Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə97/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 80 
3. Spontan.
Terapevtik praktikada spontan pnevmotoraks daha böyük əhəmiyyət kəsb edir. Bunun isə 2 
formasına:qapalı və qapaqlı-klapanlı (açıq pnevmotoraks döş qəfəsini dəlib keçən yaralanmalar zamanı 
müşahidə olunur) daha çox rast gəlinir.
Qapalı pnevmotoraks havanın plevradakı dəlikdən plevra boşluğuna keçməsi zamanı meydana çıxır, 
bu dəlik sonra bağlanır. Qapaqlı pnevmotoraks zamanı isə hava nəfəsalma vaxtı plevra boşluğuna daxil 
olur, nəfəsvermə vaxtı isə hava çıxa bilmir, belə ki, perforasiyalı dəlik qapanır.
Spontan pnevmotoraks ağ ciyər vərəmi, bronxoektaziya xəstəliyi, ağ ciyər emfizeması və ya ağ 
ciyərlərin anadangəlmə polikistozu zamanı meydana çıxır. Simptomları:əsas simptomları ağ ciyərlərin 
deşilməsi nahiyəsində qəfləti kəskin ağrı və sürətlə artan təngnəfəslikdir. Bu simptomlar əsasən öskürək, 
fiziki gərginlik zamanı meydana çıxır.
Xəstəyə baxış zamanı dərinin solğunluğu, sianoz, zədələnmiş tərəfdə qabırğaarası sahələrin şişməsi 
və onların tənəffüsdə geri qalması aşkar edilir. Döş qəfəsinin zədələnmiş tərəfinin perkussiyası zamanı 
qutu səsi, bəzən timpanik səs, auskultasiyada ya kəskin zəifləmiş tənəffüs müəyyən edilir, ya da tənəffüs 
küyləri eşidilmir. Havanın plevra boşluğunda toplanması ürəyin əks tərəfə yerini dəyişməsinə gətirib 
çıxarır, nəticədə arterial təzyiqin enməsi, ürəkdöyünmə, sonra isə ürək çatmamazlığı əlamətləri qeyd 
olunur.
Ağır hallarda plevrada yerləşən sinir uclarının qıcıqlanması nəticəsində şok və ya kollaps əlamətləri 
inkişaf edir.
Təxirəsalınmaz yardım: 
1. Ağrı sindromunu aradan qaldırmaq; 
2. Kəskin ağ ciyər-ürək çatışmazlığını aradan qaldırmağa çalışmaq.
Həkiməqədər yardım-xəstəni baş tərəfi qaldırılmış vəziyyətdə uzandırmaq, əzələ daxilinə 
ağrıkəsicilər-1,0-2,0 ml 50%-li analgin, 1,0 ml 1%-li dimedrol, ağrı çox kəskin olarsa, vena daxilinə 1,0 
ml 1%-li morfin və ya digər narkotik analgetiklər, yaxud droperidol, fentanil yeridilir. Damar 
çatmamazlığı zamanı dəri altına 2,0 ml 20%-li kamfora, 1,0 ml 20%-li kofein, 1,0 ml kordiamin, 1,0 ml 
1%-li mezaton, ürək çatmamazlığında ürək qlükozidləri vena daxilinə 20 ml 40%-li qlükoza məhlulunda 
yeridilir.
Simptomlar getdikcə artırsa, plevral punksiya aparılmalıdır. Mayenin çəkilməsi stasionar şəraitdə 
aparılır. Mayeni yavaş-yavaş çəkmək lazımdır. Punksiya, adətən, pnevmotoraks zamanı orta körpücük, 
yaxud parasternal xətt boyunca II qabırğaarası, mayeni evakuasiya etdikdə isə arxa qoltuqaltı xətt boyu 
VII-VIII qabırğaarası sahədə edilir. Tibb bacısı xəstəni punksiyaya hazırlayır, xəstəni oturdur, punksiya 
yerini yod və spirtlə işləyir, eksudatı çıxarmaqda həkimə kömək edir, xəstənin nəbzinə fikir verir. 
Punksiyadan sonra xəstə 1 sutka yataqda olmalıdır.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin