Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə87/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   165
Tibb bacısının işi

Emulsiyalı maddələrlə imalə-müxtəlif tərkibli emulsiyalar hazırlamaq olar:a) 2 stəkan çobanyastığı 
dəmləməsini 1 yumurta sarısı, 1 çay qaşığı soda və 2 x/q vazelin (və ya qliserin) ilə qarışdırırlar; b) ½ 
xörək qaşığı su ilə 1 çay qaşığı balıq yağını 50-100 ml suda qarışdırırlar. Aparılma texnikası yağlı 
imalələrdə olduğu kimidir.
Dərman imaləsi-dərmanların ağızdan qəbuluna əks-göstərişlər olarsa və ya bu yolla verilməsi 
mümkün olmazsa, dərmanlar düz bağırsaqdan yeridilir. Dərman imalələri təsirinə görə 2 cürdür:yerli və 
ümumi təsirli dərman imalələri. Yerli təsir göstərən dərman imalələri, əsasən, yoğun bağırsağın iltihabi 
xəstəlikləri zamanı işlədilir. Orqanizmə ümumi təsir göstərən dərmanları bədənə yeritmək üçün ümumi 
təsir göstərən dərman imalələrindən istifadə edilir. Dərman imaləsindən 20-30 dəq. əvvəl xəstəyə 
təmizləyici imalə edilməlidir.
Dərmanlar mikroimalələr şəklində yeridilir. Bu zaman məhlulun həcmi 50-200 ml, hərarəti isə 35-
380 S olmalıdır. Xəstə qıçlarını bükərək qarnına sıxmaqla sol böyrü üstə uzanır, sol əlin barmaqları ilə 
sağrılar aralanaraq sağ əldə tutulmuş və vazelin sürtülmüş nazik rezin boru 15-20 sm uzunluğunda düz 
bağırsağa yeridilir. İçərisində dərman olan balon rezin borunun xaricdə qalan ucuna birləşdirilir, 
içərisindəki dərman düz bağırsağa yeridilir. Sonra nazik boru sıxılır (içərisindəki dərmanın çölə axmaması 
üçün), balon rezin borudan ayrılır və içərisinə hava yığılaraq yenidən boruya taxıb sıxmaqla dərmanın 
boruda qalmış hissəsi düz bağırsağa yeridilir. Bundan sonra rezin boru bağırsaqdan çıxarılır, yuyulur, 
qaynadılır və içərisində dezinfeksiyaedici məhlul olan qabda saxlanılır.
NiĢasta imaləsi-kəskin kolitlərdə bağırsağın peristaltikasını azaltmaq üçün tətbiq edilir. 5 q nişasta 
100 ml suda əridilir, sonra 100 ml qaynar su əlavə olunur. Sonra 40 dərəçəyə qədər soyudulub düz 
bağırsağa yeridilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin