Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə88/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   165
Tibb bacısının işi

Xloral hidrat imaləsi-qıcolmada və şiddətli oyanıqlıq zamanı təyin olunur. Hazırlanma qaydası:1 q 
xloral hidrat 25 ml distillə olunmuş suda həll edilir və üzərinə 25 ml nişasta əlavə olunur.
Damcı imaləsi-orqanizmin kəskin susuzlaşma hallarında və qismən qidalandırma məqsədilə tayin 
edilir. Damcı ilə düz bağırsağa 2 l-ə qədər 0,85%-li xörək duzu məhlulu, 5%-li qlükoza və s. yeritmək 
olar. Damcı imaləsindən 20-30 dəq. əvvəl xəstəyə təmizləyici imalə aparılmalıdır. Bu imaləni qoyanda da 
təmizləyici imalədəki eyni cihazlardan istifadə olunur. Fərq yalnız ondadır ki, ucluğu Esmarx qabı ilə 
birləşdirən rezin boruya sıxıcısı olan damcı qabı taxırlar. Damcıların sürətini sıxıcı ilə tənzim edirlər. 
Mayenin düz bağırsağa daxil olma sürəti 1 dəqiqədə 60-80 damcı olmalıdır. 1 sutkada 3 l-ə qədər maye 
yeritmək olar. Düz bağırsağa yeridilən məhlulun temperaturu 40-420 S olmalıdır, bunun üçün Esmarx 
qabının dal tərəfinə isitqac bağlayır və onun soyumamasına fikir verilir.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 72 
MÖVZU 35 
 
TƏNƏFFÜS SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNĠN ƏSAS SĠMPTOMLARI 
 
Tǝnǝffüs sisteminin ǝsas funksiyası orqanizmi oksigenlǝ tǝmin etmǝkdir. Tǝnǝffüsü müşahidǝ edǝn 
zaman onun tezliyini, dǝrinliyini vǝ ritmini müǝyyǝn edirlǝr. Normada tǝnǝffüs hǝrǝkǝtlǝri ritmiki olub 
sakit halda kişilǝrdǝ dǝqiqǝdǝ 16-20, qadınlarda isǝ 18-22-dir. Uzanan vǝziyyǝtdǝ tǝnǝffüsün sayı azalır. 
İdmançılarda tǝnǝffüsün tezliyi dǝqiqǝdǝ 6-8-yǝ qǝdǝr azala bilǝr.
Döş tipli (qadınlarda), qarın tipli (kişilǝrdǝ) vǝ qarışıq tipli tǝnǝffüs olur. Tǝnǝffüsü müşahidǝ 
zamanı elǝ etmǝk lazımdır ki, xǝstǝ bunu bilmǝsin, çünki o qǝsdǝn tǝnǝffüsün dǝrinliyini, tezliyini vǝ 
ritmini dǝyişǝ bilǝr.
Tǝnǝffüsün tezliyini yoxlayan zaman xǝstǝnin ǝlindǝn tuturuq, güya onun nǝbzini yoxlayırıq, o biri 
ǝlimiz isǝ ya döş qǝfǝsinǝ, ya da epiqastral nahiyǝyǝ qoyularaq, 1 dǝqiqǝdǝ tǝnǝffüsün tezliyi sayılır. 
Tǝnǝffüs sisteminin xǝstǝliklǝri zamanı aşağıdakı patoloji simptomlar meydana çıxır:tǝngnǝfǝslik, 
öskürǝk, qanhayxırma, döş qǝfǝsindǝ ağrı vǝ bǝdǝn temperaturunun yüksǝlmǝsi.
Tǝngnǝfǝslik Bu hava çatmamazlığı hissi olub, tǝnǝffüsün çǝtinlǝşmǝsi kimi özünü göstǝrir. 
Tǝngnǝfǝslik fizioloji vǝ patoloji olur. Patoloji tǝngnǝfǝslik İnspirator vǝ ekspirator olur. İnspirator 
tǝngnǝfǝslik üçün küylü çǝtinlǝşmiş nǝfǝsalma xarakterikdir ki, bu da yuxarı tǝnǝffüs yollarında mexaniki 
maneǝ (qırtlağın stenozu, iri bronxun şişlǝ sıxılması vǝ s. ) zamanı olur. Ekspirator tipli tǝngnǝfǝslik 
zamanı isǝ nǝfǝsvermǝ çǝtinlǝşir (mǝs:bronxial astma) .
Ritmin vǝ tǝnǝffüsün dǝrinliyinin patoloji pozğunluqlarına baş beynin vǝ onun qişalarının 
xǝstǝliklǝri (beynǝ qansızma, beynin şişlǝri, meningit), habelǝ ağır intoksikasiyalar zamanı (uremik, 
diabetik koma) rast gǝlinir. 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin