Ağır xəstələrin yedizdirilməsi-yeməkdən əvvəl bütün müalicə proseduraları və fizioloji işlər
qurtarır. Xəstə çarpayıda otura bilmirsə, funksional çarpayının baş hissəsi qaldırılaraq və ya xəstənin başı
altına bir neçə yastıq qoyularaq xəstəyə yarımoturaq vəziyyət verilir, sonra yedizdirilir. Çoxt vaxt belə
xəstələr üçün çarpayıüstü kiçik stol qoyulur. Xəstənin boynu və döşünü kiçik önlüklə örtürlər. Xörək
yeyən zaman xəstə danışmamalıdır (qida kütlələri tənəffüs yollarına düşə bilər) . İştahası olmayan
xəstələrin yedizdirilməsi tibb işçilərindən təmkin və bacarıq tələb edir.
Süni qidalanma-zondla, fistul və ya imalə ilə, həmçinin parenteral yolla ola bilər.
GöstəriĢlər:1. dilin, udlağın, qırtlağın, yemək borusunun travmatik zədələnmələri və ödemləri; 2.
bihuş vəziyyət; 3. ruhi xəstələrdə yeməkdən imtina etmə; 4. ağır operasiyaslardan sonrakı dövr; 5. mədə-
bağırsaq traktının yuxarı şöbəsinin (yemək borusunun, udlağın və s. ) şişləri; 6. ağır xəstəliklər (sepsiz,
peritonit və s. ) .
Süni qidalanmanın növləri: 1. mədə zondu ilə yedizdirmə;
2. operasiya ilə açılan fistuldan;
3. rektal;
4. parenteral.
Mədə zondu ilə qidalanma-steril zond mədəyə yeridilir, açıq tərəfə qıf taxılır və buradan duru
qidalar mədəyə tökülür. Zondu 2-3 həftə saxlamaq olar. Zond burundan və ya ağızdan yeridilir. Plastrla
üzün dərisinə fiksə olunur.
Fistuldan qidalandırma-qida borusunun keçməməzliyi, mədə çıxacağının stenozu olan xəstələrdə
cərrahi yolla mədə fistulası yaradılır (qastrostoma) və zond həmin fistuladan mədəyə yeridilir. Zonda
taxılmış qıfın köməyi ilə qida kiçik paylarla (50 ml) mədəyə gün ərzində 6-8 dəfə yeridilir.
Rektal qidalanma-1 saat əvvəl təmizləyici imalə edilir. 5%-li qlükoza və 0,85%-li duz məhlulu
yaxşı sorulduğuna görə əsasən qidalandırıcı kimi bu məhlullardan istifadə olunur. Məhlula bağırsağın
peristaltikasını azaltmaq üçün 10 damcı opium tinkturası əlavə olunur. Sutkada 3-4 dəfə təkrar etmək olar.
Hər dəfə 200-250 ml yeridilir.