Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
79
MÖVZU 38
LARĠNQOSPAZM, BRONXOSPAZM, HĠDRO VƏ PNEVMOTORAKS
HAQQINDA ANLAYIġ
Bronxospazm tənəffüs orqanlarının xəstəlikləri olan xəstələrdə müşahidə olunur. Bu da təngnəfəslik,
quru və ya bəlğəmli
ösükrəklə müşayiət edilir, nəfəs aldıqda və öskürdükdə döş qəfəsində ağrılar olur.
Tənəffüs tezləşir. Bronxospazm
əsasən obstruktiv bronxit, bronxial
astma xəstəliklərinin əsas
sindromudur.
Bu vaxt əsasən 3 faktor əhəmiyyət kəsb edir:
1. Bronxiolların spazmı;
2. Bronxların selikli qişasının ödemi;
3. Xırda və orta kalibrli bronxların hipersekresiya nəticəsində tutulması.
Bu faktorların təsiri nəticəsində birdən-birə boğulma dərəcəsinə qədər çata bilən təngnəfəslik baş
verir. Bu zaman nəfəsvermə prosesi çətinləşir.
Xəstədə tənəffüsün tezləşməsi, fitəbənzər nəfəsvermə,
tənəffüsdə köməkçi əzələlərin (qarın və çiyin əzələləri) iştirakı nəzərə çarpır. Xəstədə ümumi narahatlıq,
dərinin və xüsusən ağızətrafının sianozu aydın görünür.
Tez-tez boğulma tutmaları ilə davam edən bronxial astma xəstəliyi xroniki
hala keçir və ağ ciyər
emfizemasına gətirib çıxarır. Belə xəstələrdə xroniki tənəffüs çatmamazlığı müşahidə olunur. Tutmalar
zamanı xəstə məcburi vəziyyət alır, oturaq və ya ayaqüstü vəziyyətdə durmağa üstünlük verir. Tutmalar
bir neçə saata qədər çəkə bilər, bəzən qısa fasilələrlə təkrar edilir.
Dostları ilə paylaş: