Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə85/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   165
Tibb bacısının işi

 
DUODENAL ZONDLAMA.
 
Oniki barmaq bağırsaq, qara ciyər, öd kisəsi, mədə altı vəz xəstəliklərində diaqnostik məqsədlə bu 
üsuldan istifadə edilir. Səhər acqarına aparılır. Uzunluğu 1,5 m, 4-5ml diametrində nazik elastik zond, 
ucunda xüsusi müayinə üçün ucluq olur. Üzərində 3 nişan olur, 45 sm, 70 sm, və 80 sm ölçülərində. Bu da 
mədə zondlanması kimi aparılır.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 70 
MÖVZU 34 
 
ĠMALƏLƏR, NÖVLƏRĠ 
 
Ġmalələr-müalicə və diaqnostika məqsədilə yoğun bağırsağın aşağı hissəsinə müxtəlif mayelərin 
yeridilməsidir. Təmizləyici, sifon, qidalı, dərman və damcı imalələri olur.
İmalə üçün Esmarx qabından istifadə olunur. 1-2 l su tutan emallı, şüşə və ya rezin qabdır. Onun 
altındakı deşiyə 1,5 m uzunluğunda diametri 1 sm olan yoğun rezin boru taxılır. Bağırsağa buraxılan su 
kranla tənzim edilir. Borunun ucuna şüşə və ya plastik kütlədən hazırlanmış 8-10 sm uzunluğunda ucluq 
taxılır. Təmizləyici imalə-qəbizlikdə, mədə-bağırsaq sistemini və böyrəkləri rentgenoloji müayinəyə 
hazırladıqda, operasiyadan, doğuşdan, abortdan, dərman imalələrindən əvvəl qoyulur.
Əks göstəriş:anus nahiyəsində kəsiklər, kəskin iltihab, qanayan babasil, düz bağırsağın dağılma 
mərhələsində olan şişləri, mədə-bağırsaq qanaxmaları və s. Bunun üçün Esmarx qabı, onu asmaq üçün 
ştativ, maye, otağın temperaturunu ölçmək üçün termometr, müşəmbə, ləyən olmalıdır. Xəstəni sol böyrü 
üstə çarpayıya uzadır, o, ayaqlarını qarnına sıxıb, dizdən qatlaylr. Sağrısının altına ləyən, ləyənin altına 
müşəmbə qoyulur. Esmarx qabına 1-1,5 l otaq temperaturunda su tökür, onu yuxarıya qaldırıb, ucluğu 
aşağı salaraq suyu azca buraxırlar, onunla birlikdə qabdakı hava da çıxır. Bundan sonra qabı aşağı 
salmadan rezin borudakı kranı bağlayırlar. Əvvəlcə ucluğa vazelin sürtür, onu xəstənin sağrılarını aralayıb 
bura-bura anusa yeridirlər. Əvvəlcə 3-4 sm göbəyə tərəf, sonra 5-8 sm büzdümə paralel yeridir və kranı 
açırlar. Esmarx qabını 1-1,5m yuxarı qaldırırlar, su təzyiq altında yoğun bağırsağa girir.
Ucluq nəcislə tutulduqda su bağırsağa daxil ola bilmir. Belə hallarda Esmarx parçını yuxarı 
qaldırmaq, ucluğun istiqamətini dəyişmək lazımdır. Bu da kömək etməzsə, ucluq bağırsaqdan çıxarılıb 
təzədən yuyulmalı, kran açılaraq keçiriciliyi yoxlanılmalı və təkrar düz bağırsağa yeridilməlidir. Bəzən 
nəcis kütlələri elə bərk olur ki, imalə qoymaq mümkün olmur. Belə hallarda əlcək geyib barmaqlara 
vazelin sürtüb düz bağırsağı bərk nəcis kütlələrindən təmizləmək lazım gəlir. Esmarx parçının dibində su 
az qaldıqda kran bağlanır (hava keçməsin deyə) ucluq çıxarılır. Yaxşı olar ki, xəstə suyu bağırsaqda 10 
dəq. saxlasın.
İmaləni qurtardıqdan sonra Esmarx parçını, rezin borunu yuyub qurulayır və tənzifə bükürlər. Ucluq 
isə əvvəlcə ilıq su və sabunla yuyulur, qaynadılır və işərisində dezinfeksiyaedici məhlul olan qabda 
saxlanılır. Adi su ilə qoyulan imalə bağırsaqları həmişə təmizləmir. Suyun təsirini artırmaq üçün ona ½ 
çay qaşığı uşaq sabunu, 2-3 x/q qliserin, 1-2 x/q xörək duzu və s. əlavə etmək olar. 1,5-2,0 L-dən artıq su 
yeritmək olmaz.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin