər balla soyuq su, yaxud meyvə şirəsi, axşamlar kefir, meyvə kompotu (təzə 
meyvə, təzə qara gavalı) içilməsi məsləhət görülür.
4№-li pəhriz-ishalla müşayiət olunan kəskin bağırsaq xəstəlikləri və həmin xəstəliklərin 
kəskinləşməsi zamanı təyin olunur. Pəhrizdən süd, qəhvə, meyvə şirələri, ədviyyat, pendir və kəskin 
qidalar çıxarılır. Kimyəvi tərkibi:zülal-80 q, yağ-70 q, k/h-250 q, enerjililiyi-2000 kkal. Xəstə gündə 5-6 
dəfə, az paylarla qida qəbul edir.
5a№-li pəhriz-kəskin hepatit və xolesistitlər, öd daşı xəstəliyi, xroniki hepatit və xolesistitin 
kəskinləşməsi, kəskin və xroniki pankreatit, qaraciyər sirrozu (qaraciyər çatışmazlığı ilə birgə), xora 
xəstəliyi, xroniki qastrit zamanı təyin olunur. Məqsəd qaraciyər üçün maksimal sakitlik yaratmaq, həzm 
traktını kimyəvi, mexaniki və termiki qıcıqlardan qorumaqdır. Kimyəvi tərkibi:zülal 90-100 q, yağlar 70-
75q, k/h 350-400 q, enerjililiyi 2500-2600 kkalori. Xəstə az porsiyalarla, gündə 5-6 dəfə qidalanır.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin