Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
83
edir ki, birbaşa kontakt nəticəsində ozon bakteriyalara, viruslara, hepatit və HİV virusuna öldürücü təsir
edə bilir.
Ozon-yer üzərində həyatın qoruyucusudur. Atmosferin yuxarı qatlarında
yerləşən ozon təbəqəsi
bütün canlıları ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur. Həmçinin o, təbiətdə hər hansı bir
antibiotikdən güclü antiseptikdir.
Ozonun əsas xüsusiyyətləri nədir?
Metobolizmi aktivl əĢdirməsi; antiseptik xüsusiyyət;
iltihab əleyhinə təsir; ağrıkəsici təsir;
intoksikasiya əleyhinə təsir; immuniteti möhkəmləndirmə xüsusiyyəti.
Ozon insan orqanizminə daxil olaraq, hüceyrələrdəki doymamış poliyağ turşuları
ilə birləşir və
ozonoidlərin bioloji aktiv qruplarını əmələ gətirir. Onlar mikroorqanizmlərin membranına oksidləşdirici
təsir göstərir, yəni onların membranını dağıdır. Onun antiseptik (mikrob əleyhinə) xüsusiyyətləri məhz
buna əsaslanır. Ozonun təsirindən hətta güclü viruslar (herpes, hepatit virusları, xlamidiyalar və s. ) və
bakteriyalar məhv olur.
Ozonun ən kiçik dozaları belə karbohidratların, yağların, zülalların oksidləşmə
proseslərinə təsir
edən fermentləri, eləcə də hüceyrənin əsas enerji mənbəyi olan ATF-i aktivləşdirir. Ona görə də insanlara
ozonu daxil edən kimi onlar qüvvə və enerji hiss edirlər. Həddindən artıq yorğunluq olduqda belə ozon
onu gümrahlıqla əvəz edə bilir. Şimşək çaxmasından sonra meşədə gəzən hər kəs bunu bilir.
Dostları ilə paylaş: