Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 69 MÖVZU 33 MƏDƏNĠN ZONDLA VƏ ZONDSUZ ÜSULLA YUYULMASI Həm diaqnostik, həm də müalicə məqsədilə aparılır. Yoğun və nazik olmaqla zondlar 2 cur olurlar.
Yoğun zond mədə yuyulması üçün istifadə olunur.
Mədəyuyulması; zəhərlənmə zamanı, böyrək çatmamazlığında sidik cövhəri mədə selikli
qişasından ifraz olduqda və s. tətbiq olunur.
Zondun uzunluğu 1-1,5 m, diametri 10-13 mm olur, üzərində 3 nişan olur, orta boylu adamlarda 1-ci
nişana qədər yeridirlər (və ya xəstənin ön dişləri ilə göbəyi arasındakı məsafəni ölçür, üzərinə 10 sm əlavə
edir və alınan ölçü qədər zondu yeridirlər) .
Xəstə stulda oturur, önünə vedrə və ya tas qoyulur. Yaxasına önlük tutulur. Ağzında protezlər varsa
çıxarılır. Xəstəni sakitləşdirib burunla nəfəs almağı tapşırırlar. Onu başa salırlar ki, udqunmaqla və
burunla nəfəs almaqla öyüməni yatırda bilər. Zondun ucu vazelinlə sürtülür, xəstə dilin ucunu salfetlə
tutur, dərindən nəfəs alaraq, »a»deyir, bu zaman tibb bacısı zondu yeridir və xəstəyə udqunmağı tapşırır. .
Əvvəlcə 20 q-lıq şprislə mədə möhtəviyyatı boşaldılır, sonra bayırda qalan ucuna qıf taxılır və əvvəlcədən
hazırlanmış məhlul-natrium xloridin izotonik məhlulu yeridilir, məhlul qıfın boğazına çatan kimi isə
zondun qıf taxılmış ucu aşağıya çevrilir və mədədən gələn möhtəviyyat əvvəlcədən qoyulmuş tasa axıdılır.
Mədə möhtəviyyatı boşaldıqdan sonar qıfa yenidən maye tökür və mədəyə getməsi üçün yuxarı qaldırırlar.
Bu işi o vaxta qədər təkrarlayırlar ki, mədədən duru-təmiz su qayıtsın (adətən 8-10 l-ə qədər mayedən
istifadə olunur) . Yuma qurtardıqda ən axırda 60 ml 25%-li maqnezium sulfat yeridilir (işlədici məqsədlə)
. Mədə şirəsini müayinə etmək üçün nazik zonddan istifadə edirlər.
Zəif xəstələrin mədəsi yataqda uzanmış vəziyyətdə yuyulur. Xəstə yanı üstə, başı bir qədər aşağı
olmaqla uzadılır.
Əgər xəstə zondu uda bilmirsə və ya qəti imtina edirsə, bu zaman mədə zondsuz üsulla yuyulur.
Bunun üçün xəstəyə 1-2 l ilıq sodalı su və ya açıq-çəhrayı kalium-permanqanat məhlulu içirdilir. Udlağı
şpatel, qaşıq və ya barmaqla qıcıqlandırılıb qusdurulur. Bu prosedura bir neçə dəfə təkrarlanır, lakin bu
üsulda mədə tam yuyulmur.
Huşsuz vəziyyətdə olan xəstənin mədəsinə burun keçəcəyindən nazik zond salınır Bu məqsədlə
ucunda bir neçə deşik olan xüsusi zond götürülür. Məhlul zonda 20 q. lıq şprislə yeridilir, mədə
möhtəviyyatı da şprislə çəkilir.