Tənəffüsün aĢağıdakı tiplǝri ayırd edilir: 1) Çeyn-Stoks tipli tǝnǝffüs:tǝnǝffüsün dǝrinliyi tǝdricǝn artır, sonra azalır, bundan sonra davamiyyǝti bir
neçǝ saniyǝdǝn bir dǝqiqǝyǝ qǝdǝr olan pauza baş verir.
2) Biot tipli tǝnəffüs:bǝrabǝr dǝrinlikli tǝnǝffüs fonunda uzunmüddǝtli pauza.
3) Kussmaul tipli tǝnǝffüs:bǝrabǝr seyrǝk tǝnǝffüs tsikli dǝrin küylü nǝfǝsalma vǝ güclǝnmiş nǝfǝsvermǝ
ilə əvəz olunur.
Qǝflǝtǝn inkişaf edǝn boğulma tutması astma adlanır. Ürǝk vǝ bronxial mǝnşǝli olur. Hǝr ikisi tǝcili
müdaxilə tǝdbirlǝri tǝlǝb edir. Ona görǝ xǝstǝlǝrdǝ boğulma tutması baş verǝn kimi hǝkimǝ müraciǝt
etmǝk lazımdır.
Xǝstǝnin döş qǝfǝsini paltardan azad etmǝli, ona yarımoturaq vǝziyyǝt vermǝli, pǝncǝrǝni açaraq
otağa tǝmiz hava gǝlmǝsini tǝ'min etmǝli. Bronxial astma tutması zamanı (hǝkimin göstǝrişinǝ ǝsasǝn)
dǝrman preparatları tǝkcǝ inyeksion yolla deyil, hǝm dǝ aerazol inhalyasiya vasitǝsilǝ hǝyata keçirilir.
Aerozolun dozası hǝkim tǝrǝfindǝn tǝ'yin edilir.
Öskürǝk-mürǝkkǝb qoruyucu reflektor akt olub, bronx vǝ yuxarı tǝnǝffüs yollarından bǝlğǝm vǝ ya
yad cismi çıxarmaq üçün yönǝldilmişdir. Xarakterinǝ görǝ quru vǝ yaş olur.
Yaş öskürǝk çoxlu miqdarda bǝlğǝm ifrazı ilǝ gedǝrsǝ, xǝstǝyǝ elǝ vǝziyyǝt vermǝk lazımdır ki,
bǝlğǝm yaxşı çıxsın. Quru ǝzabverici öskürǝk zamanı natrium hidrokarbonatın inhalyasiyası, isti süd, çay,
yayındırıcı terapiya kimi banka, xardal, isti ayaq vannaları yaxşı tǝ'sir edir.
Bǝlğǝm, xüsusi ilǝ dǝ vǝrǝmli xǝstǝlǝrin bǝlğǝmi yoluxma mǝnbǝyi olduğu üçün xǝstǝlǝr şǝxsi
gigiyena qaydalarına ciddi riayǝt etmǝlidirlǝr. Bǝlğǝmi yığmaq üçün xǝstǝyǝ cib tüpürcǝk qabı verilir. Bu
qaba 1/4 hissǝsinǝ qǝdǝr 3%-li xloramin mǝhlulu tökülür. Bǝlğǝmi kanalizasiyaya axıdırlar. Vǝrǝmli
xǝstǝlərin bǝlğǝmini isǝ xüsusi peçdǝ yandırırlar. Cib tüpürcǝk qabı hǝr gün boşaldılmalı, qaynar su ilǝ
yuyulmalı, 2%-li hidrokarbonat mǝhlulunda 30 dǝqiqǝ müddǝtindǝ qaynadılmalıdır. Bǝlğǝmin ümumi
analizi üçün, bəlğəm sǝhǝr yemǝkdǝn ǝvvǝl xǝstǝnin dişini tǝmizlǝyib, ağzını yaxaladıqdan sonra tǝmiz,
geniş boğazlı bankaya yığılır. Bankanın üstünǝ xǝstǝnin familiyası, şöbǝsi, palatası, ayın tarixi vǝ