Qeyri-iradi defekasiya-anusun sfinktorunun boşalması nəticəsində baş verir. Bu zaman xəstələrin
anusundan daim az-az duru nəcis axır ki, bu da yatağı bulaşdırır, xəstənin anusu ətrafındakı dərini yeyir,
nəticədə yataq yaralarının əmələ gəlməsinə səbəb olur. Tibb bacısı belə xəstələrin təmizliyinə xüsusi fikir
verməlidir. Xəstənin oması altına hava vurulan rezin ləyən qoyulur. Yaxşı olar ki, xəstə 3 hissədən ibarət
xüsusi çarpayıya qoyulsun. Belə çarpayının ortasında ləyən olur.
Sidik saxlaya bilməmək-sidik yolları xəstəliklərində, sidik kisəsi sfinkterini boşalması nəticəsində,
onurğa beyinin anadangəlmə qüsurları və travması, ruhi sarsıntı və s nəticəsində sidik kisəsindən qəflətən
müəyyən miqdarda, daima damcı-damcı və ya hərdən bir hissə-hissə sidiyin gəlməsidir. Belə
vəziyyətlərdə ayaqda olan xəstələrə xüsusi sidik qabları verilir ki, onlar qayışla xəstənin belinə və buduna
bağlanır. Yataqdakı xəstələrin altına isə müşəmbə salınır və rezin ləyən qoyulur. Belə xəstələrdə sidik
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
68
dərini qıcıqlandırmasın deyə gigiyena qaydalarına riayət olunması çox vacibdir. Xəstələr tez-tez
yuyundurulur, qurulanır, aralıq nahiyəsinə və sağrılarına vazelın çəkilir.
Qazburaxma-bağrsaqlarda toplanmış qaz 3-5 mm qalınlığında və 30-50 sm uzunluğunda rezin boru
ilə buraxılır. Boruya vazelin sürtülür. 20-30 sm dərinlikdə düz bağırsağa yeridilir. Borunun sərbəst ucu
içində su olan ləyənin içinə salınır. Bağırsaqda borunu 2-3 saat saxlamaq olar. Bundan sonra onu
çıxarmaq, ehtiyac olarsa bir neçə saat sonra yenidən salmaq olar. Sutka ərzində bir neçə dəfə etmək olar.
Borunun bağırsaqda fasiləsiz uzun müddət qalması bağırsaqların selikli qişasını zədələyə bilər.
|