Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə82/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   165
Tibb bacısının işi

 67 
MÖVZU 32 
 
QUSAN VƏ FĠZĠOLOJĠ ĠFRAZAT FUNKSĠYASI POZULMUġ XƏSTƏLƏRƏ 
QULLUQ. LƏYƏN, MÜġƏMBƏ VƏ S. ĠġLƏDĠLMƏSĠ. QAZÇIXARICI BORU 
 
Qusma-mürəkkəb, qeyri-iradi akt olub, mədənin, diafraqmanın, ön qarın divarı əzələlərinin, 
həmçinin, qırtlaq qapağı və yumşaq damağın iştirakı ilə baş verir, bu zaman mədə möhtəviyyatı mədədən 
ağız vasitəsilə xaricə tullanır. Qusma mədə-bağırsaq xəstəlikləri, zəhərlənmə, dilin kökünün və udlağın 
qıcıqlanması nəticəsində ola bilər. Həmçinin kəllədaxili təzyiq qalxdıqda, beyin şişləri, hipertoniya 
xəstəliyi və s. -də beyindəki qusma mərkəzinin qıcıqlanması nəticəsində də ola bilər. Şiddətli qusma 
zamanı mədə möhtəviyyatı ilə yanaşı 12barmaq bağırsaq möhtəviyyatı da xaric ola bilər.
Xəstəni qəsdən qusdurmaq lazım gəldikdə onun dilinin kökü qıcıqlandırılır və ya dil altına 0,5 ml 
1%-li apomorfin məhlulu vurulur. Tibb bacısnın vəzifəsi xəstəyə kömək etmək, onu otuzdurmaq, döşünə 
dəsmal və ya müşəmbə salmaq, qabağına ləyən qoymaq, süni dişlər varsa çıxarmaqdır. Xəstə otura 
bilmirsə, onun başını çarpayının kənarına doğru yana çevirməklazımdır ki, qusuntu kütləsi nəfəs borusuna 
düşüb onu boğmasın. Qusan xəstəni bu səbəbdən tək qoymaq olmaz. Xəstənin qusması zamanı həkimə 
xəbər verilməli, qusuntunun xarakterinə-tərkibi, rəngi və qoxusuna fikir verilməlidir. Qusuntu kütləsinda 
qan görünərsə, dərhal xəstəni uzatmaq, mədə nahiyəsinə buz qoymaq və həkim çağırmaq lazımdır. Daxilə 
heç nə vermək olmaz! 
Qusmanı dayandırmaq və ya azaltmaq üçün xəstəyə 1-2 damcı nanə cövhəri, 1-2 qurtum soyuq su, 
0,5%-li novokain məhlulu içirdilir və ya d/a 1ml serukal inyeksiya edilir. Qusandan sonar xəstənin ağzını 
ilıq su ilə yaxalamaq və ya zəif bor turşusu, kalium-permanqanat və ya NaHCO

məhlulunda isladılmış 
tamponla silmək lazımdır.
Bağırsaqların funksional pozğunluğu qəbizlik, ishal, qeyri-iradi defekasiya və bağırsaqlara çoxlu 
qaz yığılması şəklində təzahür edir. Defekasiya-həzm olunmamış qida maddələrinin bağırsağın distal 
hissəsindən xaric olmasıdır, normada sutkada 1 dəfə olur.
Qəbizlik-nəcisin bağırsaqda 2 sutkadan artıq qalmasına qəbizlik deyilir. 2 cür qəbizlik ayırd 
edilir:spastik və atonik. Atonik qəbizlik zamanı bağırsağın motor funksiyası kəskin şəkildə zəifləyir. 
Spastik qəbizlik isə əksinə, bağırsaqların spazmı nəticəsində baş verir. Tibb bacısı qəbizlik zamanı 
xəstənin verilmış pəhrizə riayət etməsini izləməli, həkimin verdiyi təyinatı yerinə yetirməlidir (işlətmə 
dərmanları, imalələr, şamlar və s. ) .
Ġshal-bağırsaq peristaltikası gücləndikdə, sekretor funksiya artdıqda baş verir. Bağırsağın selikli 
qişasının iltihabında, mədə turşusu azaldıqda, sinir sisteminin oyanıqlığında, qida maddələri və su pis 
sorulduqda baş verir. Nəcisdə qan və selik görünməsi xəstədə yoluxucu xəstəlik olmasına dəlalət edir. 
Belə hallarda xəstənin nəcis ifraz etməsi üçün ləyən ayrılır. İnfeksiya olduqda ləyənlər xlor və ya xlorlu 
əhəng məhlulu ilə dezinfeksiya olunur. Bu cür xəstələri infeksion şöbəyə keçirir və şöbədə cari 
dezinfeksiya aparılır. Qeyri-infeksion ishalda xəstənin pəhrizinə fikir verirlər.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin