Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Bronxoqrafiya zamanı baĢ verən ağırlaĢmalar



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə92/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   165
Tibb bacısının işi

Bronxoqrafiya zamanı baĢ verən ağırlaĢmalar anesteziya, kontrast maddənin yeridilməsinə 
orqanizmin reaksiyası və bunun ağciyərlərdə qalması ilə əlaqədar ola bilər. Bronxoqrafiyadan sonra 
temperatur qalxa bilər. Belə xəstələri yatağa uzadır, bol içirdir, sakitləşdirici və yuxu dərmanları verirlər. 
Onlara yaxşı qulluq etmək lazımdır.
Bronxoskopiya. Traxeya və bronxların içərisini bronxoskop adlanan xüsusi cihazla əyani müayinə 
etmək metodu.
Diaqnostika məqsədilə bronxoskopiyanı traxeya və ya bronxların şişlərini, bronxların və ağ 
ciyərlərin irinli ocaqlarını dəqiqləşdirmək, traxeya və bronxlardakı yad cisimləri tapmaq, xüsusilə tənəffüs 
yollarının rentgenoneqativ (qeyri kontrast) və başqa xəstəliklərində tətbiq edirlər.
Müalicə məqsədilə bronxoskopiyadan traxeya və bronxlardan yad cisimləri, bronx sekretini 
çıxarmaq və dərmanları bilavasitə iltihab yerinə yeritmək üçün istifadə edirlər.
Bronxoskop-işıq və optik sistemləri olan, ucları deşik metal borucuqlardan ibarətdir. Həmçinin 
alətlər dəstində keyləşdirici dərmanın tozunu səpən cihazlar, dərmanları bronxlara yeritmək, bronxdan 
mayeləri sormaq üçün borucuqlar, yad cisimləri çıxarmaq və biopsiya üçün maşalar, ucluqlar, 
pambıqtutanlar və s. də olur. Müayinə başlanmamışdan əvvəl tibb bacısı işıq sistemini yoxlayır, baxış 
borularını, qarmaqları, maşaları və pambıqtutanları sterilizə edir. Lampanı və dəstəyi spirtlə yaxşı silir. 
Cərrahiyyə stoluna steril materialı:pambıq tamponları, qarmaqları, maşaları və lazımi olan bütün 
dərmanları düzür.
Proseduranı yerli keyitmə ilə, yaxud narkoz altında aparırlar. Narkozu uzatmaq üçün atropin və ya 
0,1%-li metasin məhlulu vururlar. Bronxoskopiyada yerli keyitmə almaq üçün dərmanı (dikain, kokain, 
trimekain) sürtür, tozunu səpir, yaxud xəstəyə onunla nəfəs aldırırlar. Həmçinin 10%-li novokain 
məhlulunu 5%-li heksametilentetramin (urotropin) məhlulu ilə qarışdırıb vururlar. Keyitməni 2-3 dəqiqə 
ara verib 2-3 mərhələdə aparırlar. Əvvəlcə udlağın, sonra qırtlağın və səs tellərinin selikli qişasını 
keyidirlər, nəhayət, keyləşdirici məhlulu qırtlaq şprisi ilə traxeyaya tökürlər.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin