Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
61
sutkalıq tələbatı 450-500 q-dır. Ümumiyyətlə, fizioloji qidalanma normalarına görə qəbul edilən zülal,
yağ, karbohidratın münasib nisbəti 1:1:4-dir.
Vitaminlər-əsasən requlyator və qismən plastik funksiyaları yerinə yetirirlər. Suda və yağda həll
olunan növləri vardır. Orqanizmdə vitamin çatmamazlığı müxtəlif avitaminozlara səbəb olur.
Hər bir
vitamininin orqanizmdə xüsusi rolu vardır.
Su-bütün orqan və toxumaların
tərkib hissəsi olub, bədən kütləsinin 2/3 hissəsini təşkil edir.
Orqanizmdə gedən bütün mübadilə proseslərində su iştirak edir. Su
həm də bədən temperaturunun
tənzimlənməsində iştirak edir. Sutkada 2,5 l-ə qədər su orqanizmə daxil olur, onun 1,5 l-i maye şəklində, 1
l-i isə bərk qida ilə.
Su həm də işlənmiş, yararsız maddələrin bədəndən xaric edilməsində iştirak edir.
Minerallar-hüceyrələrə maddələr mübadiləsinin normal tənzimlənməsi üçün lazımdır. Əsasən plastik və
requlyator funksiyaları yerinə yetirir. Orqanizmdə turşu-qələvi tarazlığını tənzimləyir, toxumaların əmələ
gəlməsində və həzm prosesində iştirak edir. Mineral duzların əsas mənbəyi süd, yumurta, balıq, kəsmik,
pendir və s. -dir.
Bütün yuxarıda deyilənlərdən aydın oldu ki, rasional qidalanmanın ikinci şərti ondan ibarətdir ki,
orqanizmə gün ərzində lazımi qədər qida inqridenti daxil olmalıdır ki, sərf olunan enerji bərpa edilsin.
Orqanizm insanın fəaliyyət növünə uyğun olaraq qida maddələri, daha doğrusu, kalori qəbul etməlidir.
Dostları ilə paylaş: