Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
71
Yağ imaləsi-bu imaləni apardıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir. Ona görə belə
imalələrin axşamlar aparılması daha məqsədəuyğundur. Yağ imaləsi inadlı qəbzlikdə qoyulur.
Armudşəkilli balona 100-200 ml ilıq (37-380 S) yağ (günəbaxan, zeytun, vazelin yağlarından biri) çəkilir.
Xəstə sol böyrü üstə ayaqlarını büküb, qarnına sıxaraq uzadılır və qazçıxaran
borunun ucuna vazelin
sürtülür. Sağrı nahiyəsini aralayaraq qazçıxaran borunu 15-20 sm uzunluğunda olmaqla düz bağırsağa
yeridirlər. İçərisində yağ olan balon qazçıxaran boruya birləşdirilir və yağ düz bağırsağa yeridilir.
Dostları ilə paylaş: