Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 82 Şöbələrdə oksigen xüsusi balışların köməyi ilə xəstəyə verilir. Oksigen balışı rezin kisə, rezin boru
və müştükdən ibarətdir. Müştük qıf şəklində olur. Kisə 25-75 l oksigen tutur. Balışı oksigenlə doldurmaq
üçün müştük çıxarılaraq rezin boru oksigen balonunda olan reduktorun borusuna birləşdirilir. Sonra
reduktor bağlanılır, balışın rezin borusu sıxıcı ilə bağlanılır. Müştük spirtli pambıqla dezinfeksiya edilir və
balışın rezin borusuna birləşdirilir. Oksigeni nəmləşdirmək məqsədilə 2-3 qat isladılmış tənziflə müştüyün
ağzı örtülür və kip surətdə xəstənin ağzına qoyularaq rezin borunun krani açılır və verilən oksigenin
miqdarı tənzimlənir. Bu zaman xəstə (ağızdan) qıfla nəfəs alaraq burunla nəfəs verir. Balışda oksigen
azaldıqda onu əllə basmaq lazımdır. İstifadə edildikdən sonra qıflı müştüyü spirtlə iki dəfə silmək
lazımdır. Balışla oksigen verməyin bir sıra çatışmayan cəhətləri vardır:oksigen dozasının dəqiq tənzim
olunmaması, qaz itkisi və s. Xəstəyə oksigen verilməsinin ən əlverişli üsulu onun burun kateteri vasitəsilə
verilməsidir. Bu üsul xüsusilə uzunmüddətli oksigen müalicəsi zamanı əlverişlidir. Burun kateteri 1-2
dənəli (hər iki burun dəliyi üçün) olub, rezindən, yaxud plastik kütlədən hazırlanır. Əvvəlcə kateterin
yararlığı yoxlanılır, sonra qaynadılaraq dezinfeksiya edilir və üzərinə steril vazelin yağı sürtülür. Burun
dəliyi selikdən təmizlənir və kateter aşağı burun dəliyi ilə udlağın arxa divarına qədər 15 sm uzunluğunda
yeridilir. Kateterin xarici ucu yapışqanlı plastrla yanağa bərkidilir. Verilən oksigen mütləq nəmləşdirilməli
və 35-40% konsentrasiyada olmalıdır. Oksigenin verilmə sürəti 2-3 l/dəq olmalıdır.
Son zamanlar oksigenlə müalıcənin yeni üsulundan-hiperbarik oksigenizasiyadan geniş istifadə
edilir. Bu zaman oksigen yüksək təzyiq (1-3 atm) altında tətbiq edilir ki, belə oksigen də qanın
plazmasında daha yaxşı həll olaraq, toxumaların oksigenlə təhcizatını xeyli yaxşılaşdırır. Hiperbarik
oksigenizasiya məqsədilə bir çox yerli, portativ və stasionar barokameralardan istifadə edilir.
Bir sıra cərrahi əməliyyatlar da barokameralarda aparılır (məsələn, ürəkdə aparılan cərrahi
əməliyyatlar) . Hiperbarik oksigenizasiya ən çox aşağıdakı hallarda tətbiq edilir:ürək, baş beyin və
periferik damarların kəskin keçməməzliklərində; zəhərlənmələrdə; qaz emboliyası zamanı; anaerob
infeksiyalarda; şok zamanı; trofik xoralarda və s.
Lakın hiperbarik oksigenizasiya zamanı bir sıra ağırlaşmalar da ola bilər; təzyiq 3 atm (və daha çox)
olduqda 3-4 saat ərzində kəskin oksigen zəhərlənməsi baş verə bilər:taxikardiya, ürəkbulanma, baş
gicəllənməsi, vegetativ hallar, dodaq, yanaq və kipriklərin qıc olmaları. Sonra bu qıcolmalar bütün
ətraflara yayılır. Bundan əlavə, oksigenlə müalicə zamanı bir sıra digər ağırlaşmalar da ola bilər:a) yeni
doğulmuş uşaqlarda oksigenin yüksək konsentrasiyası görmənin azalması ilə birgə retrolentar
fibroplaziyaya səbəb ola bilər. Bu olmasın deyə, oksigenin konsentrasiyası 35%-dən çox olmamalıdır; b)
kəskin tənəffüs çatmamazlığı zamanı 100%-li oksigenin verilməsi qanda karbon qazının azalmasına və
yuxu arteriyasında olan yumağın (qlomus) qıcıqlanmasına və tənəffüsün dayanmasına gətirib çıxarır. Bu
ağırlaşmanın qarşısını almaq üçün xəstəyə xalis oksigen yox, karbogen (95% oksigen+5% karbon qazı)
verilməlidir; v) xronoki oksigen zəhərlənməsi. Bu, uzun müddət 80-100% konsentrasiyalı oksigeni 1 atm
təzyiq altında işlətdikdə baş verir; q) bir sıra digər ağırlaşmalar da ola bilər:arterial hipotenziya, tənəffüs
yollarının epitelisinin, ağciyər alveollarının zədələnməsi, traxeit, bronxit, pnevmoniya və atelektaz.