Kompreslər Kompress:çoxsaylı müalicǝvi sarğıdır. Yayındırıcı müalicə növlərindən biri olub dəridə və altdakı
toxumalarda iltihabi prosesin sorulması üçün qoyulur. Yerli vǝ ümumi, quru vǝ yaş kompreslər ayırd
edilir. Yaş kompreslǝrin özləri də bir neçə yerə bölünür:soyuq, isti, qızdırıcı və müalicəvi.
Soyuq kompress:Dǝrinin soyumasını vǝ damarların sıxılmasını yaradır. Yumşaq toxumaların,
bağların və oynaqların travmatik zǝdǝlǝnmǝləri (əzilmə, gərilmə, sıxılma və s. ) zamanı (ilk 3 gün
ərzində), burun qanaxması, yerli kəskin iltihabi proseslərdə tǝtbiq edilir. Bu prosedura aşağıdakı kimi
hǝyata keçirilir:bir neçǝ dǝfǝ qatlanmış tǝnzif soyuq suda isladılır, sıxılır vǝ lazım olan nahiyǝyǝ qoyulur.
2-3 dǝqiqǝdǝn sonra kompress tǝzǝlǝnir. Proseduraların ümumi müddǝti 5-6 dǝqiqǝdir. İsti kompress:Yerli
qan dövranını güclǝndirǝrǝk sorucu vǝ ağrıkǝsici tǝsir göstǝrir. Bir neçǝ dǝfǝ qatlanmış tǝnzif isti suda
isladılır, sıxılır vǝ lazım olan nahiyǝyǝ qoyulur. Tǝnzif müşǝmbǝ, o isǝ pambıq ilǝ örtülür, bunlar isǝ bint
ilǝ möhkǝmlǝndirilir, 10 dǝqiqǝdǝn sonra kompress dǝyişdirilir.
Qızdırıcı kompress:Damarların uzun müddǝtli genǝlmǝsini tǝmin edir. Dərini qıcıqlandırır, qan
damarlarını genəldir, nəticədə iltihabi prosesin sorulmasına kömək edir, ağrı azalır. Göstǝriş:mastitlər,
plevritlər, oynaqların iltihabi proseslǝri, faringitlər, postinyeksion infiltratlar, əzilmə və gərilmələr
(zǝdǝlǝnmǝdən 3 gün sonra) . Əks göstǝriş:dǝrinin tamlığının pozulması, qızdırma, dǝridǝ irinli sǝpgilǝr.
Qızdırıcı kompres isti kompress kimi qoyulur, lakin uzun müddǝtǝ (8-10 saata) . Kompres 3 qatdan ibarətdir: 1. Kompresin özü-8-10 qat tənzifi otaq temperaturlu suda isladıb yaxşı sıxır və dərinin üstünə qoyurlar;
2. Su keçirməyən təcridedici qat-tənzif qatının üstündən onu tam örtən kompres kağız qoyulur;
3. İstilik keçirməyən qat-kompres kağızının üzərini pambıq qatı ilə örtür (pambıq altdakı hər iki qatı
örtməlidir) və nəhayət, bintlə möhkəm bağlanır və üstündən isti yun şal bağlanır.
Bədəndə 12 saatdan çox saxlamaq olmaz. Səhəraxşam dəyişilməlidir. Kompres üçün ilıq su, zəif
sirkə, araq, odekalon işlətmək olar. Kompres böyük nahiyəyə qoyulursa, xəstə uzanmalıdır. Araqla
qoyulan kompresi uzun müddət saxlamaq olmaz.