Xəstənin yataqda vəziyyəti-fəal, passiv və məcburi vəziyyət ola bilər. Fəal vəziyyət-xəstə özü
yataqdan sərbəst dura, otura və gəzə bilərsə, bu aktiv vəziyyət adlanır. Passiv vəziyyət-xəstə ancaq
yataqda uzanıb sərbəst olaraq hərəkət edə, çevrilə, başını, yaxud qolunu qaldıra bilmirsə, bu passiv
vəziyyətidir. Adətən hərəki iflic olan nevroloji xəstələr və huşu itmiş xəstələr bu vəziyyətə düşürlər. Digər
böyük bir qrup xəstəliklər zamanı isə xəstəyə yataqda passiv rejim təyin oluna bilər. Məsələn, miokard
infarktı zamanı və s.
Məcburi vəziyyət-xəstəliklə əlaqədar xəstə məcburi vəziyyət alır. Xora xəstəliyində diz-dirsək
vəziyyəti, miokard infarktında arxası üstə, eksudativ plevritdə ağrıyan böyrü üstə yatır və s. Təngnəfəsliyi
olan xəstələr oturub əlləri ilə çarpayının yanlarından tutur, ayaqlarını aşağı salmağa çalışırlar. Belə halda
xəstənin kürəyinə 2-3 yastıq qoymaq və ya funksional çarpayıdırsa, baş tərəf qaldırılır. Ağ ciyərlərdə və
bronxlarda irinlik olduqda bəlğəmin yaxşı çıxması üçün münasib vəziyyət seçilməlidir. Buna bronx
drenajı deyilir. Xəstə dizləri üstə durub başını çarpayıdan sallaya bilər və ya alnını yatağa söykəyə bilər.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
44
Ağ ciyərin bir payında xəstəlik varsa, xəstə sağlam tərəf üstə yatır və bu da bəlğəmin çıxmasına səbəb
olur.
Xəstənin rejimi-xəstə stasionara daxil olduqda tibb bacısı onu şöbənin daxili qayda-qanunu ilə tanış
edir. Ona rejim təyin olunur:
1. yataq rejimi-bu vaxt xəstəyə yataqdan qalxmağa icazə verilmir, bütün fizioloji aktları xəstə yataqda
edir;
2. yarımyataq rejimi-xəstəyə yalnız ayaqyoluna getməyə icazə verilir;
3. ümumi rejim-xəstəyə şöbədə gəzməyə icazə verilir.
Yataq yaraları-uzun müddət yataqda olan zəif xəstələrdə baş verən trofik xora-nekrotik prosesdir.
Yataq yaraları yumşaq toxumaların sıxıldığı yerlərdə-oma, kürək, daban, ənsə, dirsək və s. nahiyələrdə
əmələ gəlir. Dəriyə pis qulluq, döşəyin narahat olması buna səbəb ola blər. İlk əlamət:Dəri ağarıb sonra
qızarır. Şişir və dərinin üst qatı soyulur. Bundan sonra suluqlar və nekroz əmələ gəlməyə başlayır.
Infeksiya qoşularsa, sepsis baş verə bilər. Profilaktikası:
1. xəstənin vəziyyəti imkan verərsə, gündə bir neçə dəfə böyrü üstə çevirməli;
2. tez-tez döşəkağı çırpılmalıdır ki, orada çörək qırıntıları olmasın;
3. döşəkağı və xəstənin alt paltarında qırışlar və yamaq olmamasına fikir verməli;
4. uzun müddət yataq xəstəsi olanların altına hava üfürülmüş rezin dairə qoyulmalıdır. Ona örtük elə
taxılmalıdır ki, xəstənin oması deşiyə tən gəlsin;
5. hər gün dəri dezinfeksiya edilməlidir;
6. dərinin qızartı olduğu yerlər quru dəsmalla sürtülməlidir;
7. dərinin maserasiyaya uğramış yerləri soyuq su və sabunla yuyulub, spirtlə silinir, sonra üzərinə pudra
səpilir.
Müalicə: Suluq əmələ gəlibsə, brilyant abısının spirtli məhlulu ilə silinir, sonra quru sarğı qoyulur.
Nekroz varsa, ölmüş toxumalar kəsilir və yaraya 1%-li kalium permanqanat məhlulunda isladılmış salfet
qoyulur. Sarğı gündə 2-3 dəfə dəyişilməlidir. Yara təmizləndikdən sonra Vişnevski məlhəmi qoyulur.
Xəstədə yataq yarasının olması xəstəyə qulluğun və sanitariya xidmətinin aşağı olmasını göstərir.
|