Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
39
Tibb iĢçisinin hüquqi məsuliyyəti
Tibb işçisinin peşə xüsusiyyətləri ondan təkcə mənəvi məsuliyyyəti yox,
həmçinin hüquqi
cavabdehlik tələb edir. Tibb bacısı da həkim kimi öz işində səhlənkarlıq, cinayətkarcasına özünəgüvənmə
və yaxud tutduğu mövqeyindən qəsdən sui-istifadə nəticəsində buraxdığı səhvlərə görə cavabdehlik
daşıyır.
Tibb işçilərinin törətdiyi qeyri-qanuni, cinayət xarakterli işlər, hərəkətlər üç yerə bölünür:mülki,
inzibati cinayət xarakterli işlər və intizamın pozulması ilə əlaqədar qanunsuz hərəkətlər.
Mülki cinayət xarakterli işlərə, hərəkətlərə aşağıdakılar aiddir:düzgün olmayan müalicə ilə xəstəyə
zərər vurmaq, sarğı materiallarını, dərmanları və s. təsərrüfatsızcasına
saxlamaq və xarab etməklə
xəstəxanaya ziyan vurmaq. Bu hərəkətləri törədənlər müvafiq surətdə mülki məsuliyyətə cəlb edilirlər.
İnzibati cinayət xarakterli hərəkətlər:xəstəxananın daxili intizam qaydalarını, sanitar-epidimioloji və
yanğın əleyhinə qaydaları pozmaq və s. nəticəsində vurulmuş ziyan. Bu hərəkətləri törədən tibbi heyətin
hər bir üzvü məsuliyyət daşıyır:cərimə, müvəqqəti öz vəzifəsindən kənar olunmaq, müəyyən əşyaları
müsadirə etmək və i. a. yolla cəzalanırlar. Nizam-intizam pozğunluğu törədən hərəkətlərə görə şəxslər
əmək qanunvericiliyi əsasında intizam məsuliyyətinə cəlb edilirlər:irad tutulma, töhmət, şiddətli töhmət,
təhsil aldığı ali və ya orta məktəbdən qovulma və s.
Bəzi hallarda tibb iĢçiləri ilə xəstə arasında hüquq normalarını pozan vəziyyət meydana çıxır
ki, belə hallarda cinayət tərkibli hadisələr baĢ verə bilər. Bu hallar aĢağıdakılardır:
1. Ölkənin cinayət
məcəlləsində nəzərdə tutulan, qəsdən törədilən cinayətlər baş vermişdirsə. Bunlar
aşağıdakılardır:xəstəyə qəsdən yardım göstərilməməsi; qanunsuz abort edilməsi; qanunsuz həkimlik etmə;
müxtəlif saxta
tibbi sənədlərin verilməsi, insanlar üzərində yolverilməz və icazəverilməz eksperiment
qoyulması; epidemiya ilə mübarizə qaydalarının bilərəkdən pozulması; zəhərli, güclü təsir göstərən
narkotik preparatlar istehsalının, saxlanılmasının, buraxılmasının və qeydiyyatının pozulması.
2. Öz fəaliyyətində tələb olunan ehtiyatlılıq göstərməmək, vəzifə borcunu yerinə yetirməmək və yaxud
səhlənkarlıq, uşaq bələyərkən dartıb qıçını sındırmaq və s.