Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə81/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   165
Tibb bacısının işi

Qızdırmalı xəstələrə qulluq: 
I mərhələdə xəstəni yerinə uzandırmaq, üstünü qalın örtmək, ayaqlarına isitqac qoymaq, tünd şirin çay 
vermək və xəstənin fizioloji funksiyalarına fikir vermək lazımdır. Yaxşı olar ki, xəsənin yanında daim tibb 
bacısı olsun. Vəziyyəti pisləşərsə, həkim çağırmaq lazımdır. Temperatur nə qədər yüksək olsa və çox 
qalxıb düşsə, xəstə daha çox zəifləyir.
II mərhələdə orqanizmin müqavimətini qaldırmaq üçün xəstəyə duru və yarımduru, tez həzm olunan 
yüksək kalorili yemək vermək lazımdır. Sutkada 5-6 dəfə az-az yedizdirmək lazımdır. Toksiki maddələri 
bədəndən çıxartmaq üçün çoxlu meyvə, şirələr, mineral su vermək lazımdır. Xörək duzu azaldılmalıdır ki, 
bu da diurezi artırır. Xəstənin ağzı tez-tez soda məhlulu ilə silinməlidir, dodağı yağlanmalıdır. Şiddətli baş 
ağrıları olarsa, xəstənin alnına buz qoyulur, həmçinin sirkədə isladılmış salfet də qoymaq olar. Nəbz və 
A/T-ə xüsusi fikir vermək lazımdır. Xəstədə qəbizlik varsa, təmizləyici imalə olunmalıdır.
III dövr-hərarət 2 cür enə bilər:kritik və litik. Əgər xəstənin hərarəti birdən düşərsə, bu hal damar 
tonusunun zəifləməsinə və kollapsa gətirib çıxara bilər:A/T düşür, nəbz sapvari olur. Bu zaman xəstənin 
bədəni soyuyur, dodaqlar göyərir, xəstə çox zəifləyir, tərləyir. Buna böhran (kritik) halı deyilir. Həkim 
çağrılır, dəri altına kofein, mezaton, adrenalin vurulur. Tünd ilıq çay və ya kofe içirdilir, böyrünə isitqac 
qoyulur. Adətən temperatur normaya düşdükdən sonra xəstə yuxuya gedir, bu zaman onu oyatmaq olmaz. 
Xəstələrin əksəriyyətində hərarət litik (tədricən) olaraq bir neçə gün ərzində yavaş-yavaş enir. Hərarətin 
bu cür enməsi xəstələrin ümumi əhvalının tədricən yaxşılaşması ilə müşayiət olunur.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin