Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 38 MÖVZU 17 TĠBB BACISININ DEONTOLOJĠ DAVRANIġININ ƏSASLARI. TĠBB BACISININ MƏNƏVĠ VƏ HÜQUQĠ MƏSULĠYYƏTĠ “Deontologiya»sözü yunan mənşəli olub, tibb işçisinin peşə əxlaqı və peşə borcu, vəzifəsi haqqında
olan bir elmdir. Bu termini ilk dəfə ingilis filosofu İ. Bentam keçən əsrdə təklif etmişdir. Tibbi
deontologiyanı həyata keçirmək üçün öz sənətini sevmək, intellekt, həssaslıq və vətəndaşlıq kimi
keyfiyyətlər tələb olunur. Dientologiyanın öyrəndiyi əsas məsələlər bunlardır:
1. Həkim və xəstə;
2. Həkim və cəmiyyət, dövlət, hüquq, qanun;
3. Həkim və tibb kollektivi;
4. Həkim və xəstənin qohumları;
5. Həkim və özünənəzarət, özünüqiymətləndirmə.
Hər bir tibb işçisi daim yadda saxlamalıdır ki, ona əksər hallarda yalnız sağlamlıq pozulduqda,
bədbəxtlik üz verdikdə müraciət edirlər. Belə hallarda ürəkdən xəstəyə yanmaqla, onu başa düşməklə
xəstə ilə mehriban ünsiyyət yaratmaq olar. Əvvəllər tibb bacıalrı “şəfqət bacıları” adlandırılırdılar və bu
yuxarıdakı keyfiyyətləri olmayan şəfqət bacıları işləyə bilməzdilər. Bütün dünyada “şəfqət bacıları“
xidmətinin inkişafına öz həyatını həsr etmiş, bu hərəkatin banisi ingilis qadını Florens Naytingeyl
olmuşdur. Xəstə ilə təmasda olduqda tibb bacısı psixoloq kimi hər xəstəyə fərdi yanaşmalı və öz
hərəkətləri, davranışı, münasibəti, sözləri ilə xəstədə inam, sağalmasına ümid yaratmağı bacarmalıdır. O,
elə etməlidir ki, xəstə özünəqapanmadan, bədbinlikdən, pis fikirlərdən, həyəcan keçirməkdən xilas ola
bilsin, onda yaşamağa ilham, xəstəliklə mübarizə üçün inam, dözüm əmələ gəlsin.
Xəstə ilə bağlı sənətin ona məxsus olan incə xüsusiyyətlərindən biri “həkim sirri»deyilən anlayışdır.
Tibb bacısı “həkimlik sirrini»daim qorumalı, xəstəliyin proqnozu barədə xəstədə nikbin əhval-ruhiyyə
yaratmalı, ümidsiz xəstələrə belə bir incə tərzdə “xoş” yalan deməlidir. Digər tərəfdən, ağır xəstələrin
diaqnozunu boş şey kimi də qiymətləndirmək olmaz və bu barədə xəstəyə veriləcək hər bir məlumat
müalicə həkimi ilə razılaşdırılmalıdır. Xəstə ilə söhbətlərdə ona tanış olmayan, onda şübhə və qorxu
yaradan terminlər işlədilməməlidir.
Yadda saxlamaq lazımdır ki, həkimin, tibb bacısının xəstəyə psixoloji təsiri, ehtiyatsız sözü
yatrogeniyaya (iatros-həkim) səbəb olur. Buna görə də xəstəni həmişə psixi travmadan qorumaq lazımdır.
Belə ki, yatrogeniya bəzi hallarda xəstənin müalicədən imtina etməsinə gətirib çıxarır. Bu barədə olan
atalar sözü də çox ibrətamizdir:»Xəncər yarası sağalar, söz yarası sağalmaz”. Bəzi hallarda xəstələr
hövsələsiz, müalicəyə inamsız olurlar, onlarda sinir pozğunluqları, yüksək oyanıqlıq və s. müşahidə
olunur. Belə xəstələrə səbrlə, təmkinlə yanaşmalı, maksimum hövsələlik göstərməli və heç vəchlə onlarla
mübahisəyə yol verilməməlidir.
Tibb bacısı səbrli, işgüzar və xoş xasiyyətli olub, kollektivə qaynayıb qarışmalıdır. Kefi pis olsa
belə, xəstələrlə təmasda olduqda biruzə verməməli, mümkün qədər üzünə gülümsər ifadə verilməlidir.
Tibb bacısı həkimin göstərişlərini ciddi yerinə yetirməli, dərmanların dozasına və vurulma vaxtına ciddi
riayət etməlidir, çünki bu zaman laqeydlik, ehtiyatsızlıq arzuolunmaz hallara səbəb ola bilər. Tibb bacısı
öz gündəlik işində xəstənin qohumları ilə də ünsiyyətdə olur. Onlara veriləcək məlumat əvvəlcədən
həkimlə razılaşdırılmalıdır. Xəstədən gizlədilən həqiqi diaqnoz, onun vəziyyətinin ağırlıq dərəcəsi
xəstənin yaxın adamlarına aydın başa düşülən formada bildirilməlidir. Tibb bacısı öz işgüzarlığı, davranışı
ilə həkimin nüfuzunu qaldırmalıdır. Həmçinin həkim də öz növbəsində xəstələrin yanında tibb bacısına
irad tutmamalıdır. Bu, tibb bacısının sarsılmasına səbəb ola bilər.