Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar


Mühazirə 3. Mövzu: AZS milli sertifikasiya sistemi



Yüklə 0,58 Mb.
səhifə2/6
tarix05.05.2017
ölçüsü0,58 Mb.
#16586
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 3.

Mövzu: AZS milli sertifikasiya sistemi.
PLAN


  1. Sertifikasiya üzrə səlahiyyət verilmiş orqanlar, sertifikat və uyğunluq nişanı.

  2. Məhsulun (proseslərin, xidmətlərin) təhlükəsizlik tələblərin uyğunluq üzrə məcburi sertifikatlaşdırılması.

  3. Məcburi sertifikasiya zamanı istehlakçıların (tədarükçülərin, ticarət təşkilatlarının) vəzifələri. İdxal olunan məhsulun sertifikasiyası. Məcburi sertifikasiya üzrə işlərin müəyyənləşdirilməsi.

  4. Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanların sınaq laboratoriyalarının (mərkəzlərin, istehlakçıların) icraçıların, ticarət təşkilatlarının məcburi sertifikasiya qaydalarının pozulmasına görə məsuliyyəti.


Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikasiya sisteminə rəhbərliyi həyata keçirən dövlət idarəetmə orqanları sertifikasiya üzrə səlahiyyət verilmiş orqan hesab edilir və öz səlahiyyətləri daxilində aşağıdakıları həyata keçirir:

  • təhkim olunmuş məhsul (proseslər və xidmətlər) növləri üzrə Azərbaycan Respublikası ərazisində sertifikasiyanın ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

  • beynəlxalq və regional sertifikasiya sistemlərinin qoşulma haqqında qərarların qəbul edilməsi və həmçinin sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanması;

  • xarici orqanlarla qarşılıqlı əlaqələrdə və beynəlxalq təşkilatlarda sertifikasiya məsələləri üzrə Azərbaycan Respublikasının təmsil edilməsi;

Məhsul (proseslər və xidmətlər) sertifikasiya üzrə orqan tərəfindən müsbət rəy olduqda sifarişçiyə həmin məhsulun (proseslərin və xidmətlərin) üç ildən çox olmamaq şərti daxilində uyğunluq nişanı ilə nişanlamaq hüququ verən sertifikat (sertifikat lisenziyası) verilir.

Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq sertifikatı sistemin Dövlət Reyestrində qeydiyyatdan keçirilir.

Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq nişanı Qanunla müdafiə olunur. Uyğunluq nişanından qanunsuz istifadəyə yol verilmir.

Vətəndaşların sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizlik üçün təhlükəsizlik göstəriciləri üzrə məhsul (proseslər, xidmətlər) məcburi sertifikasiya keçməlidir. Məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərində əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyinə dair tələblər olmadıqda lakin məhsulun (proseslərin, xidmətlərin) istifadəsi, daşınması və saxlanması zamanı təhlükə ehtimalı olduğu halda təhlükəsizlik tələblərini daxil etmək məqsədilə normativ sənədə yenidən baxılmalıdır. Məcburi sertifikasiyada bütün hallarda məhsulun (proseslərin, xidmətlərin) göstəricilərini təyin etmək üçün sınaqlar keçirmək və sonrakı istehsal prosesində onların təmin olunmasına nəzarət aparmaq lazımdır.

Məcburi sertifikasiya sınaqları müvafiq sertifikasiya sistemində akkreditasiya olunmuş sınaq laboratoriyalarına (mərkəzlərində) müvafiq normativ sənədlərdə müəyyən olunmuş metodlarla, onlar olmadıqda isə sertifikasiya üzrə orqanların müəyyən etdiyi metodlarla aparılmalıdır.

Məcburi sertifikasiyaya aid məhsulların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur (bax. əlavə) və ona ildə bir dəfədən az olmamaq şərtilə yenidən baxılır.

Sertifikasiya üzrə Milli və səlahiyyət verilmiş orqanlar öz səlahiyyətləri çərçivəsində normativ sənədlərin təhlükəsizlik göstəriciləri üzrə tədbirlərin yerinə yetirilməsini bilavasitə təmin edən xarakteristika və xüsusiyyətlər baxımından xammalın, materialların, kompleksləşdirici məmulatların məcburi sertifikatlaşdırılmasını tətbiq etmək hüququna malikdirlər.

Məcburi sertifikasiyaya aid edilən məhsullar sertifikasiyaya tətbiq olunmadıqda, normativ sənədlərin tələblərinə və ya sertifikasiyanın digər tələblərinə uyğun olmadığına görə sertifikasiyadan keçmədikdə, sertifikasiya tələblərinə cavab vermədikdə, həmçinin sertifikatın qüvvədə olma müddəti qurtardıqda və ya dayandırıldıqda pərakəndə satış müəssisələri və ya istehlakçılar tərəfindən birbaşa istifadə olunmaq üçün Azərbaycan Respublikası ərazisində realizə oluna bilməz.

Qanunsuz olaraq uyğunluq nişanı ilə nişanlanmış, yaxud sertifikasiya tələblərinə cavab verməkdə uyğunluq nişanı ilə nişanlanmış məhsulların realizə edilməsi qadağandır.

Mal sahibi məhsulun sertifikasiyadan keçməsini təsdiq edən sənədlər olmadıqda və qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda (malı ixrac edən ölkənin qanunvericiliyi buna yol verərsə) Azərbaycan Respublikasının hüdudlarından kənarda məhsulu digər məqsədlə istifadə etmək üçün realizə etmək hüququna malikdir. Bu halda vətəndaşların həyatına, əmlakına, ətraf mühitə ziyan vurulmasına yol verilməməlidir.

Sertifikasiya orqanları uyğunluq sertifikatı, istehsalat attestatı və məhsulu (prosesləri, xidmətləri), uyğunluq nişanı ilə nişanlamaq hüququ verən lisenziya vermək, təhkim olunmuş məhsul (proseslər, xidmətlər) növlərinin sertifikasiya qayda və üsullarına riayət olunmasına keyfiyyət sisteminin inspeksiya fəaliyyətinə nəzarətini həyata keçirmək, verilmiş uyğunluq sertifikatının, attestatın və lisenziyanın qüvvədə olmasını ləğv etmək, yaxud dayandırmaq hüququna malikdir. Sertifikasiya orqanları aşağıdakı hallarda məsuliyyət daşıyır:


  • sertifikasiyanın və attestasiyanın nəticələrinin obyektivliyinə görə;

  • sertifikasiyanın gedişi zamanı olunan informasiyanın məxfiliyinin açıqlanmasına görə;

  • şəhadətnamə almaq istəyənlərə qarşı hüquq bərabərliyini pozan hərəkətlərə görə.

AZS Milli Sertifikasiya sistemində akkreditasiya olunmuş sınaq laboratoriyası (mərkəzi) verilmiş sistemdə sertifikasiya aparmaq məqsədi üçün yalnız akkreditasiya sahəsinə uyğun sınaqlar aparmaq hüququna malikdir.

Akkreditasiya olunmuş sınaq laboratoriyası (mərkəzi) aşağıdakıları təmin etməlidir:



  • sınaqların səriştəli aparılmasını və onların nəticələrinin səhihliyini;

  • laboratoriyanın akkreditasiya tələblərinə uyğunluğunun yoxlanmasının mümkün olmasını;

  • sınaqların nəticələri haqqında informasiyanın məxfiliyini;

Azərbaycan Respublikası ərazisində məhsulun (proseslərin, xidmətlərin) pərakəndə satış müəssisələrinə və istehlakçılara realizə edilməsini həyata keçirən müəssisələr (sahibkarlar) aşağıdakıları yerinə yetirməlidirlər:

  • məhsulun məcburi sertifikasiyasını həyata keçirən orqanların öz səlahiyyətlərini maneəsiz yerinə yetirməsinin təmin edilməsini;

  • sertifikasiyalaşdırılmış məhsul (proseslər, xidmətlər) uyğunluğuna sertifikatlaşdırıldığı normativ sənədin tələblərinə uyğun olmadığı və eyni zamanda sertifikatın qüvvədə olma müddətinin qurtardığı, həmçinin sertifikatın qüvvədə olmasının dayandırıldığı, yaxud sertifikasiya orqanının qərarı ilə ləğv olunduğu hallarda onun realizə edilməsinin müvəqqəti saxlanmasını, yaxud tam dayandırılmasını;

  • sertifikatlaşdırılmış məhsulun texniki sənədlərinə, yaxud istehsalın texnoloji prosesinə daxil edilmiş dəyişikliklər haqqında sertifikasiya orqanının xəbərdar edilməsini.

Təyinatı üzrə birbaşa istifadə edilən və sertifikatlaşdırılan məhsulların Azərbaycan Respublikasına idxalına dair bağlanmış müqavilələrin şərtlərinə məhsulun müəyyən olunmuş tələblərə uyğunluğunu göstərən və sertifikasiya üzrə milli orqan tərəfindən tanınan sertifikatın olması nəzərdə tutulur.

Alınmış Milli uyğunluq sertifikatları, yaxud tanınmış xarici sertifikatlar və uyğunluq nişanları yük, gömrük deklarasiyası ilə birlikdə gömrükxana nəzarəti orqanına təqdim olunur və Azərbaycan Respublikası ərazisinə məhsulun gətirilməsinə icazə almaq üçün lazımi sənəd hesab olunur.



Məcburi sertifikasiya üzrə işlərin xərcinin ödənilməsi sifarişçi tərəfindən sərbəst tariflər və milli sertifikasiya sisteminin müəyyən etdiyi qaydalarla yerinə yetirilir.
Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanlar və sınaq laboratoriyaları (mərkəzləri) məcburi sertifikasiya qaydalarının pozulmasına görə aşağıdakı hallarda məsuliyyət daşıyırlar:

  • əsassız olaraq uyğunluq sertifikatı verdiyinə görə;

  • məhsulun sınağının yanlış nəticələrini təqdim etdiyinə görə;

  • təkrarən əsassız olaraq uyğunluq sertifikatı verdiyinə görə;

  • təkrarən məhsulun sınağının yanlış nəticələrini təqdim etdiyinə görə;

İstehsalçılar (icraçılar), ticarət təşkilatları aşağıdakı hallarda məsuliyyət daşıyırlar:

  • məcburi sertifikatlaşdırılmalı məhsulu (proseslər, xidmətləri) sertifikatsız realizə etdiyinə görə;

  • məhsulu (prosesləri, xidmətləri), uyğunluğuna sertifikatlaşdırılması aparılan normativ sənədlərin tələblərinə uyğun olmadığı halda, realizə etdiyinə görə;

  • realizəsi dayandırılmış və ya qadağan olunmuş məhsulu realizə etdiyinə görə;

  • sertifikasiyadan keçməyən, yaxud uyğunluğuna sertifikatlaşdırıldığı normativ sənədin tələblərinə uyğun olmayan məhsulu (prosesləri, xidmətləri) həmçinin sertifikatın qüvvədə olma müddəti qurtardıqda ya da ləğv olunduqda uyğunluq nişanı ilə nişanlandığına görə.

İstehsalçılar (icraçılar) və ticarət təşkilatları məsuliyyət daşıdığı hallarda həmçinin sertifikatlaşdırılmış məhsula inspeksiya nəzarəti keçirən şəxslərə maneçilik törədildikdə və ümumiyyətlə sertifikasiya üzrə qaydalar pozulduqda vəzifəli şəxslər də məsuliyyət daşıyırlar. Sertifikasiya sınaqları qeyri-obyektiv aparılaraq onların protokollarında düzgün olmayan qeydlər yazıldıqda, sertifikasiyanın aparılma qaydaları və müddətləri pozulduqda, məhsulun normativ sənədlərinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin tərtib olunmasında xətalara yol verildikdə sertifikasiyadan keçməyən məhsula uyğunluq sertifikatının verilməsində sertifikasiya üzrə orqanlar və akkreditasiya olunmuş sınaq laboratoriyaları günahkar olduqları halda da vəzifəli şəxslər məsuliyyət daşıyırlar.
Mühazirə 4.

Mövzu: Sertifikasiya üzrə orqana tələblər və onun akkreditasiya qaydaları.
PLAN

  1. Sertifikasiya üzrə orqana tələblər.

  2. Sertifikasiya üzrə orqanın funksiyaları və keyfiyyət sisteminə tələblər.

  3. Sertifikasiya üzrə orqanın akkreditasiyası, sənədlərin təqdimatı və ekspertizası.

  4. Sertifikasiya üzrə orqanın attestasiyası və onun fəaliyyətinə inspeksiya nəzarəti.


Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikasiya üzrə orqanlar hüquqi şəxs statusuna malik olan təşkilatların bazasında yaradılır. Sertifikasiya üzrə orqana tələbləri və onun akkreditasiya qaydalarını, özündə əks etdirən sənədin tələblərinə cavab verən və lazımi səlahiyyətlərə malik olan müəssisələr və təşkilatlar o cümlədən Azərdövlətstandartın ərazi orqanları və Elmi-Tədqiqat institutları kimi dövlət təşkilatları, səhmdar cəmiyyətlər, assosiasiyalar və s. daxil olmaqla sertifikasiya üzrə orqanlar kimi akkreditasiya olunub fəaliyyət göstərə bilərlər.

Sertifikasiya üzrə orqan kimi akkreditasiya olunmaq və fəaliyyət göstərmək iddiasında olan təşkilat, sertifikasiya aparmağa imkan verən aşağıdakı sənədləri də daxil etməklə, zəruri vasitələrə və sənədləşdirilmiş üsullara malik olmalıdır:



  • verilmiş sertifikasiya sisteminin idarə olunması üçün inzibati struktura, hüquqi və iqtisadi imkanlara (şəraitə);

  • ixtisaslı və xüsusi hazırlıq keçmiş heyətə;

  • sertifikasiya üzrə orqanın tərkibinə daxil olan və ya onunla müqavilə əsasında qarşılıqlı əlaqədə olan akkreditasiya edilmiş sınaq laboratoriyalarına;

  • məhsula və sınaq metodlarına vacib olan normativ sənədlər fondunda;

  • həmcins məhsulların və keyfiyyət sistemlərinin sertifikatlaşdırılmasının, istehsalatın attestasiya edilməsinin üsul və qaydalarını müəyyənləşdirən təşkilatı-metodik sənədlərə.

Sertifikasiya üzrə orqanın məhsulun istehsalçılarından (tədarükçülərindən) və onun sifarişçilərindən (istehlakçılardan) inzibati və hüquqi asılılığı olmamalıdır.

Məhsulun, keyfiyyət sistemlərinin sertifikasiyası və ya istehsalatların attestasiyası üzrə akkreditasiya olunmuş orqan və nəzarət orqanı sertifikasiya üzrə orqanın tərkibində ola və ya olmaya bilər (keyfiyyət sisteminin sertifikasiyasını aparmaq üçün deklarasiya-sifarişin forması verilir).

Sertifikasiya orqanının heyəti öz vəzifəsini yerinə yetirmək üçün lazımi səlahiyyətə malik olmalıdır. Sertifikasiya üzrə orqanın ştatına daxil olan və ya müqavilə əsasında onunla qarşılıqlı əlaqədə olan auditorlara (ekspertlərə) tələblər AZS milli sertifikasiya sisteminin «Auditorlar və ekspertlər haqqında müddəalar» rəhbəredici sənədlərində öz əksini tapmaqdadır.

Sertifikasiya üzrə orqan auditorlar və ekspertlər Reyestrinə məşvərətçi səs hüququna malik olan və məsləhətçilər kimi sertifikasiya orqanı tərəfindən cəlb olunan müxtəlif ixtisas sahələrinin mütəxəssislərini daxil etməlidir.

Hər hansı iş subpodrat əsasında başqa təşkilata tapşırıldığı halda sertifikasiya üzrə orqan subpodrat işləri ilə məşğul olan həmin təşkilatın heyətinin və istifadə etdiyi texniki vasitələrin müəyyən olunmuş tələblərə uyğun olmasına əmin olmalıdır.

Sertifikasiya üzrə orqanın rəhbəri Azərdövlətstandartla razılaşdırıldıqdan sonra təyin edilir.

Sertifikasiya üzrə orqan aşağıdakı normativ sənədlər dəstinə malik olmalıdır:


  • məhsula və sınaq metodlarına qoyulmuş sənədləri təyin edən beynəlxalq, dövlətlərarası, milli normativ texniki sənədlər;

  • istehsal proseslərinin təşkilinə qoyulmuş tələbləri təyin edən normativ-texniki sənədlər;

  • ISO 9000 və ISO 8402 seriyalı beynəlxalq standartlar;

  • məhsulun və keyfiyyət sisteminin sertifikasiyası və istehsalın attestasiyası sahəsində beynəlxalq, dövlətlərarası, milli standartlar və rəhbəredici sənədlər;

Sınaqların nəticələri, reklamasiyalar barədə göstəricilər bankı.

Bütün sifarişçilər sertifikasiya üzrə orqanın xidmətləri barədə informasiyanı maniəsiz almaq imkanına malik olmalıdırlar.

Göstərilən orqan fəaliyyət göstərərkən istifadə etdiyi üsullar başqalarının hüquqlarını tapdalamamalıdır.

Sertifikasiya üzrə orqan kommersiya sirri təşkil edən informasiyanın məxfiliyini təmin etməlidir.

Sertifikasiya üzrə orqan göstərilən tələblərə uyğunluğunu yoxlamaq üçün daxili audit və dövri təftişlər keçirməlidir. Belə təftişlər qeydiyyatdan keçməli, onların nəticələri sertifikasiya üzrə orqanın fəaliyyətinə nəzarəti həyata keçirən şəxslər üçün açıq olmalıdır.

Sertifikasiya üzrə orqanın əsas funksiyalarına aşağıdakılar aid edilir:



  • verilmiş sistemdə sertifikatlaşdırılan məhsulun siyahısının təyini;

  • göstəricilərin, tələblərin və bu tələbləri təyin edən standartların və ya digər normativ sənədlərin seçilməsi;

  • həmcins məhsulun sertifikasiyası zamanı istifadə olunan normativ sənədlər fondunun formalaşdırılması və aktuallaşdırılması;

  • sertifikasiyaya sifarişlərin, həmçinin apellasiyaların qəbulu və baxılması, onlar barədə qərarların hazırlanması və sertifikasiyanın aparılması zamanı sifarişçilərlə qarşılıqlı əlaqənin yaradılması;

  • sertifikasiya sxemində nəzərdə tutulduğu halda hər bir konkret sifariş üzrə istehsalatın yoxlanılması üçün sınaq laboratoriyasının və orqanın təyin edilməsi və onlarla qarşılıqlı əlaqə əsasında sınağın və istehsalatın yoxlanılmasının təşkili;

  • verilmiş sertifikasiya sisteminin təşkilati-metodik sənədlərinin tərtibi və aparılması;

  • uyğunluq sertifikatının tərtib olunması və verilməsi, onun AZS Milli sertifikasiya sisteminin Dövlət Reyestrində qeydiyyatdan keçirilməsi;

  • xarici sertifikatın və digər uyğunluq şəhadətnamələrinin tapılmasının mümkünlüyü barədə materialların hazırlanması;

  • Azərdövlətstandartın ərazi orqanlarını cəlb etməklə sertifikatlaşdırılmış məhsulların, sertifikatlaşdırılmış keyfiyyət sistemlərin göstəricilərinin stabilliyinə nəzarətinin təşkili və keçirilməsi;

  • məhsul üçün təshihedici tədbirlərin təşkili və onlarda iştirak etmə; sertifikasiya tələblərinin pozulması haqqında informasiya operativ tədbirlərin qəbul olunması;

Sertifikatlaşdırılmış məhsulun Reyestrinin aparılması və sertifikasiyanın nəticələri haqqında informasiyanın çapa hazırlanması;

  • heyətin ixtisasının artırılması və attestasiyasının təşkili;

  • standartların tələbləri dəyişdikdə məhsulun sertifikasiyasının vaxtında aparılması üçün istehsalçı ilə qarşılıqlı əlaqənin yaradılması.

Sertifikasiya üzrə orqan, yerinə yetirdiyi işlərin xarakterindən asılı olaraq, sənədləşdirilmiş keyfiyyət sisteminə malik olmalıdır. Bu sistemin fəaliyyəti aşağıdakı sənədlərlə nizamlanır:

  • sertifikasiya üzrə orqanın əsasnaməsi;

  • keyfiyyət üzrə rəhbərlik;

  • işçilərin və vəzifələrin təlimatları;

  • məhsulun sertifikasiyasının aparılması, keyfiyyət sistemləri və istehsalatların attestasiya sxemləri;

  • sertifikasiyanın nəticələrinin tərtib olunma qaydası;

  • sertifikasiya üzrə sənədlərin uçotu və mühafizə olunma qaydası;

  • sertifikasiya üzrə orqanın öz fəaliyyətinə nəzarət qaydası;

  • heyətin təhsili və attestasiya proqramı.

Keyfiyyət üzrə rəhbərlik, sənədi özündə aşağıdakıları birləşdirməlidir:

  • keyfiyyət sahəsində siyasət haqqında məlumatı;

  • sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsvirini;

  • inzibati strukturun təsvirini;

  • sertifikasiya üzrə orqanın nizamnaməsini;

  • səlahiyyəti və üsulun qaydaları haqqında ətraflı məlumatları daxil etməklə onun fəaliyyətinin təşkili barədə məlumatları;

  • səlahiyyətlərin və məsuliyyətin struktur bölmələri və vəzifəli şəxslər arasında bölüşdürülməsini;

  • məhsulun ilkin və sonrakı sınaqlarının nəticələrinin qiymətləndirilməsi üsulu barədə məlumatları;

  • sertifikasiya üzrə orqanın keyfiyyət sisteminin sənədlərinin siyahısını;

  • vasitəli podratçıların siyahısı və qiymətləndirmə üsulları və həmçinin onların səlahiyyətlərinin yoxlanması barədə ətraflı məlumatları;

  • apellyasiyaların verilməsi, baxılması qaydası və onlar üzrə qərarların qəbul olunmasını;

Keyfiyyət üzrə rəhbərliyin komplektləşdirilməsi üçün ona başqa zəruri məlumatların daxil edilməsində sınaq laboratoriyalarının sənədləri, vəzifə təlimatları, təhsil proqramları və ya onların geniş siyahısı və izahlı təsvirindən istifadə oluna bilər.

Sertifikasiya üzrə orqan qeydiyyat və protokollaşdırma sistemini işçi vəziyyətində saxlamalıdır.

Protokollar və qeydiyyat yazıları sertifikasiyanın hər üsulunun, sınaqlar və nəzarəti barədə hesabatları da daxil etməklə, hansı tərzdə yerinə yetirilməsini göstərməlidir. Bütün protokollar və qeydiyyat yazıları, sifarişçinin marağına münasibətdə, mövcud qanunvericiliyə zidd olmayan hallarda, gizlilik və məxfilik gözlənilməklə, müəyyən olunmuş müddət ərzində etibarlı şəkildə saxlanmalıdır.

Sertifikasiya üzrə orqan sertifikasiya sistemində istifadə olunan nəzarət sisteminə malik olmalı və aşağıda göstərilənləri təmin etməlidir:



  • işçi yerində fəaliyyətdə olan sənədlərin olmasını;

  • müvafiq icazə əsasında sənədlərə dəyişikliklərin və düzəlişlərin daxil edilməsini;

  • sertifikasiya üzrə orqanın özündə, həm də onun rəhbərliyi altında işləyən təşkilatlarda köhnəlmiş sənədlərin kənar edilməsini;

  • sənədlərdə dəyişikliklərin, düzəlişlərin daxil edilməsi barədə istehsalçıların və sistemin digər istifadəçilərinin qabaqcadan xəbərdar edilməsini.

Sertifikasiya üzrə orqanın akkreditasiyası həmcins məhsulun və keyfiyyət sistemlərinin sertifikasiyasının, həmçinin istehsalatın attestasiyasının standartların və digər normativ sənədlərin tələblərinə uyğun olaraq aparılmasına onun səlahiyyətlərinin rəsmi şəkildə tanınmasıdır. Akkreditasiya, müəyyən olunmuş tanınma sahəsində orqana funksiya və hüquqların verilməsi deməkdir.

Sertifikasiya üzrə orqanın akkreditasiyasını Azərdöəvlətstandart həyata keçirir. Akkreditasiya zamanı sertifikasiya orqanının mövcud tələblərinə uyğunluğu müəyyənləşdirilir.

Sertifikasiya üzrə orqanın akkreditasiyası aşağıdakı əsas mərhələləri nəzərdə tutur:



  • sənədlərin ekspertizası;

  • attestasiya;

  • ekspertizanın və attestasiyanın nəticələrinə baxılması və onlar üzrə qərarın qəbul edilməsi

  • akkreditasiya attestatının qeydiyyatı və verilməsi.

Akkreditasiya zamanı sertifikasiya üzrə orqanın akkreditasiya müddəti ərzində fəaliyyətinə nəzarət qaydaları müəyyən edilir.

Sertifikasiya üzrə orqan kimi akkreditasiya olunmaq iddiasında olan təşkilat, aşağıdakı sənədləri təqdim etməklə, sifariş göndərməlidir:



  • sertifikasiya üzrə orqan haqqında əsasnamənin layihəsini;

  • sertifikasiya qaydalarının layihəsini;

  • keyfiyyət üzrə rəhbərlik;

  • ekspert – auditorlar haqqında məlumatlar.

Sənədlər daxil olan gündən bir ay müddətində təşkilatın akkreditasiya hazırlığının qiymətləndirilməsi keçirilir. Sənədlərin ekspertizası Milli sertifikasiya üzrə orqan tərəfindən ekspert-auditorların cəlb olunması ilə aparılır. Lazım gələrsə, sənədlərin ekspertizası prosesində ekspertlər təşkilatın akkreditasiyaya hazırlığını yerində yoxlaya bilər. Ekspertizanın nəticələrinə görə sertifikasiya üzrə orqanın bu sənədlə müəyyənləşdirilmiş tələblərə uyğun olmasının qiymətləndirilməsi üzrə ekspert rəyi sifarişçiyə göndərilir. Təqdim olunmuş sənədlərin göstərilən tələblərə uyğunluğu müəyyən olunarsa, sənədlər iradlarla birlikdə sifarişçi təşkilata qaytarılır.

Sertifikasiya üzrə orqanın attestasiyası istehsalçıların, istehlakçı cəmiyyətlərinin, müstəqil sınaq mərkəzlərinin və Azərdövlətstandartın ərazi orqanlarının nümayəndələrindən təşkil olunmuş komissiya tərəfindən sistemin ekspert-auditorlarını da cəlb etməklə həyata keçirilir.

Attestasiya zamanı sertifikasiya üzrə orqanın faktiki vəziyyətinin təqdim olunmuş sənədlərə uyğun olması və onun elan olunmuş funksiyaları yerinə yetirmək qabiliyyəti yoxlanılır. Attestasiyanın nəticələri üzrə akt tərtib olunur və sifarişçiyə məlumat verilir.

Ekspertizanın və attestasiyanın nəticələri əsasında aşağıdakı işlər yerinə yetirilir:



  • Əsasnamənin və qaydaların təsdiqi;

  • sertifikasiya üzrə orqanla Azərdövlətstandart arasında lisenziya müqaviləsinin imzalanması;

  • akkreditasiya attestatının tərtib olunması və sifarişçiyə verilməsi;

Sertifikasiya üzrə orqan Milli sertifikasiya sisteminin Dövlət Reyestrində qeydiyyatdan keçir. Akkreditasiya attestatının fəaliyyət müddəti üç ildən artıq olmamalıdır. Akkreditasiya attestatının və lisenziya müqaviləsinin fəaliyət dövründə Azərdövlətstandart sertifikasiya üzrə orqanın fəaliyyətinə nəzarətini həyata keçirir. Planlı nəzarəti attestatın fəaliyyət müddəti ərzində, yalnız ildə bir dəfədən artıq olmamaq şərtilə həyata keçirilir. Planlı nəzarət üzrə işlərin xərci lisenziya müqaviləsində müəyyən olunmuş şərtlərlə sifarişçi tərəfindən öyrənilir.

Plandan kənar yoxlamalar, sertifikasiya üzrə orqan müəyyən olunmuş sertifikasiya üsullarına riayət etmədikdə məhsula və keyfiyyət sistemlərinə sertifikatı olan müəssisələrin istehsal etdiyi məhsulun keyfiyyətinə iradlar olduqda aparılır.

Akkreditasiya və lisenziya müqaviləsinin şərtləri pozulduqda Azərdövlətstandart akkreditasiya attestatının dayandırılması, yaxud ləğv olunması və lisenziya müqaviləsinin ləğvi haqqında qərar qəbul edir. Qərarın qəbulundan sonra, 10 gündən gec olmamaq şərtilə, bu barədə sifarişçiyə məlumat verilir. Bu halda sifarişçi Azərdvlətstandartın apellasiya komissiyasına bununla əlaqədar şikayət ərizəsi ilə müraciət edə bilər. Akkreditasiya attestatının və lisenziya müqaviləsinin fəaliyyət müddətinin uzadılması nəzarətin nəticələrindən asılıdır. Nəzarətin nəticələrinə görə akkreditasiyanın aparılması və ya akkreditasiya proseduru aparılmadan akkreditasiya attestatının fəaliyyət müddəti uzadıla bilər.


Mühazirə 5.

Mövzu: Həmcins məhsulların sertifikasiya sistemi.
PLAN


  1. Həmcins məhsulların sertifikasiya sisteminə tələblər.

  2. Həmcins məhsulun sertifikasiya sisteminin təşkilati strukturu.

  3. HMS sisteminin təşkilati sənədlərinə tələblər.

  4. Həmcins məhsulun sertifikasiyasının aparılma qaydaları.


Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Həmcins məhsulların sertifikasiya sisteminin (H.M.S) yaradılması və onun fəaliyyət göstərməsində əsas məqsəd insanların həyatının, sağlamlığının və ətraf mühitin təhlükəsizliyi baxımından, respublikada istehsal olunan və xaricdən idxal edilən məhsulların (proseslərin, xidmətlərin) məcburi sertifikatlaşdırılması, hər hansı bir yerli və xarici sifarişçinin arzusu ilə istənilən tələblərə könüllü sertifikasiyanın aparılmasının təmin olunmasıdır. HMS sisteminin məqsədi həmçinin sistem çərçivəsində aparılmış sertifikasiyanın nəticələrinin xaricdə tanınmasına şəraitin yaradılmasıdır.

HMS sistemlərinə ümumi rəhbərlik Milli sertifikasiya orqanı tərəfindən həyata keçirilir. Həmcins məhsulun sertifikasiyası üzrə orqan sistemin yaradılmasına hazırlığı və özünün akkreditasiyasını həyata keçirməklə həm də konkret məhsul növlərinin sertifikasiyasının praktik üsullarının həyata keçirilmə funksiyasını da yerinə yetirir.

Məhsulun sertifikasiyası üzrə işlərin xərcini sifarişçi ödəyir. Xərclərin məbləği «sertifikasiya sahəsində işlərin ödəniş qaydaları» rəhbəredici sənədə uyğun olaraq lisenziya sazişi üzrə təyin edilir.

Tədarükçü öz məhsulunun sertifikatlaşdırılmasının nəticələrindən əldə olunmuş informasiyadan reklam məqsədi ilə istifadə edə bilər.

Həmcins məhsulun sertifikasiya sistemi aşağıdakıları təyin etməlidir:


  • sertifikasiya aparılacaq məhsula müvafiq normativ sənədləri;

  • sertifikasiya sxemini və qaydalarını;

  • təşkilati strukturu mövcud sertifikasiya sisteminin fəaliyyəti üçün texniki-iqtisadi, hüquqi şərtlərin və yerinə yetirilmə ardıcıllığını nəzərə almaqla, bütün üsulların yerinə yetirilməsinin təmin olunmasını;

  • sertifikasiya sınaqları aparan akkreditasiya olunmuş sınaq laboratoriyalarını (mərkəzlərini);

  • fəaliyyət müddətinin uzadılması inspeksiya nəzarətinin nəticələrindən asılıdır. İnspeksiya nəzarətinin nəticələrinə görə akkreditasiyanın aparılması;

  • keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə akkreditasiya olunmuş orqanları;

  • orqanlara və məhsulun sertifikasiya olunmuş xarakteristikalarının stabilliyinə nəzarət qaydalarını;

  • sistemdə qüvvədə olan sənədlərin tərkibini və onlara olan tələbləri;

Həmcins məhsulun sertifikasiya sisteminin (HMS) təşkilati sənədləri məhsulun sertifikasiyanın keçirilməsinin vahid qaydalarını müəyyənləşdirməlidir.

Akkreditasiya olunmuş laboratoriyalar (mərkəzlər), keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə orqanlar, həmin məhsulun sertifikasiyası üzrə orqanın tərkibində ola bilər, yaxud onunla müqavilələr əsasında qarşılıqlı əlaqədə işləyə bilər. Sistemin sənədlərində bu qarşılıqlı əlaqənin qaydaları, üsulları, şərtləri (texniki-iqtisadi, hüquqi) müəyyən edilir.

HMS sisteminin təşkilati strukturu konkret verilmiş sertifikasiya sistemi üçün müəyyən olunmuş sertifikasiya üsullarının və onun bütün idarəetmə funksiyalarının yerinə yetirilməsini təmin etməlidir.

HMS sisteminin təşkilati strukturunu ümumi halda aşağıdakılar təşkil edir:



  • həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiya olunmuş orqan;

  • akkreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzləri);

  • keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatın attestasiyası üzrə akkreditasiya olunmuş orqan;

  • məhsulun istehsalçıları, tədarükçüləri və istehlakçıları

HMS aparılması sxemindən asılı olaraq, bu sistemin müxtəlif təşkilati strukturları ola bilər. Bəzi məhsul növləri üçün sertifikasiya üzrə bir neçə orqan akkreditasiya oluna bilər. Lakin buna baxmayaraq, məcburi sertifikasiya zamanı onlar vahid qayda üzrə işləməlidirlər.

HMS üzrə akkreditasiya olunmuş orqan verilmiş məhsulun sertifikasiya sisteminə rəhbərliyi və onun fəaliyyətinin təmin olunmasını həyata keçirir.

HMS üzrə akkreditasiya olunmuş orqanın əsas funksiyaları «AZS» Milli sertifikatlaşdırma sistemi, «Sertifikasiya üzrə orqana tələblər və onun akkreditasiya qaydaları» rəhbəredici sənədlərdə müəyyən edilmişdir.

HMS sistemində iştirak edın sınaq laboratoriyaları (mərkəzləri) Milli sertifikasiya orqanı tərəfindən akkreditasiya olunur. Həmçinin HMS sistemində iştirak edən keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatların attestasiyası üzrə orqanlar Milli sertifikasiya orqanı tərəfindən akkreditasiya olunur. Bütün bu qurumlara qoyulmuş tələblər Rəhbəredici sənədlərdə müəyyən olunmuşdur. Həmçinin həmcins məhsulun və keyfiyyət sistemlərinin sertifikasiyası, həmçinin istehsalatların attestasiyası üzrə orqanlar olmadıqda, onların əsas funksiyalarını Milli sertifikasiya orqanı yerinə yetirir.

Məhsulun istehsalçıları, tədarükçüləri və istehsalçıları HMS üzrə orqanla və yaxud Milli sertifikasiya orqanı ilə müqavilə (saziş, lisenziya və s.) əsasında qarşılıqlı fəaliyyət göstərirlər.

Məcburi sertifikasiya üzrə ödəmə sifarişçi tərəfindən Milli sertifikasiya orqanın müəyyən etdiyi sərbəst tariflər və qaydalar üzrə aparılır.

HMS sisteminin təşkilati sənədləri bu məhsulun istehsal və tədarük xüsusiyyətləri, onun sertifikasiyası üzrə beynəlxalq sistemin və sazişlərin olması nəzərə alınmaqla tərtib olunur.

HMS sisteminin təşkilati sənədlərinin tərkibində onun strukturu, qaydaları, fəaliyyəti, həmçinin milli sertifikasiya orqanı ilə qarşılıqlı əlaqəni təyin edən aşağıdakı sənədlərin olması vacibdir:



  • məhsulun sertifikasiyası haqqında əsasnamə məhsulun sertifikasiyası üzrə orqan haqqında Əsasnamə və onun fəaliyyətini təmin edən digər sənədlər;

  • sistemdə keyfiyyət üzrə aparılan işlərə rəhbərlik;

  • milli sertifikasiya orqanı ilə verilmiş məhsulun sertifikasiyası üzrə orqan arasında lisenziya sazişi;

  • sertifikasiya üzrə orqanın icraçı xidmət bölmələrinin heyətini və funksiyalarını təyin edən sənəd.

Məhsulun sertifikasiyası haqqında Əsasnamədə verilmiş sistem çərçivəsində sertifikatlaşdırılmış həmcins məhsulun nomenklaturası, məhsulun uyğunluq sertifikasiyasının aparılması və sertifikasiya zamanı təsdiq olunan göstəriciləri (xarakteristikaları) nizama salan, həmçinin bu göstəricilərin təyin edilməsi (sınaq) metodları üçün normativ sənədlərin siyahısı, məhsulun sertifikasiya sxemi və keçirilmə qaydaları, HMS sisteminin təşkilatı strukturu və fəaliyyət qaydaları öz əksini tapmalıdır.

Qalan sənədlərin tərkibi və onların məzmunu HMS sxemi ilə təyin edilir.

Sistemdə olması vacib olan sənədlərdən başqa müxtəlif işlərin yerinə yetirilməsini müəyyənləşdirən aşağıda göstərilən sənədlərdən də istifadə etmək tövsiyə olunur:


  • sınaq mərkəzlərinin akkreditasiyası haqqında Əsasnamə;

  • sınaqların keyfiyyəti üzrə rəhbərlik;

  • sınaqların proqram və metodikaları;

  • keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə orqan haqqında Əsasnamə;

  • keyfiyyətin yoxlanması üzrə Rəhbərlik;

  • sistemin informasiya təminatı barədə sənədlər;

  • kadrların hazırlanması proqramları və digər sənədlər.

HMS beynəlxalq sistemlər və sazişlər çərçivəsində aparıldıqda sənədlərin məzmunu həmin sistem və sazişlərin qaydaları ilə müəyyən olunur.

HMS sisteminin təşkilati sənədlərini sertifikasiya üzrə orqan tərtib edir.

Vacib sənədlər Milli sertifikasiya orqanı tərəfindən təsdiq edilir. Müxtəlif iş növlərinin aparılma qaydalarını müəyyən edən HMS sisteminin təşkilati sənədlərini konkret məhsulun sertifikasiyası üzrə orqan təsdiq edir.
Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanın, yaxud Milli sertifikasiya orqanının tapşırığı ilə müvəqqəti vəkil edilmiş təşkilat məhsulun sertifikasiyasının hazırladığı və təşkili üzrə aşağıdakıları yerinə yetirir:


  • sifarişin verilməsi və baxılması; sertifikasiya sxeminin seçilməsi;

  • standarta göstərilməyən hallarda sınaqlara məruz qalacaq məmulat nümunələrinin sayının və seçmə qaydalarının təyin edilməsi;

  • sınaqları aparacaq akkreditasiya olunmuş sınaq laboratoriyasının təyin edilməsi; sertifikasiya olunan məhsulun sınaqları;

  • istehsalatın attestasiyası, yaxud keyfiyyət sisteminin sertifikasiyası üzrə işlərin qaydasının təyin olunması və aparılması (əgər bu sifarişçinin təklif etdiyi sertifikasiya sxemində nəzərdə tutulubsa);

  • işlərin yerinə yetirilməsi üçün müqavilə layihəsinin hazırlanması;

  • uyğunluq sertifikatı və onun verilməsinə, yaxud uyğunluq nişanından istifadə olunmasına hüquq verən lisenziyanın verilməsi və qeydiyyatı;

  • xarici və yaxud beynəlxalq orqan tərəfindən verilmiş uyğunluq sertifikatının tanınması;

  • sertifikatlaşdırılmış məhsulun keyfiyyətinin stabilliyinə, onun istehsal vəziyyətinə, keyfiyyət sisteminə inspeksiya nəzarəti yolu ilə ümumi nəzarətin həyata keçirilməsi və lazım olduqda korreksiyaedici tədbirlərin həyata keçirilməsi;

  • sertifikasiyanın nəticələri barədə informasiyanın toplanması;

  • apelyasiyalara baxılması.

Milli sertifikasiya sistemi çərçivəsində məhsulun məcburi, yaxud könüllü sertifikasiyasının aparılması üçün sifarişçi həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiyadan keçmiş müvafiq orqana, bu orqan olmadıqda Milli sertifikasiya üzrə orqana sifariş göndərməlidir.

Belə orqan və məhsulun sertifikasiyası barədə sifarişçini maraqlandıran informasiyanı Azərdövlətstandartın ərazi orqanlarından almaq olar.

Məcburi sertifikasiyanın aparılmasının sxemi məhsulun istehesal, nəzarət və tədarük xüsusiyyətlərini nəzərə almaqla, həmçinin Milli sertifikasiya orqanı ilə razılaşdırmaqla həmcins məhsulun sertifikasiya orqanı tərəfindən seçilir. Bu zaman sertifikasiyanın təsdiq olunmasını təmin edən ISO-nun tövsiyə etdiyi sxemlərdən istifadə edilir. Seçilmiş sertifikasiya sxemi verilmiş məhsulun məcburi sertifikasiya qaydalarını təyin edən sənədlərdə göstərməlidir. Könüllü sertifikasiyanın aparılma sxemi sifarişçi tərəfindən seçilir və sertifikasiyaya aid sifarişdə göstərilir.

Beynəlxalq sistem çərçivəsində sertifikasiya həmin sistemin sxemi üzrə yerinə yetirilir. Xaricdən idxal edilmiş və yaxud Azərbaycanda istehsal edilmiş məhsulların ixracı zamanı AZS Milli sertifikasiya sistemində sertifikasiyanın aparılması nəzərdə tutulan halda məhsulun tədarükünə aid sazişlərə, kontraktlara yaxud digər sənədlərə müvafiq tələblər və göstərişlər daxil edilməlidir.

Uyğunluq sertifikatı olmadan gətirilməsi və çıxarılması icazə verilməyən məhsulların idxal və ixracı barədə sertifikasiya üzrə milli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini xəbərdar etməlidir.

Sertifikatlaşdırma işinin hazırlıq hissəsi sertifikasiya üzrə akkreditasiya olunmuş orqanın təsdiq etdiyi qərarın qəbul edilməsi ilə başa çatır. Qərarın forması əlavədə verilir. Qərarda yuxarıda göstərilən bütün məsələlərə, həmçinin sonrakı işlərin aparılması qaydalarına ətraflı baxılır. Qərar işin yerinə yetirilməsi barədə müqavilə layihəsi ilə birlikdə sifarişçiyə göndərilir.

Sınaqlar sifarişçi ilə sertifikasiya üzrə orqan və təyin olunmuş sınaq laboratoriyası arasında imzalanmış müqavilə və qərarın əsasında aparılır.

Məcburi sertifikasiya zamanı sınaqların həcmi (məhsul tipinin nümunəsi, partiyası, hər bir nümunə) və onların keçirilmə qaydaları, sertifikasiya üzrə milli orqan və istehlakçı ilə razılaşma əsasında, verilmiş məhsulun sertifikasiyası üzrə orqan tərəfindən müəyyən edilir. Verilmiş məhsulun sertifikasiya qaydalarını təyin edən müvafiq tələblər sistemin sənədlərində müəyyən olunmalıdır.

Könüllü sertifikasiya zamanı sınaqların zəruriliyi məhsula aid olan sifarişdə sifarişçi tərəfindən göstərilməlidir. Sertifikasiya sınaqlarının keçirilməsi nəzərdə tutulan beynəlxalq sistem çərçivəsində aparılarsa, bu sınaqlar həmin sistemin müəyyən etdiyi tələblərə uyğun olaraq həyata keçirilir.

Nümunələrin sayı, onların seçilmə qaydaları, eyniləşdirilməsi və saxlanması həmcins məhsulun sertifikasiyası və sınaq metodikaları üzrə normativ-texniki , yaxud təşkilati-metodik sənədlərdə müəyyən edilir. Sınaq laboratoriyası müəyyən olunmuş müddətdə sertifikasiya sınaqlarını keçirir və nümunələrin seçilmə aktı ilə birlikdə nəticələrin sənədini (protokol, yaxud hesabat) sertifikasiya üzrə orqana göndərir.

Sertifikasiya üzrə orqan alınmış materialları ekspertizadan keçirir, uyğunluq sertifikatı vermək barədə qərar qəbul edir və uyğunluq sertifikatını və sazişi tərtib edir. Sertifikatın doldurulması seçilmiş sertifikasiya sxeminə uyğun olaraq müəyyən edilir (şəkil4.1 ).

3190c02f

Şəkildə Milli sertifikasiya sistemində uyğunluq sertifikatının forması verilmişdir. Uyğunluq sertifikatının qrafalarında aşağıdakı məlumatlar verilir:

Mövqe 1 – Dövlət Reyestrinin aparılma qaydalarına uyğun olaraq sertifikata verlmiş qeydiyyat nömrəsi.

Mövqe 2- sertifikatın verilmə tarixi.

Mövqe 3 – İstehlakçı müəssisənin adı

Mövqe 4 – İstehlakçı müəssisənin ünvanı

Mövqe 5 – Məhsulun adı, tipi, görünüşü, markası və . göstəriciləri.

Mövqe 6 – Uyğunluğuna sertifikasiya keçirilmiş normativ sənədlərin adı və işarəsi.

Mövqe 7- Sertifikatın sahibi, adı və ünvanı

Mövqe 8 – Sertifikatın qüvvədə olma müddəti, sertifikasiya üzrə orqanın rəhbərinin adı, soyadı, imzası və möhür.

Sertifikat üzərində düzəlişlərin aparılması yol verilməzdir.

Sertifikatlaşdırılmış məhsul Milli sertifikasiya sisteminin Dövlət Reyestrinə daxil edilir. Sertifikasiya üzrə orqan verdiyi sertifikatların və lisenziyaların uçotunu aparır. Sertifikatın və lisenziyanın qüvvədə olan müddəti realizə olunmuş sertifikasiya sxemini nəzərə almaqla 3 ildən çox olmamalıdır.

Sertifikasiya sxemi üzrə yerinə yetirilən sertifikasiya sınaqlarının yaxud digər işlərin nəticələri mənfi olduqda, sifariş verilmiş məhsulun sertifikasiyası üzrə iş dayandırılır və bu barədə sertifikasiya üzrə orqan sifarişçini xəbərdar edir.

Sifarişçinin arzusu ilə işlər yenidən davam etdirilə bilər. Bu halda sertifikat və lisenziya verilmir. Məhsulun sertifikasiyaya hazırlıq səviyyəsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə tövsiyələrlə birlikdə işlərin nəticələri üzrə sifarişçiyə rəy təqdim olunur. Sertifikasiya üzrə sifarişin baxılması, qərar qəbul edilməsi və sertifikatın sənədləşdirilmə müddəti bir aydan çox olmamalıdır (sınaq müddəti hesaba alınmadan).

Sertifikasiya sınaqlarının aparılması, həmçinin dövri inspeksiya sınaqları və istehsal olunan məhsulun sertifikatlaşdırılmış nümunəyə uyğunluğuna seçmə inspeksiya nəzarəti ilə əlaqədar xərclər müvafiq məhsul istehsalçıları tərəfindən ödənilir.

Mühazirə 6.

Mövzu: Sınaq laboratoriyalarına (mərkəzlərinə) olan tələblər və onların akkreditasiya qaydaları.
PLAN


  1. Terminlər və təriflər.

  2. Akkreditasiya olunan laboratoriyalara tələblər.

  3. Sınaqların nəticələrinin qeydiyyatı.

  4. Akkreditasiya olunmuş laboratoriyaların vəzifələri.


Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Akkreditasiya olunan sınaq laboratoriyalarına tələblər və onların akkreditasiya qaydaları AZS «Milli sertifikasiya sistemi sınaq laboratoriyalarına (mərkəzlərinə) tələblər və onların akkreditasiya qaydaları» rəhbəredici normativ sənəddə öz əksini tapmışdır. Mövcud sənəd çərçivəsində «Standartlaşdırma sahəsində və bu sahə ilə sıx əlaqədar fəaliyyət növlərində ISO-BEK2 rəhbəredici sənədlərində ifadə olunan aşağıdakı termin və təriflərdən istifadə olunur:

Sınaq – verilmiş məhsulun, prosesain yaxud xidmətin müəyyən olunmuş üsullara uyğun olaraq bir, yaxud bir neçə göstəricini müəyyən edən texniki əməliyyatdır.

Sınaq metodu – sınağın müəyyən edilmiş aparılma qaydalarıdır;

Sınaq protokolu - sınağın nəticələrini və sınağa aid edilən digər informasiyaları iradə edən sənəddir;

Sınaq laboratoriyası – sınaqlar aparılan laboratoriyadır;

Akkreditasiya üzrə orqan (laboratoriyalar)- laboratoriyaların akkreditasiya sistemini idarə edən, akkreditasiya aparan və akkreditasiya aparmağa hüquq verən orqandır; Laboratoriyalararası müqayisəli sınaqlar-əvvəlcədən müəyyən olunmuş şərtlərə uyğun olaraq iki, yaxud bir neçə müxtəlif laboratoriyaların eyni, yaxud oxşar məmulatın və ya materialların sınağının təşkili, aparılması və qiymətləndirilməsidir;



Sınaqların (laboratoriyalarda) keyfiyyətinin yoxlanması – laboratoriyalararası müqayisəli sınaqlar vasitəsilə verilmiş laboratoriyanın müəyyən edilməsidir;

Sistemdə laboratoriyaların akkreditasiyası texniki səlahiyyətliliyin və müstəqilliyin rəsmən tanınması və ya standartların və yaxud digər normativ sənədlərin tələblərinə uyğun olaraq konkret sınaq tipinin, konkret məhsulun sınaqlarının aparılmasında texniki səlahiyyətin rəsmən tanınmasıdır.

Məhsulun, komplektləşdirici məmulatların, xammal və materialların sınaqlarını aparan, aid olduğu sahədən və mülkiyyət formasından asılı olmayaraq, istənilən laboratoriya akkreditasiya oluna bilər. Hüquqi şəxs statusuna malik olan, yaxud hüquqi, şəxs statusu alan təşkilat və müəssisənin struktur bölməsinə daxil olan istehsalçılardan, istehlakçılardan və layihəçilərdən asılı olmayaraq və işlərin obyektiv, tam və dəqiq yerinə yetirilməsini təmin edən laboratoriya texniki səlahiyyətliliyə və müstəqilliyə akkreditasiya olunur.

Hüquqi şəxs statusuna malik olan, yaxud hüquqi şəxs statusu alan təşkilat və müəssisənin struktur bölməsinin tərkibində olub, işlərin tam və dəqiq yerinə yetirilməsini təmin edən, həmçinin kontrakt əsasında işləyən laboratoriya texniki səlahiyyətliliyə akkreditasiya olunur. Yerinə yetirilən işlərin obyektivliyi Azərdövlətstandartın və ya onun vəkil etdiyi orqanın nümayəndəsinin olması ilə təmin edilir. Laboratoriya akkreditasiya olunduqda ona akkreditasiya attestatı verilir.

Attestatın forması əlavədə verilir. Akkreditasiya attestatının fəaliyyət müddəti 3 ildən artıq olmamalıdır.

Laboratoriyanın akkreditasiya sahəsi onun akkreditasiyası zamanı müəyyən olunur. Rəhbəredici sənədlə təyin olunmuş akkreditasiya tələbləri bütün laboratoriyalar üçün ümumidir və lazım gələrsə akkreditasiya olunan laboratoriyaların özünə xas olan xüsusiyyətlərindən asılı olaraq başqa tələblərdə daxil edilə bilər.

Akkreditasiyanı və akkreditasiya olunmuş laboratoriyaların inspeksiya nəzarətini istehlakçıların, istehlakçı cəmiyyətlərin və digər maraqlı təşkilatların nümayəndələrini cəlb etməklə Azərdövlətstandart həyata keçirir. Nəzarət akkreditasiya attestatının qüvvədə olduğu bütün müddət ərzində həyata keçirilir. Akkreditasiya olunmuş laboratoriya öz fəaliyyətini «Sınaq laboratoriyası haqqında Əsasnaməyə»yə uyğun olaraq həyata keçirir. Akkreditasiya olunmuş laboratoriya haqqında Əsasnamə akkreditasiyanın nəticələri üzrə Azərdövlətstandart təsdiq edir. Laboratoriyanın akkreditasiya attestatı Azərdövlətstandart tərəfindən AZS sisteminin Dövlət Reyestində qeydiyyatdan keçirilir.

Akkreditasiya olunan laboratoriyanın təşkilat strukturu aşağıdakıları nəzərdə tutmalıdır:


  • tanınmış texniki funksiyaları yerinə yetirmək imkanını verən keyfiyyətə təminat sistemini;

  • əməkdaşlara, işlərin nəticələrinə təsir edə bilən qanuna zidd təzyiqlərin göstərilməsinin mümkünlüyünün istisna edilməsini.

Akkreditasiya olunmuş laboratoriyanın heyəti peşəkar hazırlığa, ixtisas və sınaq keçirmək təcrübəsinə malik olan mütəxəssislərdən ibarət olmalı və laboratoriyaya təhkim olunan məhsulların sınağının keçirilməsini təmin etməlidir.

Hər bir mütəxəssis üçün onun funksialarını, vəzifələrini və məsuliyyətini, aparılan işin keyfiyyətinə tələbləri, təhsilini, texniki biliklərini və iş təcrübəsini müəyyənləşdirən təlimat olmalıdır. Sınaqlarda bilavasitə iştirak edən əməkdaşlar sınaq aparmaq hüququ almaq üçün qüvvədə olan mühəndis-texniki işçilərin attestasiya qaydaları və fəhlələr üçün soraq kitabçası çərçivəsində attestasiyadan keçməlidirlər. Sınaq laboratoriyası öz heyətinin təhsilini və ixtisasını artırılmasını müntəzəm təmin etməlidir.

Sınaqlar keçirilən şəraitlərdə ətraf mühit sınağın nəticələrinə təsir etməməli və ölçmənin tələb olunan dəqiqliyinə mənfi təsir göstərməməlidir.

Sınağın aparıldığı binalar istehsal sahəsinə, vəziyyətinə və oradakı şəraitinə görə (temperatur, nəmliyin, havanın təmizliyinin, işığın, səs və titrəmədən izölə etmənin, maqnit, elektrik və digər fiziki sahələrin şüalanmasından müdafiə, elektrik enerjisi, su, hava, istilik, soyuqluq agenti və s. ilə təchizatı) təmin olunmasına, tətbiq olunan sınaq metodlarının tələblərinə, sanitar norma qaydalarının, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olmalıdır. Sınağın keçirildiyi yerə daxil olmaq nəzarətdə olmalıdır. Laboratoriyaya kənar şəxslərin girişi məhdud olmalıdır. Ətraf mühitin şəraiti tələb etdi halda, laboratoriya heyəti və laboratoriyaya gələnlərin xüsusi geyimləri olmalıdır.

Laboratoriya sınağının aparılması üçün lazımi avadanlığa və akkreditasiya sahəsi üzrə təyin olunmuş bütün parametrləri ölçmək üçün ölçü vasitələrinə malik olmalıdır.

Sınaq avadanlığı və ölçü vasitələri laboratoriyanın akkreditasiyasına uyğun olan sınaqların metodikalarına aid normativ sənədlərin tələblərinə cavab verməlidir. Başqa təşkilatların attestasiyadan keçmiş sınaq avadanlığından və yoxlamadan keçmiş ölçü vasitələrindən müqavilə, yaxud digər sənədlər əsasında icarə şərtləri ilə istifadə etməyə yol verilir.

Bütün avadanlıq və ölçü vasitələri onların mühafizəsini, zədələnmədən və vaxtından tez yeyilmədən müdafiəsini təmin edən şəraitdə saxlanılmalıdır.

Vaxtaşırı texniki xidmət tələb edən avadanlıqlar üçün texniki xidmət üzrə təlimat və qrafik, həmçinin yoxlama qrafiki tərtib və təsdiq olunmalıdır.

Nasaz sınaq avadanlığı və ölçmə vasitələri istismardan çıxarılması və onların öz funksiyalarını yerinə yetirmə bilmədikləri üçün, yaxud istifadəyə yararsızlığını göstərməklə etiketləşdirilməlidir. Hər sınaq avadanlığı və ölçü vasitəsi qeydiyyatdan keçməlidir.

Hər vahid üçün qeydiyyat sənədlərində (vərəqdə, xəritədə və s.) aşağıdakı məlumatlar olmalıdır.



  • adı və növü;

  • istehsalçı müəssisə (forma), tipi (marka), zavod və inventar nömrəsi;

  • istehsal, alınma və istismara buraxılma tarixi;

  • alınma zamanı vəziyyəti (təzə istifadə olunmuş, təmirdən sonra və s.);

  • hazırkı zamanda yerləşdiyi yer;

  • nasazlıqlar, təmir və texniki xidmətlər barədə məlumatlar.

Bütün sınaq avadanlığı və ölçü vasitələri attestasiya, yoxlanılma və həmçinin təmirinin mümkünlüyü ilə təmin olunmalıdır. Sınaq laboratoriyasında istifadə olunan attestasiya və yoxlanış, qaydaları sənədləşdirilməlidir. Cihazların yoxlanış qaydaları fəaliyyətdə olan normativ-texniki sənədlərin müəyyən etdiyi tələblərə uyğun olmalıdır.

Akkreditasiya olunmuş laboratoriya aşağıda göstərilən müvafiq sənədlərə malik olmalıdır:



  • sınaqdan keçirilən məhsula və onun sınaq metodlarına texniki tələbləri müəyyən edən sənədlər: standartlar və texniki şərtlər, həmçinin beynəlxalq standartlar (qaydalar, texniki tövsiyələr və s.).

  • akkreditasiyadan keçmiş laboratoriyaya təhkim olunmuş məhsulun sınağını aparma proqramı və metodlarını müəyyən edən sənədlər. Standartlaşdırılmış sınaq metodları laboratoriyada müəyyən olunmuş qaydada attestasiya olunur;

  • sınaq avadanlığının və ölçü vasitələrinin lazımi vəziyyətdə saxlanmasını təmin edən sənədlər; Tətbiq olunan ölçü vasitələrinin yoxlanış və sınaq avadanlığının attestasiya metodikası və standartlaşdırılmış ölçü vasitələrinin yoxlama metodikaları, tətbiq olunan ölçmə vasitələri üçün istismar edilmə sənədi;

  • informasiya və sınaqların nəticələrinin saxlanma sistemini təyin edən sənədlər (protokollar, işçi jurnallar, hesabatlar və s.).

Laboratoriyada sınağın keyfiyyəti, təhlükəsizlik texnikası və sənədlərin aparılması ilə bağlı müəyyən olunmuş yerlərdə təlimatların, normativ-texniki sənədlərin, rəhbəredici sənədlərin və digər sənədlərin olmasını və aktlaşdırılmasını təmin edən üsullar müəyyən edilməli və sənədləşdirilməlidir.

Sınağın nəticələrinin alınması zamanı elektron sisteminin köməyi ilə göstəricilərin işlənməsi, sistemin etibarlığı hesabına onların təhrif olunması istisna edilir. Sistem müvafiq tədbirlərin qəbulu üçün hesablamanın yerinə yetirilməsi zamanı hesablama avadanlığının nasazlığını aşkar etmək imkanına malik olmalıdır.

Hər bir sınaq laboratoriyasının sınaqlarının nəticələrinin qeydiyyat sistemi olmalıdır. Bu sistem ilkin ölçmələrin, hesabatın və digər məlumatların, həmçinin şəxsiyyəti göstərməklə nümunəni alanların, sınağa hazırlayanların və sınaqları, ölçmələri aparanların qeydiyyatını təmin etməlidir. Saxlanmaq üçün nəzərdə tutulmuş və qeydiyyatdan keçirilmiş sınaqlar haqqında informasiyaların həcmi və məzmunu təkrar keçirilmiş sınaqların nəticələri ilə müqayisədə imkanlarını təmin etməlidir.

Bütün sənədlərin saxlanma şəraiti təyin olunmuş müddət ərzində onların mühafizəsini və məxfiliyini təmin etməlidir. Təhlükəsizlik sınaqlarının nəticələrini əks etdirən sənədlərin saxlanma müddəti məhdudlaşdırılmır. Sənədlərin saxlanma müddəti və şəraiti sənədləşdirilməlidir. Sınaqların nəticələrinin qeydiyyatının və verilməsinin bütün mərhələlərində sənədləşdirmənin hüquqi qanunauyğunluğu təmin olunmalıdır. (düzəlişlərin istisna olunması, imzaların, möhürün, tarixin və kargüzarlığın digər tələblərinin eyniləşdirilməsi).

Laboratoriyanın apardığı işlər (sınağın nəticələri və digər məlumat dəqiq, aydın və birmənalı təqdim olunmaqla) hesabatda öz əksini tapmalıdır. Sınaqlar üzrə hər bir hesabat aşağıdakı məlumatları əks etdirməlidir:


  • laboratoriyanın adı, ünvanı və sınağın keçirilmə yeri (əgər sınaq başqa yerdə keçirilmirsə);

  • hesabatın (sınağın nömrəsi) və onun hər səhifəsinin, həmçinin səhifələrinin ümumi sayının vahid şəkildə eyniləşdirilməsi;

  • sifarişçilərin soyadı və ünvanı;

  • sınaq nümunələrinin eyniləşdirilməsi və təsviri;

  • nümunələrin qəbulu və sınaqların keçirilmə tarixi;

  • normativ – texniki sənədlərin, şərti işarələnməsi, yaxud metodun və ya sınaqların keçirilmə metodikasının təsviri;

  • sınaqların şərtləri ilə əlaqədar hər hansı normaldan kənara çıxmaq və ya kənarolunma, yaxud bu sınaqlar üçün lazım olan digər informasiya;

  • standartlaşdırılmamış sınaq metodunun, yaxud üsulun istifadə olunmasının eyniləşdirilməsi;

  • seçilmə, tədqiqat və onların nəticələrinin cədvəllər, qrafiklər, cizgilər və fotolarla təsdiq olunması və zəruri hallarda bütün aşkar olunmuş nöqsanların göstərilməsi. Ölçmənin xətasının müəyyən edilməsi;

  • sınağın hesabatı üçün məsul şəxsin vəzifəsi, imzası, tarix;

  • sınaq barədə hesabatın ancaq sınağa məruz qalmış nümunələrə aid olduğunu göstərən sifariş;

  • sınaq laboratoriyasının icazəsi olmadan hesabatın tam çap olunmaması barədə göstəriş.

Sınaq barədə hesabata çapdan sonra düzəlişlər yaxud əlavələr edilmir. Onlar məsələn, «sınaq barədə hesabata əlavələr adlandırılan başqa bir sənədə daxil edilir».

Akkreditasiya olunmuş laboratoriyanın statusu ilə şərtləşdirilmiş vəzifələri və hüquqları aşağıdakılardır:



  • rəhbəredici sənəddə müəyyən edilmiş akkreditasiya tələblərinə uyğunluğun hər zaman saxlanılması;

  • ancaq akkreditasiya sahəsinə aid olan sınaqların akkreditasiya haqqında sifarişin verilməsi;

  • sınaqların nəticələrinin dəqiqliyinin, obyektivliyinin və düzgünlüyünün təmin edilməsi;

  • təhlükəsizlik tələbləri üzrə sertifikasiya aparmaq üzrə sınaqlara yalnız istehsalçının sertifikatlaşdırılan məhsulunun tipini təmsil edən dəqiq eyniləşdirilmiş nümunələrin qəbul edilməsi;

  • sınaq avadanlığının və ölçü vasitələrinin vəziyyətinə, vaxtında yoxlanılmasına və attestasiyadan keçməsinə, onlara xidmət göstərilməsinə və təmirinə nəzarətin təmin edilməsi;

  • sınaqların mənfi nəticələri barədə sertifikasiya üzrə orqanları, Azərdövlətstandartı və (istehsalçının yerləşdiyi ərazi üzrə) ərazi orqanlarının xəbərdar edilməsi;

  • akkreditasiya attestatının qüvvədə olma müddəti qurtardıqdan sonra akkreditasiya olunmuş laboratoriyanın hüquqlarından istifadə edilməməsi;

  • sertifikasiya üzrə orqanın akkreditasiyaya sifarişin verilməsi ilə əlaqədar gördüyü işlərin (iştiraketmə, qiymətləndirmə, inspeksiya və digər xidmətlər) xərclərinin ödənilməsi;

  • akkreditasiya üzrə orqana ziyan dəyəcək halda akkreditasiya səlahiyyətlərinin istifadə edilməməsi.


Mühazirə 7.

Mövzu: Xarici ölkələrdə sertifikasiya.
PLAN

  1. Rusiya Federasiyasında sertifikasiya.

  2. Almaniyada sertifikasiya.

  3. Yaponiyada sertifikasiya.

  4. ABŞ-da sertifikasiya.


Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Rusiya Federasiyasında sertifikasiya aşağıdakı dövlət qanunlarına uyğun təşkil olunur və aparılır: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında», «Məhsulun və xidmətlərin sertifikasiyası haqqında», «Standartlaşdırma haqqında», «Yanğın təhlükəsizliyi haqqında», «Əhalinin sanitar-epidemioloji rifah halı haqqında» və s. Prezidentin fərmanları və hökumət aktları.

1992-ci ildə RF-də qəbul olunmuş «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun bir sıra prinsipial müddəalar müəyyən etmişdir.

Belə ki, bu qanun istehlakçılarına bütün sivil dövlətlərdə tanınan, hüquqlarını qanuniləşdirmiş, məhsulların, işlərin və xidmətlərin həyat və sağlamlıq üçün təhlükəsizliyinə hüququnu; alınan məhsulların, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin lazımi keyfiyyətinə hüququnu, dəymiş ziyanın ödənilməsi hüququnu və istehlakçının hüquq və maraqlarını məhkəmədə müdafiəsinə, keyfiyyətsiz məhsulun satışı zamanı, ya da yerinə yetirilən iş və göstərilən xidmət lazımi səviyyədə olmadıqda istehlakçıların hüquqlarının müdafiəsi mexanizmini müəyyən etmişdir.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin əsasını mülki qanunvericiliyin normativ aktları təşkil etdiyi üçün bu qanun başqa qanunlar arasında xüsusi yer tutur. Rusiya Federasiyasında fəaliyyət göstərən bütün qanunverici aktlar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunla uyğunlaşdırılmışdır.

Hökumət qanunun ayrı-ayrı müddəaları əsasında alqı-satqı müqavilələri, ayrı-ayrı məhsul növlərinin satışı, müxtəlif növ işlərin yerinə yetirilməsi və s. üzrə müxtəlif aktlar və qaydalar təsdiq edir.

Məhsulların (işlərin, xidmətlərin) təhlükəsizliyini təmin etmək məqsədilə «istehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun məcburi sertifikasiyanı tətbiq edir. Sertifikasiya məhsulun keyfiyyətinin dövlət standartlarının məcburi tələblərinə uyğunluğunu təsdiq edir.

Məcburi sertifikasiya Qanununa əsasən aşağıdakılar sertifikasiya olunmalıdır:


  • qanunverici aktların dövlət standartlarında istehlakçıların həyat və sağlamlıqlarının təhlükəsizliyinin təmin edilməsinə , ətraf mühitin qorunmasına və həm də istehlakçıların əmlakına ziyan vurmasının qarşısının alınmasına yönəldilmiş tələblərin qoyulduğu məhsullar (işlər, xidmətlər);

  • istehlakçıların həyat və sağlamlıqlarının təhlükəsizliyini təmin edən vasitələr.

Pərakəndə satış şəbəkəsi vasitəsilə realizə olunan məhsul partiyası, yaxud hər məhsul vahidi uyğunluq sertifikatı ilə təmin olunmalıdır. Bu sertifikatı satıcı alıcının tələbi ilə təqdim etməyə borcludur. Məhsullar, sertifikasiya üzrə milli orqan tərəfindən verilmiş və Rusiyada tanınan xarici sertifikatlarla müşayiət oluna bilər.

Sertifikasiyadan keçmiş və sertifikatla təsdiq olunmuş məhsulların üzərində (yaxud məhsulu müşayiət edən sənədlərdə, ya da qablarda) dövlət standartı tərəfindən müəyyən olunmuş uyğunluq nişanı olmalıdır.

Sertifikatın və uyğunluq nişanın olmasına məsuliyyəti satıcı (istehsalçı) daşıyır.

«Məhsulun və xidmətlərin sertifikasiyası haqqında» qanun 1993-cü ildə qəbul olunmuşdur. Qanunda sertifikasiyanın məqsədləri müəyyən olunmuş, sertifikasiya üzrə milli orqan və onun fəaliyyət istiqamətləri təyin edilmişdir.

Qanun sertifikasiyanın aşağıdakı məqsədlərini təyin edir:


  • beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmək üçün respublikanın vahid məhsul bazarında mülkiyyətinin bütün formada təşkilatları üçün şəraitin yaradılması;

  • məhsulun seçilməsində istehlakçıya kömək etmək və onları istehlakçının (icraçının, satıcının) məsuliyyətsizliyindən qorumaq;

  • insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinə nəzarət;

  • məhsulun, istehlakçı tərəfindən göstərilmiş keyfiyyət göstəricilərinin təsdiq edilməsi.

Qanunda məcburi və könüllü sertifikasiya nəzərdə tutulmuşdur.

Almaniyada sertifikasiyanın hüquqi bazasını əhalinin sağlamlığının və həyatının qorunması, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, resursların qənaəti, istehlakçıların maraqlarının mühafizəsi sahəsindəki qanunlar təşkil edir. 1990-cı ildən ölkədə keyfiyyətsiz məhsul hazırlanmasına görə məsuliyyətlilik haqqında qanun fəaliyyət göstərir.

Bu qanun Avropa Şurasının (AŞ) üzvü olan ölkələrin qanunvericiliyi ilə harmonizasiya edilmişdir və vahid bazar məkanında sertifikasiya üçün qanunverici baza rolunu oynayır. Qanun oyuncaqlardan tutmuş bəzi növ avadanlığa qədər çox geniş sayda məhsulları əhatə edir.

Almaniyanın TTBM/BTT informasiya mərkəzinin məlumatına görə ümumi Milli Sertifikasiya sistemi bir neçə sertifikasiya sistemini əhatə edir.

A- Reqlamentlərə uyğunluğun sertifikasiya sistemi;

A1-DIN standartlarına uyğunluğun sertifikasiya sistemi;

A2- VDE sertifikasiya sistemi;

A3- BVGW sertifikasiya sistemi;

B – Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun RAN sertifikasiya sistemi.

S- Sənaye texnologiyasının GS pişanına sertifikasiya sistemi;

D – Tikinti konstruksiyalarının Federal normada uyğunluğuna nəzarət sistemi.

E – Ölçmə vasitələrinin və etalonların sertifikasiya sistemi;

F – Almaniyanın sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikasiya sistemi.

Sistem A1. DIN standartlarının tələblər qoyduğu bütün növ məmulatları əhatə edir. Bu sistemə Almaniyanın standartlaşdırma institutu rəhbərlik edir.

A2- bu sistemdə VDE qaydalarının, bəzən də DIN standartlarının yayıldığı bütün növ elektrotexniki və elektron məmulatlar sertifikasiya olunur.

Sistem A3. Almaniyanın qaz və su təchizatı üzrə Assosiasiya firmalarının – DIVIGW sertifikasiya sistemidir.

Sistem V. Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun rəhbərliyi altında işləyir və RAL sistemi adlanır. Bu sistemin tərkibinə 150-yə qədər keyfiyyət üzrə cəmiyyət daxildir. RAL sistemi kənd təsərrüfat məhsulları və tikinti materialları sahəsinə nəzarət edir.

Sistem S Məmulatların, cihazların təhlükəsizliyi haqqında qanun (GSG) tələblərinə uyğunluğun təsdiq edən sertifikasiya sistemidir. Bu GSG nişanı ilə markalanmaqla təsdiqlənir. Almaniyada 100-ə qədər sertifikasiya üzrə orqan fəaliyyət göstərir ki, onlarda GSG nişanına uyğunluğuna sınaqlar aparır.

Sistem D O biri sistemlərdən fərqli olaraq məcburidir və tikinti profili məhsullara aiddir. Sistemə ümumi rəhbərlik Almaniyanın tikintisi texnikası institutu (DIVT) tərəfindən yerinə yetirilir. Sistemin əsas normativ sənədləri DIN standartlarıdır.

Sistem E Qanunverici metrologiya çərçivəsində fəaliyyət göstərən sertifikasiya sistemidir.

Almaniyada metrologiya sahəsində əsas federal orqan Federal Fiziki Texniki institutudur. Bu sistemdə cihazların həm məcburi, həm də könüllü yoxlamasını aparmaq olar. Federal Fiziki Texniki beynəlxalq qanunverici metrologiya təşkilatının (BEQMT) məsləhətlərindən və AŞ-nın direktivlərindən istifadə edir.

Sistem F Buxar qazlarının, yüksək təzyiqli balonların, maye yanacaqların daşınma vasitələrinin, partlayışdan qorunan elektrik avadanlığının, qaldırıcı qurğuların sertifikasiyası ilə məşğul olur.

Almaniyada akkreditasiya işlərinə rəhbərliyi akkreditasiya üzrə Almaniya Şurası (DAR) aparır.

Yaponiyada sertifikasiya üç formada fəaliyyət göstərir:



  • Qanunverici tələblərə uyğunluğu təsdiq edən məcburi sertifikasiya;

  • Hökumət tərəfindən səlahiyyət verilmiş orqan tərəfindən JİS milli standartlara uyğunluğu təsdiq edən könüllü sertifikasiya;

  • Sertifikasiya üzrə xüsusi orqanların apardığı könüllü sertifikasiya;

Məcburi sertifikasiya fəaliyyətdə olan qanunlarla reqlamentləşdirilir (onlar 30-dan artıqdır).

Sertifikasiya üzrə qanunverici müddəaların yerinə yetirilməsinin təmini nazirliklər və digər dövlət orqanları arasında bölüşdürülür. Məsələn, Xarici Ticarət və Sənaye Nazirliyi on qanunun yerinə yetirməsini təmin edir.

Qanunlarda bəzi növ məhsullar üzrə, onları istifadə edən üçün, təhlükəsizlik səviyyəsini xarakterizə edən kateqoriyalar mövcuddur. Məsələn, elektrotexnika məhsulları üçün A və B kateqoriyaları müəyyən edilmişdir.

Daha təhlükəli A kateqoriyalı məhsullar üçün üçüncü tərəfin sertifikasiyası, B kateqoriyalı məmulatlar üçün isə hazırlayanın ərizə deklarasiyası nəzərdə tutulmuşdur.

Keyfiyyət sisteminin sertifikasiyasını aparmaq üçün Yaponiya Assosiasiyası yaradılmışdır (YAB).

Onun əsas funksiyaları aşağıdakılardır:



  • Məhsulun və keyfiyyət sisteminin sertifikasiyası üzrə orqanların və auditorların təhsili ilə məşğul olan təşkilatların akkreditasiyası; auditorların attestasiyası və həm də uyğun təchizatçıların qeydiyyatı;

  • Tədqiqatların aparılması və xaricdə keyfiyyət sisteminin sertifikasiyası üzrə orqanların akkreditasiyasının qarşılıqlı tanınması üzrə praktiki fəaliyyətin yerinə yetirilməsi;

  • YAB –in məqsədlərinə nail olmaq üçün təşkil edilmiş digər işlərin yerinə yetirilməsi;

YAB-ın bütün fəaliyyəti ISO və BEK sənədlərinə uyğun qurulur.

Məsələn, YAB tərəfindən ISO/KASKO-nun sənədi əsasında ISO/BEK rəhbərlik layihəsi. Sertifikatlaşdırılmış auditorlara YAB üç kateqoriyada sertifikat verir: baş auditor, auditor və auditorun köməkçisi.

ABŞ-da müxtəlif növ məhsulların təhlükəsizliyinə aid çoxlu sayda Qanunlar fəaliyyət göstərir.

Bu qanunlar uyğunluğa sertifikasiyanın hüquqi əsasını təşkil edir. Bunlardan istehlak malların təhlükəsizliyi haqqındakı Qanun ən geniş fəaliyyət diapazonu ilə fərqlənir.

Bu qanunlar əsasən dövlət standartlarına uyğun hazırlanmış, həm də dövlət tərəfindən daxili və xarici bazarlardan alınan məhsullar məcburi sertifikasiyadan keçməlidirlər.

Məcburi sertifikasiyaya dövlət orqanları tərəfindən nəzarət edilir.

Könüllü sertifikasiya istehlakçıların, yaxud istehsalçıların ərizəsi əsasında onların təqdim etdiyi normativ sənədlərə uyğunluğuna aparılır.

Ölkədə Federal hökumət tərəfindən təsdiq edilən sertifikasiya proqramlarının üç əsas kateqoriyası fəaliyyət göstərir:



  • 1-ci kateqoriya-məhsulların və xidmətlərin təhlükəsizliyə sertifikasiyası.

Bütün bu proqramlar məcburi xarakter daşıyır;

  • 2-ci kateqoriya-məhsul nümunələrinin və istehsalın fasiləsiz nəzarətini əvəz edən yoxlama proqramları;

  • 3-cü kateqoriya-məhsul satışa daxil olana qədər keyfiyyətin və istehsal şəraitinin qiymətləndirilmə proqramları.

1-ci kateqoriyalı proqramlar həmcins məhsulun sertifikasiya sistemi ilə oxşardır. Avtomobillər, konteynerlər, gəmilər, magistral boru kəmərləri və s. kimi məhsulların məcburi sertifikasiyası aparılır. 2-ci və 3-cü kateqoriyaların proqramları üzrə məcburi və könüllü sertifikasiya aparılır.

2-ci kateqoriyalı proqramlara uyğun olaraq dövlət idarələrində (müdafiə Departamenti, Ticarət Departamenti, Kənd Elektrikləşdirmə idarəsi və s.) istifadə olunan məhsullar sertifikasiyalaşdırılır. Əgər məhsul dövlət təşkilatları tərəfindən dövlət vəsaitinə alınırsa, sertifikasiya məcburidir.

3-cü kateqoriyanın proqramları, əsasən, könüllüdür. Lakin bəzi növ məhsullar üçün (məsələn yumurta, tütün və s.) sertifikasiya məcburidir. Ölkədə sertifikasiyaya ümumi rəhbərliyi Sertifikasiya Komitəsi yerinə yetirir.

Sertifikasiya işlərində 2000-dən çox sınaq laboratoriyaları iştirak edir. Sınaq laboratoriyalarının akkreditasiyası üzrə 100 dənə sistem fəaliyyət göstərir.




Mühazirə 8

Sertifikatlaşdırmanın elmi – texniki təminatı

PLAN

1.Sertifikatlşdırma sınaqlarının əsasları

2. Ölçmə, sınaq, nəzarət məsələsi

3. Təyinedici, təqdimat, çatdırma sınaqları

4. İlkin,qəbul,ixtisas,dövri,tipik sınaqları

5.Nəzarət,müfəttiş, dövri-istismar sınaqları

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Ölçmələr, sınaqlar və nəzarət sertifikatlaşdırma prosesində uyğunluğun qiymətləndirilməsində əsas metodlardır. Onların tətbiq olunması xüsusiyyətləri, məhsulun sertifikatlaşdırılmasında sınaq laboratoriyalarının həll etdiyi məsələlərlə təyin edilir.
Ölçmə”, “Sınaq”, “Nəzarət” anlayışlarının nisbəti

Termin

Məqsəd

Keyfiyyət

Dəqiqlik göstəricisi

Ölçmə

Kəmiyyətin (parametrin) qiymətinin təyini

Ölçmələrin nəticələrinin həqiqi qiymətə yaxınlıq dərəcəsi

Ölçmə xətası



Sınaq

Kəmiyyətin (parametrin) qiymətini təyin edən verilmiş rejimlərdə və təsir edən faktorlarda kəmiyyətin qiymətinin təyini

Verilmiş sınaq rejimlərində və təsir göstərən faktorlarda ölçmələrin nəticələrinin həqiqi qiymətə yaxınlıq dərəcəsi

Burada rejimin xətası; – faktorların xətası



Nəzarət

Verilmiş sınaq rejimlərində və təsir edən faktorlarda verilmiş müsaidədə kəmiyyətin (parametrin) tapılması faktının müəyyən edilməsi

Buraxıla bilən hədlərdə parametrin tapılmasının doğruluq dərəcəsi

-i nəzərə almaqla I və II növ səhvlərin ehtimalı


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin