Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 45 MÖVZU 21 DƏRMAN MADDƏLƏRĠNĠN YAZILMASI, SAXLANMASI VƏ ĠġLƏDĠLMƏSĠ. DƏRMANLARIN ORQANĠZMƏ YERĠDĠLMƏ YOLLARI Dərman maddələri orqanizmə həm yerli, həm də ümumi təsir edir. Dərman maddələrinə olan
reaksiyalar orqanizmin fərdi xüsusiyyətindən, toxuma və orqanların həssaslığından asılıdır. Dərman preparatları bədənə aĢağıdakı yollarla yeridilir: 1. Enteral, yəni həzm sistemi yolu ilə,
2. Parenteral, yəni həzm sistemindən kənar yolla.
3. Xaricə.
Enteral yeridilən dərman mədə-bağırsağın selikli qişasından sorulur. Bu üsulla dərmanlar ağızdan
(oral və ya per os), düz bağırsaqdan (rektal), dil altına (sublinqval), yanağın selikli qişasından
(transbukkal), zondla birbaşa 12barmaq bağırsağa yeridilə bilər.
Parenteral metoda dərmanların xaricə, inyeksiya vasitəsilə d/i, d/a, ə/d, v/d yeridilməsi aid edilir.
Dərman maddələri yerli olaraq birbaşa xəstəlik ocağına-onurğa beyin kanalına meningitdə, oynaq
kisələrinə iltihab olduqda, plevra boşluğuna, bronxlara və traxeyaya və s. də yeridilə bilər.
Hər bir üsulun müəyyən müsbət və mənfi cəhətləri vardır. Belə ki enteral dərman qəbulu asandır,
kənar şəxsin yardımına ehtiyac yoxdur və sterillik tələb olunmur. Mənfi cəhəti odur ki, nisbətən gec təsir
edir, dərmanlar bağırsaqdan sorulduqdan sonra qapı venası ilə qaraciyərə daxil olur və onların bir hissəsi
orada aktivliyini itirir. Parenteral üsulun müsbət cəhəti dərmanın dozasının dəqiq olması və qısa müddətdə
təsiretməsidir. Mənfi cəhəti isə ağrılı olması, kənar səxsin (tibb bacısının) yardımının və sterilliyin tələb
olunmasıdır.
Dərman maddələrinin əsas təsirindən başqa mənfi yanaşı reaksiyalar əmələ gələ bilər. Bəzən dərman
maddələri bir-birinə əks təsir göstərir. Tibb bacısı bilməlidir ki, hansı dərmanları bir vaxtda vermək
olmaz. Orqanizmin dərmanı götürməməsi anafilaktik şok əmələ gətirə bilər. Bəzi dərman maddələrini
qəbul etməzdən əvvəl sınaq qoyurlar. Dərman maddələrinin uzun müddət qəbulu onun müalicəvi təsirini
azaldır. Orqanizm bəzi dərmanlardan uzun müddət istifadə etdikdə ona alışır. Belə dərmanların təyin
olunmasına xüsusi nəzarət olunmalıdır. Bəzi dərmanlar orqanizmdə toplanır. Tibb bacısı dərmanların
dozasını bilməlidir. Bunu yaşdan və bədən çəkisindən asılı olaraq təyin edirlər. Birdəfəlik, yüksək
birdəfəlik, sutkalıq, həmçinin toksik və ölümcül doza olur.