Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar



Yüklə 0,58 Mb.
səhifə3/6
tarix05.05.2017
ölçüsü0,58 Mb.
#16586
növüMühazirə
1   2   3   4   5   6

Sınaq məsələsi - məhsulun xarakteristikalarının kəmiyyət və keyfiyyət qiymətlərinin alınmasıdır. Yeni verilmiş şəraitdə tələb olunan funksiyaları yerinə yetirmək xüsusiyyətinin qiymətləndirilməsidir. Bu məsələ sınaq laboratoriyalarında həll olunur. Onun həlli, məhsulun parametrlərini göstərməklə, tərtib olunmuş sınaq protokoludur.

Nəzarət məsələsi – məhsulun xarakteristikalarının normativ sənədlərdə verilmiş tələblərə, o cümlədən sınaqların nəticələrinə görə, uyğunluğunu müəyyən etməkdir. Bu məsələni sınaq protokolu əsasında sertifikatlaşdırma üzrə orqanın ekspertləri həll edir. Odur ki, nəzarət məsələsini ekspert qiymətləndirmə məsələsi adlandırmaq olar.

Məhsulun sertifikatlaşdırılmasında bu hər iki əməliyyat parametrlərin ölçülməsi ilə bağlıdır. Keyfiyyət sistemlərinin və xidmətlərin sertifikatlaşdırılması sistemləri ölçü texnikası tətbiq etmədən vizual, yaxud orqanoleptik metodların (auditlər, yoxlamalar, sorğular və s.) köməyi ilə uyğunluğun qiymətləndirilməsini nəzərdə tutur. Heyətin sertifikatlaşdırılması zamanı müəyyən olunmuş qaydalara görə sertifikatlaşdırma imtahanı aparılır. Bütün obyektlər xammallara, materiallara, məmulatlara, avadanlığa və alətə qoyulmuş normaların tələblərinə uyğunluğuna nəzarət olunur.

Göstərilən obyektlərdən keyfiyyət sisteminin elementləri və istehsal prosesinin mərhələləri nəzarətə uğradılır. Dəzgahda, presdə, yığımda aparılan hər hansı əməliyyatdan sonrakı nəzarət, nəzarəti əməliyyat adlanır. Detal, düyüm yaxud məmulat hazır olduqdan sonra məhsulun qəbul nəzarəti tətbiq olunur. Burada məhsulun komplektliyinə, qablaşdırmaya, daşınmaya və saxlanmaya əlverişli olmasına nəzarət aparılır. Hansı parametrlərə nəzarət olunmasını və onların hansı alətlərlə və cihazlarla yoxlamaq lazım gəldiyi texnoloji prosesin xəritəsi ilə nizamlanır. Qəbul nəzarəti dövlət standartlarına, ümumi texniki şərtlərə və uyğun texniki şərtlərə görə aparılır.


  • Obyektlərin, yaxud istehsalat proseslərinin mərhələlərinin aşağıdakı nəzarət formaları ola bilər.:

  • səyyar – aparılma müddətləri reqlamentləndirilmir;

  • fasiləsiz – fasiləsiz (daimi aparılır);

Nəzarət vasitələrindən asılı olaraq aşağıdakı nəzarət formaları ola bilər:

  • vizual - nəzarət obyekti gözlə yoxlanılır və onun NTS-in tələblərinə uyğunluğu təyin edilir (burada bütün əməliyyatların yerinə yetirildiyi, markaların mövcudluğu, müşayiətedici sənədlərin olması yoxlanılır);

  • orqanoleptik – ekspert – mütəxəssislər tərəfindən aparılan subyektiv nəzarət (bunlarla qiymətləndirilir);

  • alət - ölçmə alətinin, kalibrlərin, cihazların, stendlərin, sınaq maşınlarının və s. köməyi ilə aparılan sınaq. Bu növ nəzarət əllə aparılan, avtomatlaşdırılmış və avtomatik ola bilər.

Əllə nəzarətdə detalları və məmulatları yoxlamaq üçün ştangenpərgarlar, mikrometrlər, kalibrlər, bəndlər, indikatorlar və s. kimi əllə işlədilən alətlərdən istifadə edilir. Belə nəzarət çox subyektiv olur. Belə ki, əllə tam nəzarət aparıldıqda belə 2-4% həcmində qüsurlu detalları aşkar etmək mümkün olur.

Avtomatlaşdırılmış nəzarət – ölçmə zamanı subyektivliyi aradan götürməyə imkan verən, xüsusi vasitələrdən istifadə olunmasına əsaslanır.

Ən mütərəqqi növ avtomatik nəzarətdir, yəni detalları və düyümləri hazırlayarkən fasiləsiz nəzarət aparmağa imkan verən avtomatik nəzarət vasitələrindən istifadə olunur. Bu növ nəzarət diyirlənmə yastıqlarının istehsalında geniş tətbiq olunur.

İstehsalın həcmindən asılı olaraq , aşağıdakı nəzarət növbələrini fərqləndirirlər:



  • tam – burada nəzarət olunan məhsulun keyfiyyəti haqqında qərar hər bir məhsul vahidinin yoxlanılmasının nəticələrinə görə qəbul edilir;

  • seçmə - burada keyfiyyət haqqında qərar, məhsul partiyasından, yaxud axınından NTS-in tələblərindən asılı olaraq götürülmüş bir, yaxud bir neçə seçmənin yoxlamalarının nəticələrinə görə qəbul edilir;

  • istehsalat prosesinin xidmətinə təsirin xarakterinə görə aktiv və passiv nəzarətləri fərqləndirirlər:

  • aktiv – nəzarətdə alınmış nəticələrdən məmulatların hazırlanma prosesinin fasiləsiz idarə edilməsi üçün istifadə olunur. Aktiv nəzarət texnoloji avadanlığa qoşulmuş cihazlarla yerinə yetirilir.

  • dağıdılmaqla - nəzarətdən sonra məhsulun təyininə görə istifadəsi qeyri – mümkün olur;

  • dağıdılmadan aparılan nəzarətdən sonra məhsul təyininə görə istifadəsi üçün yararlı qalır.

Yoxlanılan parametrlərin tiplərinə görə aşağıdakı nəzarətləri fərqləndirirlər:

  • həndəsi parametrlərə - burada detalların, düyümlərin və aqreqatların və s. xətti və bucaq ölçülərinə, səthlərin forma və yerləşmələrinə və oxların vəziyyətlərinə nəzarət olunur;

  • mexaniki xüsusiyyətlərə - möhkəmliyə, bərkliyə, müxtəlif xarici mühitlərdə plastikliyə nəzarət olunur;

  • mikro və makro struktura nəzarət – burada metalloqrafik tədqiqatlar aparılır;

  • kimyəvi xüsusiyyətlərə - əşyanın tərkibinin kimyəvi analizi aparılır və müxtəlif mühitlərdə kimyəvi dözümlülüyü yoxlanılır;

  • xüsusi nəzarət – işığın və qazın buraxılması və kipliyi yoxlanılır.

Sertifikatlaşdırmada nəzarət prosesi təşkil olunmuş sistemdir. Ona onun məqsədli yönümünü, təyinini və məzmununu xarakterizə edən müəyyən nişanələr xasdır. Nəzarət prosesinin əsas elementləri nəzarət obyekti, metodu və icraçısı və həmçinin də nəzarət üzrə normativ – texniki sənədlərdir.

Məhsulun sınağı – nəzarətin müxtəlif növlüyüdür, ona görə də onlara da sistemli yanaşma xasdır. Sınaq sisteminə aşağıdakı əsas elementlər daxildir: obyekt (məmulat, məhsul), sınağın kateqoriyası, sınaqların və ölçmələrin aparılması üçün vasitələr (sınaq avadanlığı və yoxlama, yaxud qeydedici vasitələr), sınağın icraçısı, sınağa normativ – texniki sənədlər (proqram, metodikalar).

Məhsulun həyat tsiklinin mərhələlərindən asılı olaraq aşağıdakı sınaqlar aparılır:


  • tədqiqat – tədqiqedici;

  • işlənmə - çatdırma, ilkin, qəbul;

İstehsal – ixtisaslı, təqdimedici, qəbul-təhvil dövri, tipik, müfəttiş sertifikatlaşdırma;

İstismar – nəzarət altında istismar, dövri istismar, müfəttiş.

Təqdimat sınaqlarını – lazım gəldikdə məhsulun həyat tsiklinin ixtiyari mərhələsində aparırlar. Məhsulun istehsalı prosesində alınan materiallar, komplektləyici məmulatlar giriş nəzarətində, müəssisədə hazırlanan tərkib hissələr isə əməliyyatlar üzrə nəzarətdə nəzarət nəzarət sınaqlarına uğradıla bilər. Tədqiqat sınaqlarını obyektin bu, yaxud digər xarici faktora təsirindən (XTF) özünü necə aparacağını öyrənmək üçün, yaxud lazımi həcmdə informasiya olmadıqda aparırlar.

Tədqiqat sınaqları bütün verilmiş növ obyektlər toplusu haqqında informasiyanı almaq məqsədilə, əsasən, tipik nümayəndə üzərində aparılır. Beləliklə, bu sınaqlar obyektin xüsusiyyətlərinin xarakteristikalarını öyrənmək, məhsula ilkin tələbləri formalaşdırmaq, texniki həlləri seçmək, məhsulun və onun tərkib hissələrinin xarakteristikalarını təyin etmək, istehsalın, istismarın və məhsula nəzarətin daha effektiv metodlarını seçmək; istismar şəraitini təyin etmək üçün aparılır.

Tədqiqat sınaqlarını çox vaxt təyinedici və qiymətləndirici sınaqlar kimi aparırlar. Təyinedici sınaqların aparılmasında məqsəd bir, yaxud bir neçə kəmiyyətin qiymətlərini verilmiş dəqiqlik və doğruluqla tapmaqdır. Bəzən sınaq zamanı obyektin yararlıq faktını müəyyən etmək, yəni verilmiş nümunənin qoyulmuş tələblərə cavab verib-vermədiyini təyin etmək kifayətdir. Belə sınaqlar qiymətləndirici sınaqlar adlanır.

Obyektin keyfiyyətinə nəzarət etmək üçün aparılan sınaqlar nəzarət sınaqları adlanır. Nəzarət sınaqlarının aparılmasında məqsəd komplektləyici məmulatların, yaxud tərkib hissələrin müəyyən nümunələrinin hazırlanma zamanı texniki şərtlərə uyğunluğunu yoxlamaqdır. Sınaqlar nəticəsində alınmış məmulatlar texniki şərtlərdə nəzərdə tutulmuş qiymətlərlə tutuşdurulur və sınanılan (yoxlanılan) obyektin normativ-texniki sənədlərə, (komplektləyici məmulatların təchizatının sənədlərə) uyğunluğu haqqında rəy verilir.



Çatdırma sınaqlarını texniki sənədlərdə edilən dəyişikliklərin məhsulun keyfiyyət göstəricilərinə təsirini qiymətləndirmək üçün aparırlar. Bu sınaqlrın vacibliyi məhsulun layihələndiricisi tərəfindən ya texniki tapşırığı tərtib edərkən, ya da layihələndirmə prosesində müəyyən edilir. O həmçinin sınaqların proqramını və metodikasını tərtib edir.

Sınaqlara məhsulun təcrübi yaxud əsas nümunələrini və onun tərkib hissələrini uğradırlar. Sınaqları bir qayda olaraq, lazım gələrsə hazırlayanları da cəlb etməklə, layihəçi təşkilat aparır ya da təşkil edir.



İlkin sınaqların aparılmasında məqsəd nümunələrin qəbul sınaqlarına təqdim edilməsinin mümkünlüyünü təyin etməkdir. Sınaqlar standarta, yaxud nazirliyin, müəssisənin normativ metodiki sənədinə uyğun aparılır. İlkin sınaqların proqramı məmulatın istismar şəraitinə maksimum yaxınlaşdırılmış olur. Normativ-metodiki sənədlər olmadıqda sınaqların vacibliyini layihəçi təşkilat təyin edir.

İlkin sınaqları, attestasiya olunmuş sınaq avadanlıqlarından istifadə etməklə, attestasiya olunmuş sınaq şöbələri aparır. Baş təşkilatlara həvalə olunmuş məhsulun sınağını onların iştirakı ilə, ya da onların nəzarəti altında aparırlar.

Sınaqların nəticələrinə görə akt, hesabat tərtib olunur və məmulatların qəbul sınaqlarına təqdim olunmasının mümkünlüyü təyin olunur.

Qəbul sınaqlarını məhsulun istehsalının məqsədəuyğunluğunu və mümkünlüyünü təyin etmək üçün aparırlar.

Fərdi istehsalın məmulatlarının qəbul sınaqlarını bu məmulatların istismara verilməsinin məqsədəuyğunluğunu həll etmək üçün aparırlar. Sınaqlara məhsulun təcrübi yaxud, əsas nümunələri (partiyaları) uğradılır. Qəbul sınaqlarını, attestasiya olunmuş avadanlıqlardan istifadə etməklə, attestasiya olunmuş sınaq şöbələri aparır.

Qəbul sınaqlarında texniki tapşırıqda göstərilmiş bütün göstəricilərin və tələblərin qiymətlərinə nəzarət olunur. Modelləşdirilmiş, yaxud modifikasiya olunmuş məhsul nümunələrinin qəbul sınaqları imkan daxilində bu məhsul nümunələrinin tutuşdurulma sınaqlarının yerinə yetirilməsi ilə aparılır.

İxtisas sınaqları – aşağıdakı hallarda aparılır: sınaq nümunələrini və seriyalı məhsulu hazırlayanlar müxtəlif olduqda, həmçinin lisenziyalar üzrə məhsulları və başqa müəssisədə istifadə olunan məhsulları istehsalata buraxdıqda müəssisənin konkret seriyalı məhsulun buraxılışına hazırlığını qiymətləndirilməsini, qalan hallarda ixtisas sınaqlarının aparılmasının vacibliyini qəbul komissiyasının müəyyən edir.

İxtisas sınaqlarına birinci sənaye partiyasının nümunələri, həmçinin lisenziyalar üzrə buraxılan və digər müəssisədə istifadə olunan məhsulların birinci nümunələri uğradılır.



Qəbul – təhvil sınaqları məhsulun təchizatı, yaxud istifadə yararlığı haqqında qərar qəbul etmək üçün aparılır. Bu sınaqlara, hazırlanmış hər bir məhsul vahidi, ya da partiyadan ya da partiyadan seçimi uğradılır. Sınaqlar məhsulu istehsal edən müəssisənin texniki nəzarət xidməti tərəfindən aparılır. Lakin gələrsə, sifarişçi təşkilatın nümayəndələri sınaqların aparılmasında iştirak edə bilər.

Müəssisədə dövlət qəbul komissiyada fəaliyyət göstərirsə, sınaqlar bu komissiyanın nümayəndələri tərəfindən aparırlar. Sınaqlar zamanı əsas parametrlərin qiymətlərinə və məmulatın işə yararlılığına nəzarət olunur.

Sınaqların aparılma qaydası dövlət ümumtexniki tələblər və texniki şərtlər standartlarında, fərdi istehsalat məhsulu üçün isə texniki tapşırıqda müəyyən olunmuşdur.

Dövrü sınaqları aşağıdakı məqsədlə aparırlar:

Məhsulun keyfiyyətinə dövri nəzarət;

Növbəti sınaqlar arasındakı dövrdə texnoloji prosesin sabitliyinə nəzarət;

İstifadə olan sənədlər əsasında məmulatların hazırlanmasının davam etdirilməsinin və onların qəbulunun mümkünlüyünü təsdiq etmək.

Qəbul nəzarət zamanı tətbiq olunan sınaq metodlarının effektivliyini təsdiq etmək.

Dövri sınaqla seriyalı (kütləvi) istehsal olunan məhsullar üçün nəzərdə tutulmuşdur. Dövri sınaqlarda texnoloji prosesin sabitliyindən asılı olan, lakin qəbul – təhvil sınaqlarında yoxlanılmayan göstəricilərin qiymətlərinə nəzarət aparılır. Sınaqlar üçün dövlət standartlarına və texniki şərtlərə uyğun seçilmiş qəbul-təhvil sınaqlarından keçmiş məhsul nümunələri təqdim olunur.



Tipik sınaqlar bir tip ölçüdə məhsulun vahid metodika üzrə nəzarəti üçün aparılır. Bu sınaqları konstruksiyada, yaxud texnoloji prosesdə edilən dəyişiklikləri effektivliyini və məqsədəuyğunluğunu qiymətləndirmək üçün aparırlar. Sınaqlara konstruksiyasında, yaxud hazırlanma texnoloji prosesində dəyişikliklər olmuş məhsul nümunələri uğradılır. Tipik sınaqları dövlət qəbul komissiyasının nümayəndələrinin iştirakı ilə məhsulu hazırlayan təşkilat, yaxud sınaq təşkilatı aparır. Sınaqların proqramı edilmiş dəyişiklərin xarakterindən asılı olaraq müəyyən olunur.

Müfəttiş sınaqlar hazır və istismarda olan məhsul nümunələrinin keyfiyyətinin sabitliyinə nəzarət etmək məqsədilə seçmə yolu ilə yerinə yetirilir. Onları xüsusi səlahiyyətli təşkilatlar (dövlət və sahə nəzarət orqanları, xarici ticarət əməliyyatları yerinə yetirən və i.a. təşkilatlar) bu məhsula normativ-texniki sənədlərə uyğun aparır.

Sertifikatlaşdırma sınaqları məhsulun təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunu, bəzi hallarda isə məhsulun mühüm keyfiyyət göstəricilərini; etibarlılığını, iqtisadi cəhətdən sərfəli olmasını və s. təyin etmək üçün aparılır.

Sertifikatlaşdırma sınaqlar məhsulun faktiki xarakteristikalarının normativ-texniki sənədlərin tələblərin tələblərinə uyğunluğunun təsdiqinə yönəldilmiş tədbirlər sisteminin elementidir. Sertifikatlaşdırma sınaqları, bir qayda olaraq, istehsalçıdan asılı olmayan sınaq mərkəzləri tərəfindən aparılır. Sınaqların nəticələrinə görə məhsula normativ-texniki sənədlərin tələblərinə uyğunluq sertifikatı, yaxud nişanı verilir. Sertifikat məhsulun təchizatçısı və istehlakçısı tərəfindən sınaqların nəticələrinin qarşılıqlı tanınmasına nəzərdə tutur ki, bu da xarici ticarət əməliyyatlarında xüsusi əhəmiyyət kəsb edir.



Nəzarət altında istismar məhsulun onun tətbiq olunduğu şəraitdə normativ – texniki sənədlərin tələblərinə uyğunluğunu təsdiq etmək, etibarlılıq haqqında məlumatları əldə etmək, çatışmamazlıqların aradan qaldırılması üzrə məsləhətlərin, tətbiq olunmanın effektivliyinin yüksəldilməsi və həmçinin gələcək layihələrdə istifadə olunacaq verilənlərin alınması üçün ayrılmış nümunələr istismar mühitinə uyğun şəraitdə yoxlanılır. Nəzarət altında istismarın nəticələrini istehlakçı istehsalçıya (hazırlayana) göndərəcək bildiriş vərəqəsinə, yaxud istismar yerində jurnala daxil edir.

Dövri istismar sınaqlar - əgər məhsulun keyfiyyət göstəricilərinin dəyişməsi təhlükəsizliyə, sağlamlığa, ətraf mühitə qorxu yaradarsa, ya da tətbiqinin effektivliyi aşağı düşürsə, onun sonrakı istismarının mümkünlüyünü, yaxud məqsədəuyğunluğunu təyin etmək üçün aparılır. İstismar olunan hər məhsul vahidi müəyyən olunmuş qanuna uyğun aparılır. Sınaqlar zamanı məhsulun normativ-texniki sənədlərdə (standartlarda, təlimatlarda, qaydalarda) müəyyən olunmuş təhlükəsizlik və ekoloji normalara və tələblərə və həmçinin onun tətbiqinin effektivliyini təyin edən normalara və tələblərə və istismar sənədlərində göstərilmiş normalara və tələblərə uyğunluğuna nəzarət olunur.

Sahələrarası sınaqlar,bir qayda olaraq,komissiyada bir neşə nazirliyin numayəndələri iştirak etdikdə,qəbul sınaqları zamanı aparılır.

Sahə sınaqları maraqlı nazirliyin nümayəndələrindən təşkil olunmuş komissiyanın apardığı sınaqlardır.
İSO/BEK 2 Rəhbəredici sənəddə “sınaq” termini aşağıdakı kimi təyin olunmuşdur: müəyyən olunmuş prosedura uyğun olaraq verilmiş məhsulun, prosesin, yaxud xidmətin bir, yaxud bir neçə xarakteristikalarının təyin olunmasından ibarət olan texniki əməliyyatlardır.

Sınaq prosesinin əsas təşkilediciləri aşağıdakılardır:

1.Sınaq obyekti – sınaqlara uğradılan məhsullardır. Sınaq obyektinin əsas nişanəsi odur ki, sınaqların nəticələrinə görə ancaq bu obyekt üzrə, yəni onun yararlığı, yaxud yararsızlığı, seriyalı istehsalın mümkünlüyü haqqında və s. qərar qəbul olunur. Sınaqlar zamanı obyektin xüsusiyyətlərinin xarakteristikalarını ölçmələr, analizlər, diaqnozlaşdırma, orqanoleptik metodların tətbiqi, yaxud sınaqlar zamanı müəyyən hadisələri (imtinaları, zədələri) və s. qeyd etmək olar.

Sınaqlar zamanı obyektin xüsusiyyətlərinin xarakteristikalarını ya qiymətləndirirlər, ya da onlara nəzarət edirlər. Birinci halda sınağın məqsədi obyektin xüsusiyyətlərinin kəmiyyət və keyfiyyət qiymətlərini almaq; ikinci halda isə - obyektin xarakteristikalarının verilmiş tələblərə uyğunluğunu müəyyən etməkdir.

2. Sınaq şəraiti – sınaqlar zamanı obyekt funksiyalarını yerinə yetirərkən təsir göstərən faktorların və (yaxud) rejimlərin toplusudur. Sınaq şəraiti real, yaxud modelləşdirilmiş ola bilər, obyektin xarakteristikalarının öz funksiyalarını yerinə yetirərkən və yerinə yetirmədiyi hallarda, təsirlərin mövcud olduğu, yaxud təsirlər götürüldükdən sonra təyin edilməsi nəzərdə tutula bilər.

3. Sınaq vasitələri – sınaqların aparılması üçün lazım olan texniki vasitələrdir. Bura ölçmə vasitələri, sınaq avadanlığı və köməkçi texniki quruluşlar daxildir.

4.Sınaqların icraçıları – sınaq prosesində iştirak edən heyətdir. Onun ixtisasına, təhsilinə, iş təcrübəsinə və digər kriteriyalara tələblər qoyulur.

Sınaq prosesinin normativ-metodiki əsasını aşağıdakılar təşkil edir:



  • sınaqların təşkilatı – metodiki və normativ – texniki əsasını nizamlayan standartlar kompleksi;

  • məhsulun işlənməsi və istehsalata qoyulması sisteminin standartlar kompleksi;

  • ölçmələrin vahidliyinin təmin edilməsinin dövlət sisteminin (DÖS) standartlar kompleksi;

  • məhsula və onun sınaq metodlarına tələbləri nizamlayan normativ-texniki və texniki sənədlər;

  • ölçmə vasitələrinə və onlardan istifadə qaydalarına tələbləri nizamlayan normativ-texniki sənədlər.

Sınaqların texnoloji prosesinin keyfiyyətini təyin edən əsas sənəd sınaqların metodikasıdır.

Sertifikatlaşdırma sınaqları prosesinin strukturu şək.1-də verilmişdir.

Məhsulun sertifikatlaşdırma sınaqlarını çox vaxt funksional göstəricilərin istismar şəraitinə uyğunluğunu, təsir edən xarici faktorlara münasibətini və etibarlılıq meyarlarını qiymətləndirmək üçün aparırlar. Təsir edən xarici faktorlar məhsulun tətbiqi zamanı onun təhlükəsizlik tələblərini təyin edir və buna görə də, ümumiyyətlə, məcburi sertifikatlaşdırma çərçivəsində qiymətləndirilir. Etibarlılıq məhsulun əsas istehlak xüsusiyyəti kimi onun bazarda rəqabətə davamlılığında mühüm rol oynayır. Etibarlılıq göstəriciləri, əsasən, könüllü sertifikatlaşdırma zamanı qiymətləndirilir.

Məmulata təsir xarakterindən asılı olaraq bütün təsir edən xarici faktorlar aşağıdakı siniflərə bölünürlər:



c:\users\user\appdata\local\microsoft\windows\temporary internet files\content.word\001.jpg

  • mexaniki,

  • iqlim və digər təbii,

  • bioloji,

  • radiasiyalı,

  • elektromaqnit sahəli,

  • termiki.


Mühazirə 9

Mövzu:Sertifikatlaşdırmanın normativ – metodiki təminatı
PLAN
1.Sertifikatlaşdırmanın normativ – metodiki təminatının strukturu

2. Texniki şərtlərə və texniki tələblərə standartlar
Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikatlaşdırmanın aparılması və inkişafı çoxlu sayda əsaslı sənədlərdən – hüquqi, metodiki və texniki sənədlərdən istifadə etmədən mümkün deyildir. Bunlara əlavə olaraq konkret sertifikatlaşdırma sisteminin çox saylı normativ-texniki bazasını məhsulun standartları (normalar), xidmətlər, sınaq metodları, saxlanma və daşınma şəraiti və s. təşkil edir.

Qeyd edək ki, İSO/BEK 2-nin təyininə görə “Standart müxtəlif növ fəaliyyətə, yaxud onların nəticələrinə aid olan və müəyyən sahədə qaydaya salınmanın optimal səviyyəsinə nail olmağa yönəldilmiş, dəfələrlə istifadə etmək üçün ümumi qaydalar, prinsiplər, yaxud xarakteristikaları müəyyən edən, konsensus əsasında işlənmiş və tanınmış orqan tərəfindən təsdiq olunmuş sənəddir”.

Dövlət standartlaşdırma sistemi standartların kateqoriyalara və növlərə bölünməsini nəzərdə tutur. Kateqoriya standartın yayılma sferasını təyin edir. Dövlət standartının (AZS), bütün müəssisələr, təşkilatlar və idarələr tərəfindən, onların fəaliyyəti, standartların tələblərinin təsiri altına düşürsə, tətbiq olunması məcburidir. Məcburi sertifikatlaşdırma, dövlət tərəfindən nəzarətdə olduğundan, bir qayda olaraq, dövlət standartlarının müddəalarına uyğun aparılır. Sahə standartı (SST) sənayenin və xidmətlər sferasının konkret sahəsinə tələblər qoyur. Sahə standartlarının uyğunluğuna könüllü sertifikatlaşdırmanı aparmaq olar. Müəssisə standartları sertifiktlaşdırma və akkreditasiya orqanlarında və həmçinin sınaq laboratoriyalarında istifadə olunan metodlara və proseslərə tələblər qoyur.

Məzmunundan asılı olaraq texniki şərtlərə, texniki tələblərə, parametrlərə və ölçülərə, metodlara və proseslərə, terminlərə və işarələrə, sənədlərə standartları fərqləndirirlər. Müəyyən növ məhsula aid olmayan standartlara, o cümlədən ümumi texniki və təşkilati-metodiki standartlara növlər müəyyən edilmir. Belə standartlara ümumi normalara, hesablama və layihələndirmə metodlarına standartlar, sinifləşdirmə və sənədləşdirmə sistemlərinə standartlar, fiziki kəmiyyət vahidlərinin standartları, müxtəlif iqlim şəraitində istismar üçün təchizat olunan məhsula ümumi tələblər, təhlükəsizlik üzrə tələblər, təbiətin mühafizəsi, məhsulun çeşidi və s. aiddir.



Texniki şərtlərə standartlar verilmiş həmcins məhsullar qrupu (metalkəsən dəzgahlar, traktorlar) üçün ümumi olan istismar (istehlak) xarakteristikalarını, qəbul qaydalarını, nəzarət metodlarını, markalamağa, qablaşdırmağa, daşınmağa və saxlanılmağa, təchiz olunmanın komplektliyinə, məmulatın təminatlı xidmət müddətinə və s. tələbləri müəyyən edir.

Texniki şərtlərin bölmələrinin tərkibinə aşağıdakılar daxildirlər:



  • əsas parametrlər və ölçülər;

  • texniki tələblər;

  • təhlükəsizlik üzrə tələblər;

  • komplektlilik;

  • qəbul qaydaları;

  • nəzarət metodları (sınaq, analiz, ölçmə);

  • markalanma, daşınma və saxlanılma qaydaları;

  • istismar üzrə göstəricilər;

  • hazırlayanın təminatı.

Texniki tələblərə standartlar həmcins məhsullar qrupu üçün keyfiyyətin optimal səviyyəsini təmin edən ümumi normaları və tələbləri nizamlayır. Bu normalar və tələblər, verilmiş qrupa daxil olan konkret məhsul növlərinin layihələndirilməsində nəzərə alınmalı və hazırlanma zamanı verilməlidir.

Məhsulun növündən və təyinindən asılı olaraq onun fiziki-mexaniki xüsusiyyətlərinə (möhkəmliyinə, bərkliyinə, elastikliyinə, yeyilməyə davamlılığına və s.), etibarlılığına və uzunömürlülüyünə; texniki estetikliyinə (rənginə, istifadə olunmanın əlverişliyinə, yaraşığına və s.); ilkin materiallara, xammallara, yarımfabrikatlara və s. tələblər qoya bilər.



Parametrlərin (ölçülərin) standartları əsas istismar xarakteristikalarına görə məhsulun parametrik, yaxud ölçü sıralarını müəyyən edir ki, bunların da bazasında uyğun sahələr tərəfindən hazırlanmalı, konkret tip, model və mrka məhsullar layihələndirilməlidir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin