Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Temperatur əyrilərinin xarakterinə görə temperaturun aĢağıdakı tipləri var



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə80/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   165
Tibb bacısının işi

Temperatur əyrilərinin xarakterinə görə temperaturun aĢağıdakı tipləri var: 
1. daimi tipli-səhər-axşam temperaturları arasındakı fərq 1
0
C-dən artıq olmur. Səpgili və qarın yatalağı, 
ağciyərlərin krupoz pnevmoniyası üçün xarakterikdir.
2. zəifləyən qızdırma-səhər-axşam temperaturları arasındakı fərq 1
0
C-dən artıq olur. İrinli xəstəlıklər 
zamanı müşahidə olunur.
3. fasiləli qızdırma-temperatur vaxtaşırı qalxıb, sonra normaya düşür. Qızdırma hər 1-2 və 3 gündən bir 
təkrar olunur. Malyariya üçün xarakterikdir.
4. qayıdan qızdırma-temperatur qəflətən yüksək hədlərə qalxaraq bir neçə gündən sonra normaya enir və 
bir neçə gün bu vəziyyətdə qalır. Sonra hərarət yenidən təkrar olunur. Qayıdan yatalaq xəstəliyində 
müşahidə edilir.
5. pozulmuĢ qızdırma-səhər temperaturu axşam temperaturundan yüksək olur. Ağ ciyər vərəmi və sepsiz 
zamanı müşahidə edilir.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 66 
6. dalğavari qızdırma-temperaturun yüksək hədlərə qədər tədricən artaraq sonradan tədricən 
normaya enən dövrlərin növbələşməsilə xarakterizə olunur. Brusellyozda və limfoqranulomatozda təsadüf 
edilir.
7. nizamsız qızdırma-temperaturun sutka ərzində müxtəlif müddətli, müxtəlif hədlərdə tərəddüd 
etməsilə xarakterizə olunur. Revmatizm, dizenteriya və s. də təsadüf edilir.
8. hektik (üzücü) qızdırma-sutka ərzində fərq 2-4 dərəçə olur. Xəstə çox zəifləyir. Sepsiz, 
limfoqranulomatoz və vərəmin ağır formaları üçün xarakterikdir.
Qızdırmanın gediĢində 3 mərhələ ayırd edilir: 
1. Temperaturun qalxması-qısa müddət olub, orqanizmdə əmələ gələn istilik verilən istilikdən çox olur. 
Dərinin üst qatının soyuması reflektor olaraq titrəməyə səbəb olur. Soyuğun hiss edilməsinə səbəb dərinin 
səthindəki damarların spazmıdır. Bu mərhələ bir neçə saatdan bir neçə günə qədər davam edir.
2. Daim yüksək temperatur mərhələsi-istiliyin verilməsi və əmələ gəlməsi müəyyən dərəcədə sabit qalır. 
Lakin istiliyin əmələ gəlməsi və verilməsi arasındakı tarazlıq sağlam adamda olduğundan fərqlənmir.
3. Temperaturun düşməsi mərhələsi-istiliyin az əmələ gəlməsi və çox verilməsi ilə xarakterizə olunur.
Qızdırma prosesinin müxtəlif dövrlərinin gedişi həm etioloji amillərdən, həm də orqanizmin 
vəziyyətindən, onun sinir sisteminin reaktivliyindən, maddələr mübadiləsinin və oksidləşmə proseslərinin 
intensivliyindən asılıdır.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin