Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 63 5№-li pəhriz-sağalma mərhələsində olan kəskin hepatit və xolesistitlər, xroniki hepatit, qaraciyər
sirrozu, xroniki xolesistit və öd daşı xəstəliyi zamanı təyin olunur. Pəhrizdə k/h artırılır, yağlar azaldılır.
Xolesterinlə zəngin qidalar qidadan çıxarılır. Kimyəvi tərkibi:zülal 80-100 q, yağ 60-70 q, k/h-450-500 q,
kkalori 2800-2900. Tez-tez, az-az qidalanmaq və gündə 2 l-ə qədər maye qəbul etmək lazımdır.
6№-li pəhriz-podaqra, sidik daşı xəstəliyi (uratlardan əmələ gəlmiş daşlar olduqda) zamanı təyin
olunur. Pəhrizdən yağlar və purin birləşmələri ilə zəngin məhsullar çıxarılır, həmçinin spirtli içkilər,
ədviyyatlı və kəskin yeməklər. Əsasən qələvi reaksiyalı məhsullar-süd və süd məhsulları, tərəvəz və
meyvələrdən istifadə olunur. Xəstəyə çoxlu maye içirdilir. Xəstə gündə 4 dəfə qida qəbul edir. Səhər
acqarına və qida qəbulu arasındakı fasilələrdə maye içir.
7a№-li pəhriz-kəskin qlomerulonefrit, xroniki nefrit (kəskin böyrək çatmamazlığı əlamətləri ilə
birgə) zamanı təyin olunur. Məqsəd xörək duzunu maksimum azaltmaqla ödem və hipertoniyanı
azaltmaqdır. Çox az zülallı dietadır. Yağ və k/h norma daxilindədir. Əvvəlki sutkada ifraz olunan sidik
qədər maye verilir. Meyvə-tərəvəz kifayət qədər verilir. Gündə 5 dəfə yemək lazımdır.
7№-li pəhriz-sağalma dövründə olan kəskin nefrit, xroniki nefrit (kəskinləşmə fazasında olmayan
və böyrək çatmamazlığı ilə müşayiət olunmayan) təyin olunur. Zülallar bir qədər azaldılır, yağ və
karbohidratlar fizioloji hədd daxilində olur. Xörəklər duzsuz hazırlanır. İçilən maye 1 l-ə qədər azaldılır,
xörək duzu 3-6 q verilir. Tərkbində efir yağları və turşəng turşusu olan qidalar verilmir. Xəstə gündə 4-5
dəfə qidalanır.
8 №-li pəhriz-piylənmədə təyin olunur. K/h və yağlar azaldılır. Zülal artırılır. Tez həzm olunan k/h
pəhrizdən çıxarılır. Qidada tərəvəz çox olur. Adi qaydada bişirilir. Kimyəvi tərkibi:zülal-120 q, k/h-300 q,
yağ-70 q, kkalori-2400. Xəstə gündə 5-6 dəfə qidalanmalıdır.
9№-li pəhriz-şəkərli diabet xəstəliyində təyin olunur. Məqsəd k/h mübadiləsini normallaşdırmaq və
yağ mübadiləsi pozğunluqlarının qarşısını almaqdır. Şəkər və şirniyyat verilmir. Xolesterin və xörək duzu
azaldılır. Qidada lipotrop maddələrin, vitaminlərin miqdarı artırılır. Xəstə gündə 5-6 dəfə qidalanır.
10 №-li pəhriz-I-II A dərəcəli qan dövranı çatmamazlığı ilə müşayiət olunan ürək-damar
xəstəlikləri zamanı təyin olunur. Qidada xörək duzunu kəskin məhdudlaşdırmaq və qəbul edilən mayeni
azaltmaq nəzərdə tutulur. I və II sort boyat çörək, dietik duzsuz çörəkdən istifadə olunur. Qidada zülal-80
q, yağ 65-70 q, k/h 350-400 q olmalıdır. Xəstə gündə 5-6 dəfə qidalanır. Maye gün ərzində 1000-1200 ml-
ə endirilir.
11№-li pəhriz-ağ ciyərlərin, sümüklərin, oynaqların və limfa vəzilərinin vərəmi zamanı təyin
olunur. Qida kalorili, asan həzm olunan olmalıdır. Kalsiumla zəngin süd məhsulları artırılır. Kimyəvi
tərkibi:zülal 120-140 q, yağ 100-120 q, k/h 500-550 q, kalori 3800-4000. Gündə 4-5 dəfə yemək lazımdır.