Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
77
MÖVZU 37
TƏNƏFFÜS SĠSTEMĠ ÜZVLƏRĠNĠN PATOLOGĠYASI ZAMANI XƏSTƏLƏRĠ
MÜġAHĠDƏ VƏ QULLUQ
Tǝnǝffüs sisteminin ǝsas funksiyası orqanizmi oksigenlǝ tǝmin etmǝkdir. Tǝnǝffüsü müşahidǝ edǝn
zaman onun tezliyini, dǝrinliyini vǝ ritmini müǝyyǝn edirlǝr. Normada tǝnǝffüs hǝrǝkǝtlǝri ritmiki olub,
sakit halda kişilǝrdǝ dǝqiqǝdǝ 16-20, qadınlarda isǝ 18-22-dir. Uzanan vǝziyyǝtdǝ tǝnǝffüsün sayı azalır.
İdmançılarda tǝnǝffüsün tezliyi dǝqiqǝdǝ 6-8-ǝ qǝdǝr azala bilǝr. Döş tipli (qadınlarda), qarın
tipli
(kişilǝrdǝ) vǝ qarışıq tipli tǝnǝffüs olur. Tǝnǝffüsü müşahidǝ zamanı elǝ etmǝk lazımdır ki, xǝstǝlǝr bunu
bilmǝsin, çünki o qǝsdǝn tǝnǝffüsün dǝrinliyini, tezliyini vǝ ritmini dǝyişǝ bilǝr.
Tǝnǝffüsün tezliyini yoxlayan zaman xǝstǝnin ǝlindǝn tuturuq, güya onun nǝbzini yoxlayırıq, o biri
ǝlimiz isǝ ya döş qǝfǝsinǝ, ya da epiqastral nahiyǝyǝ qoyularaq, 1 dǝqiqǝdǝ tǝnǝffüsün tezliyi sayılır.
Tǝnǝffüs sisteminin xǝstǝliklǝri zamanı aşağıdakı patoloji simptomlar meydana çıxır:tǝngnǝfǝslik,
öskürǝk, qanhayxırma, döş qǝfǝsindǝ ağrı vǝ bǝdǝn t-nun yüksǝlmǝsi.
Tǝngnǝfǝslik-bu hava çatmamazlığı
hissi olub, tǝnǝffüsün çǝtinlǝşmǝsi kimi özünü göstǝrir.
Tǝngnǝfǝslik fizioloji vǝ patoloji olur.
Patoloji tǝngnǝfǝslik-inspirator vǝ ekspirator olur. İnspirator tǝngnǝfǝslik üçün küylü çǝtinlǝşmiş
nǝfǝsalma
xarakterikdir ki, bu da yuxarı tǝnǝffüs yollarında mexaniki maneǝ (qırtlağın stenozu, iri
bronxun şişlǝ sıxılması vǝ s. ) zamanı olur. Ekspirator tipli tǝngnǝfǝslik zamanı isǝ nǝfǝsvermǝ çǝtinlǝşir
(mǝs:bronxial astma) . Ritmin vǝ tǝnǝffüsün dǝrinliyinin patoloji pozğunluqlarına baş beynin vǝ onun
qişalarının xǝstǝliklǝri (beynǝ qansızma, beynin şişlǝri, meningit), habelǝ ağır intoksikasiyalar zamanı
(uremik, diabetik koma) rast gǝlinir.
Dostları ilə paylaş: