Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
84
Rektal ozonoterapiya mədə-bağırsağın
iltihabi xəstəlikləri, bağırsaq infeksiyalarında, qurd
invaziyalarında, disbakterioz kimi xəstəliklərin müalicəsində geniş tətbiq olunur.
Yerli ozonoterapiya: Xəstənin əl-ayağı corab, əlcək formasında xüsusi paket torbanın
içərisinə
keçirilərək ağzı bağlanılır və torbanın içərisinə ozon verilir. Təxminən 20 dəq çəkən bir prosesin sonunda
ozon geri alınır və paket çıxarılır. Hər hansı bir yara və zədələnmiş toxumanın yaxşılaşması üçün
oksigenin olması vacib şərtdir. Yerli tətbiq olunan ozonoterapiya sayəsində yara nahiyəsi dezinfeksiya
edilir, yerli olaraq toxumalar oksigen ilə təmin olunur və mikrosirkulyasiya bərpa edilir. Bununlada ozon
yaranın tez sağalmasını təmin edir.
Ozonoterapiya məqsədi ilə Almaniya istehsalı olan Henslerin “Ozonasan»apparatı,
vakkum
flakonlar, ozona davamlı filtrlər və şprislərdən istifadə olunur.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
85
MÖVZU 40
QAN DÖVRANI SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNĠN ƏSAS SĠMPTOMLARI
Qan dövranının xəstəlikləri daxili xəstəliklər arasında aparıcı yerlərdən birini tutur. Əmələ gəlmə
səbəbləri müxtəlifdir.
Ürəyin müxtəlif hissələri, həmçinin damarlar da zədələnirlər:miokard, ürəyin tac
damarları, aorta. Ürəyin bir çox xəstəlikləri qan dövranı çatmamazlığına gətirib çıxarır. Qan dövranının
xəstəlikləri müxtəlif cins və yaşlarda rast gəlinir. Qan dövranının xəstəlikləri zamanı xəstələr müxtəlif
şikayətlər edirlər. Lakin bəzi xəstəliklərin ilk dövründə bəzən heç bir şikayət olmur və xəstəlik təsadüfən
aşkar edilir. Əsas simptomlar aşağıdakılardır:taxikardiya, aritmiya, ürəkdə ağrılar, təngnəfəslik, boğulma,
ödemlər, göyərmə (sianoz) və s. Taxikardiya.
Məlumdur ki, sağlam
adam sakitlikdə öz ürəyinin
döyünməsini hiss etmir. Lakin bununla yanaşı
sağlam adam belə fiziki işdən,
güclü həyəcanlanmadan
sonra və yüksək temperatur zamanı ürəkdöyünməni hiss edə bilər. Ürək xəstəlikləri zamanı taxikardiyanın
əmələ gəlməsinə səbəb aşağıdakılardır:ürəyin yığılma qabiliyyəti zəifləyir və o bir yığılma zamanı aortaya
lazım olduğundan az qan vurur. Orqan və toxumaların qanla təchizatı azalır.
Taxikardiya çox zaman
kompensator mexanizm rolunu oynayır. Lakin, ürəyin bu rejimlə işləməsi onun özü üçün yaxşı deyildir,
çünki taxikardiya zamanı diastola fazası qısalır, onun ürək əzələsində iş qabiliyyətini bərpa edən faydalı
biokimyəvi proseslər gedir.
Dostları ilə paylaş: