Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
74
MÖVZU 36
TƏNƏFFÜS SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠ ZAMANI LABORATOR VƏ
ĠNSTRUMENTAL MÜAYĠNƏ METODLARI
Qanın müayinəsi əsas laborator müayinə metodlarından biridir. Bütün xəstəliklər zamanı istifadə
olunur. Qanın ümumi kiliniki və biokimyəvi müayinə metodu ayırd edilir.
Qanın ümumi analizində formalı elementlərin kəmiyyət və keyfiyyət dəyişikliyi,
hemoqlobinin
miqdarı və eritrositlərin çökmə sürətinin müəyyən edilməsi (EÇS) əsas məqsəd güdür. Qan barmaqdan
götürülür.
Biokimyəvin müayinə zamanı qanda şəkərin,
bilirubinin, xolesterinin, zülalın və s. miqdarı
öyrənilir. Qanı dirsək venasından səhər acqarına götürürlər. Sidiyin
müayinəsi tənəffüs sistemi
xəstəliklərində:o qədər də dəqiq nəticə vermir.
Əsas laborator müayinə metodu bəlğəmin müayinəsidir. Adi bakterioloji və mikroskopik müayinə
üçün sutka ərzində ifraz olunan bəlğəmi götürürlər. Bəlğəm ağzı qapalı xüsusi bankaya yığılır.
Mikroskopik müayinə zamanı bəlğəmin rəngi, xarakteri, konsistensiyası nəzərə alınır. Bəlğəmin xarakteri
bronxlarda və ya ağciyərlərdə gedən patoloji prosesləri aşkara çıxarır. İrinli bəlğəm xroniki, selikli-irinli
bronxit zamanı, bronxektaziya xəstəliyi, ağciyər absesi zamanı, selikli və
selikli-irinli bəlğəm isə
bronxitlər, pnevmoniyalar zamanı müşahidə olunur. Krupoz pnevmoniya zamanı paslı bəlğəm müşahidə
olunur. Al qanlı bəlğəm isə ağ ciyər şişi, bronxektaziya xəstəliyi, həmçinin ürək astması tutması zamanı
nəzərə çarpır. Bronxial astma zamanı bəlğəm adətən selikli, qatı olur.
Rentgenoskopiya-döş qəfəsinin (ağciyərlərin, bronxların, traxeyanın) öyrənilməsi üçün imkan verir.
Rentgenoskopiya zamanı plevra vərəqlərində, bronxlarda gedən patoloji
prosesləri ekran vasitəsilə
görməyə imkan yaranır. Rentgenoqrafiya tənəffüs orqanlarının rentgen şüalanması vasitəsilə
fotoplyonkada təsvirinin fiksə olunmasıdır.
Dostları ilə paylaş: