MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Aqrar münasibətlər və təsərrüfatçılığın əsas formaları



Yüklə 362,16 Kb.
səhifə41/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   37   38   39   40   41   42   43   44   ...   68
iqtisadiyyat az

2. Aqrar münasibətlər və təsərrüfatçılığın əsas formaları.

Mülkiyyət münasibətlərini nəzərdən keçirərkən məlum oldu ki, kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaq mülkiyyət obvekti rolunu da yerinə yetirir. Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində mülkiyyətin müxtəlif formalarına tə­sadüf edilmişdir. Müasir mərhələdə torpaq üzərində mülkiyyətin əsas formalarına - xüsusi, dövlət, qrup (səhmdar) və bələdiyyə mülkiyyətini aid etmək olar.

Torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər aqrar münasibətlər adlanır. Bu aqrar münasibətlər İlk növbədə istehsal vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunan ictimai istehsal münasibətlərinin tərkib hissəsidir. Məhsuldar qüvvələrin inkişafı aqrar münasi­bətlərin də dəyişilməsinə səbəb olur. Belə ki, feodalizmə iri torpaq sahibkarlığı və torpaqdan istifadə edən təhkimli kəndlilərin ol­ması xarakterik idi. Bəzi ölkələrdə bu mülkiyyət forması və ona müvafiq mülkiyyət münasibətləri tədricən islahatlar həyata ke­çirmək yolu ilə dağılır. Bəzi ölkələrdə isə baş verən burjua inqilabları nəticəsində iri torpaq sahibkarlığı ləğv edilmiş və torpaq üzərində fermerlərin və ya dövlətin mülkiyyəti qərarlaşmışdır. Müxtəlif ölkələrdə bu proses müxtəlif cür həyata keçirilmişdir. Belə ki, bəzi ölkələrdə torpağın müəyyən hissəsi dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə və fermerlərin mülkiyyətinə çevril­mişdir. Digər ölkələrdə isə torpaq üzərində dövlət mülkiyyəti bər­qərar edilmiş və o, istifadə edənlərin sərəncamına verilmişdir. Mə­sələn, 1917-ci il oktyabr inqilabından sonra Rusiyada formalaşan sosialist təsərrüfat sisteminə daxil olan respublikalarda, o cüm­lədən Azərbaycanda torpaqlar milliləşdirilərək dövlət mülkiyyətinə çevrilmiş və onların əsas hissəsi pulsuz olaraq kəndlilərin istifadəsinə verilmişdir. Tədricən kollektivləşdirmə həyata keçi­rilmiş və kollektiv kənd təsərrüfatı müəssisələri-kolxozlar yaranmışdır. Dövlət mülkiyyətində olan torpaqların bir hissəsində isə dövlət kənd təsərrüfatı müəssisələri - sovxozlar təşkil olunmuş­dur. Hollandiyada da torpaq dövlət mülkiyyətindədir. İsraildə isə kənd təsərrüfatına yararlı torpaqların 80% -i dövlətə məxsusdur.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində Azərbaycanda torpaq üzərində mülkiyyətin aşağıdakı for­maları qərarlaşmışdır:

a) dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu tor­paqları, su fondu torpaqları, dövlət ehtiyatında olan torpaqlar və s. Dövlət mülkiyyətində olan torpaqlar ümumi torpaq fondunun çox hissəsini təşkil edir.

b) bələdiyyə mülkiyyətində olan torpaqlara yaşayış məntəqələ­rinin yerləşdiyi və onların ətrafında olan torpaqlar aiddir.

v) xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozla­rın ləğv edilməsi nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir.

Torpaq üzərində mülkiyyət müxtəlifliyi ilə yanaşı torpaqdan istifadə edən təsərrüfatların da müxtəlif formalarına rast gəlmək mümkündür. Bunlardan ən geniş yayılmışı fermer təsərrüfatı for­masıdır. Fermer təsərrüfatı dedikdə, bazar iqtisadiyyatı şəraitində əmtəəlik kənd təsərrüfatı məhsulları istehsal edən xüsusi kənd tə­sərrüfatı müəssisəsi nəzərdə tutulur. Fermerlər ya özlərinin mülkiyyətində olan, ya da icarəyə götürülmüş torpaqlarda təsərrüfat­çılıq edirlər. Bu təsərrüfatlarda əmən prosesi ya təsərrüfatçıların özləri, ya da muzdlu işçilərin vasitəsilə həyata keçirilir.

Kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfat formala­rından biri də kollektiv təsərrüfat formasıdır. Bu təsərrüfatlar - dövlət mülkiyyətində olan və istifadə etmək üçün kollektivlərin sərəncamına verilən torpaqlarda təsərrüfatçılıq edirlər. Bunlara SSRİ-də mövcud olmuş kolxozları, İsraildə olan kabusları və s. misal göstərmək olar. Kollektiv təsərrüfatda məhsul istehsalı kollektiv üzvlərinin birgə işləməsi, birgə əmək, kooperasiyası əsasın­da həyata keçirilir. Bir çox şəxsin birgə işləməsi isə fermer tə­sərrüfatın: nisbətən bir çox üstünlüklərə malindir. Bir çox şəxsin eyni zamanca birlində işləməsi, onlar arasındanı qarşılıqlı təmas fərdi qüvvələrə nisbətən dalıa məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olur. Kollektiv təsərrüfatlarda kollektivin üzvlərinin birgə fəaliyyəti yoldaşlıq, bir-birinə kömək etmən vər­dişləri də aşılayır. Bütün bunlar isə kollektiv üzvlərinin şəxsiyyət kimi formalaşmasına imnaıı yaradır. Şəxsiyyət isə fərdiyyətə nis­bətən daha məhsuldar işləmən imnanına malindir. Bu imnanın reallaşması isə işləyənlərin və idarəedənlərin sə'ylərindən asılıdır. Kollektiv təsərrüfatların malik olduğu imnanların nəticələrini İsraildəki təsərrüfatların təcrübəsində daha aydın görmən olur.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan təsərrüfat formalarından biri də dövlət təsərrüfatlarıdır. Bunlara SSRİ-də və cıgər sosialist ölnələrində mövcud olmuş sovxozları və qosxozlan, müxtəlif ölkələrdə olan elmi-təcrübə stansiyalarını, damazlıq və to­xumçuluq təsərrüfatlarım misal göstərmən olar. Bunlar dövlət mülkiyyətində olan torpaqlarda fəaliyyət göstərirlər.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadçıların çoxu Azər­baycan Respublinasının kənd təsərrüfatında quruluş dəyişikliklərilə yanaşı təşkilati dəyişikliklərin də həyata keçirilməsini, yəni təsərrüfat formalarının da dəyişdirilməsini zəruri hesab edirlər. Onlar belə hesab edirlər ki, dövlət mülkiyyətindən xüsusi mülkiyyətə, kollektiv təsərrüfatçılıq formalarından fərdi təsərrüfatçılıq formalarına keçid kənd təsərrüfatı məhsulları bolluğu yaratmağa imnan verəcəkdir.

Müstəqil Azərbaycan Respublinasının siyasi, iqtisadi və ictimai həyatında başlıca əhəmiyyət kəsb edən və vacib dövlət əhə­miyyətli problemlərdən biri də aqrar sahədə özəl qurumların təşkil edilməsidir. Hazırda bu problemin həlli ilə əlaqədar çox mühüm dövlət qanunları işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qa­nunların həyata keçirilməsinə şərait yaradacaq müxtəlif norma­tiv sənədlərin hazırlanması da başa çatmaq üzrədir.

Özəl qurumların təşnilinin əsas tərnib hissəsi olan özəlləşdir­mə prosesi çox mürəkkəb, çoxpilləli və məsuliyyət tələb edən bir tədbirdir. Bu işin müvəffəqiyyətlə başa çatması üçün müasir elmi konsepsiya və icra-nəzarət mexanizmi işlənib hazırlanmışdır.

Dünya aqrar təcrübəsində bir neçə tipik nümunə vardır ki, onlar uğurlu başlanğıc kimi təbii-iqlim şəraiti və mentalitetlərin oxşarlığı ilə diqqəti cəlb edən digər ölkələrdə tətbiq oluna bilər. Belə bir təcrübə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən İsrailin kənd təsərrüfatı təcrübəsidir.

İsrailin kənd təsərrüfatı üçün səciyyəvi cəhət torpaq üzərində dövlət mülkiyyətinin saxlanması, torpaqdan istifadənin kollentiv (kibus) və kooperativ (moşav) formalarının tətbiqidir. Bu ölkədə kollektiv təsərrüfatın innişaf etdirilməsi qəribə görünsə də bəzən elə hesab edirlər ki, inkişaf etmiş kapitalist ölkəsində bu mümkün deyildir. Lakin torpağın dövlət mülkiyyətində olmasına və ondan istifadənin kollektiv-kooperativ formalarının mövcudluğuna baxmayaraq, ölkədə olan hüquqi baza istehsalçılar arasında bazar münasibətlərinin formalaşmasına əlverişli şərait yarada bilər.

Özəl qurumların inkişaf etdirilməsi məqsədilə yeni yaradılan müxtəlif növlü təsərrüfatçılıq formalarının parametrlərinin əsas götürülməsi xüsusi əhəmiyyət kəsb edir. Aqrar sahədə özəl qu­rumların parametri dedikdə, hər şeydən əvvəl torpaq sahəsinin öl­çüsü, mal-qaranın sayı və istehsalın həcmi başa düşülür. Bu cür təsərrüfatlar yaradılarkən, birinci növbədə onların malik olduqları kənd təsərrüfatına yararlı torpaqların sahəsi və mal-qaranın miq­darı düzgün müəyyənləşdirilməlidir. Bu məsələnin həlli çox vacib olub, xüsusilə Azərbaycan Respublikası şəraitində torpaqların az­lığı və əmək qabiliyyətlilərin isə iş yerlərindən çox olması ilə əlaqədardır.

Özəl qurumların təşkili və onların parametrləri barədə Litva Respublikasında xeyli təcrübə əldə edilmişdir. Məsələn, Y.Donkusun başçılıq etdiyi kəndli-fermer təsərrüfatının 32 hektar torpaq sahəsi vardır. Ümumi torpaq sahəsinin 29 hektarı əkin yeri və 3 hektarı meşə sahəsidir. 1 baş atı, 1 ədəd traktoru və 1 ədəd avto­mobili vardır.

Özəl qurumların təşkilində Latviya Respublikasında daha sə­mərəli təcrübə toplanmışdır. Burada hər bir fermer təsərrüfatına orta hesabla 30 hektar torpaq sahəsi düşür.

Özəl qurumların təşkil edilməsi sahəsində və onların parametr­lərinin müəyyənləşdirilməsində xarici ölkələrin də təcrübələrinin öyrənilməsi az əhəmiyyət kəsb etmir. Xarici ölkələrdə fermer tə­sərrüfatlarının inkişafına dair məlumatlardan aydın olur ki, hər bir fermer təsərrüfatına Yunanıstanda 4,3 heKtar, İtaliyada 5,6 hektar, Belçikada 14,1 hektar, Niderlandiyada 14,9 heKtar, Alma­niyada 16,0 heKtar, İrlandiyada 22,7 hektar, Fransada 27,1 hek­tar, Lüksemburqda 28,6 hektar, Danimarkada 30,7 hektar, Şot­landiyada isə 64,1 hektar torpaq sahəsi düşür.

Özəl qurumların təşkili zamanı onların əlverişli parametrləri­nin müəyyənləşdirilməsinə dair Avropanın digər ölkələrinin də xeyli səmərəli təcrübəsi vardır. Məsələn, Polşada kənd təsərrüfatına yararlı torpaqların tərkibində kəndli-fermer təsərrüfatlarının isti­fadəsində olan torpaqların xüsusi çəkisi 77 faiz təşkil edir. Orta hesabla hər bır kəndli-fermer təsərrüfatının istifadəsində olan torpaqların sahəsi 5.3 hektardır. Yuqoslaviyada da eyni vəziyyət müşahidə olunur. Yuqoslaviyada 2,6 milyon xüsusi fermer təsər­rüfatı vardır. Onların istifadəsində olan torpaqlar cəmi torpaqların tərkibində 82,6 faiz təşkil edir. Orta hesabla hər bir kəndli - fermer təsərrüfatına 3,5 hektar torpaq sahəsi düşür.

Özəl qurumlar təşkil edilərkən, onları xarakterizə edən göstə­ricilərdən biri də işçilərin sayıdır. Məsələn, ailədə əmək qabiliy­yətlilərin sayından asılı olaraq kəndli-fermer təsərrüfatlarının pa­rametrlər: də (torpaq sahəsi, mal-qaranın sayı və s. dəyişir). Kəndli-fermer təsərrüfatlarının inkişafı üzrə inandırıcı təcrü­bəyə malik olan xarici ölkələrin, eləcə də müstəqil dövlətlər bir­liyinə daxil olan bir sıra respublikaların (Belarusiya, Ukrayna, Qazaxıstan və s.) bu sahədə iş təcrübələri göstərir ki, orta hesabla hər bir kəndli-fermer təsərrüfatında (ixtisaslaşdırma nəzərə alın­maqla) əmən qabiliyyətlilərin sayı 4 nəfər olduqda yüksək, son nə­ticələr əldə olunur. Lakin hazırda fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarının əksəriyyətində onların hər birində əmək qabi­liyyətlilərin sayı 2-3 nəfərdən çox deyil. Belə vəziyyət kəndli-fermer təsərrüfatlarına yeniyetmələri və uşaqları işə cəlb etməyə məc­bur edir. Odur ki, yeni kəndli-fermer təsərrüfatları yaradılarnən başqa amillər və şərtlərlə bərabər ailədə olan əmək qabiliyyətlilərin sayı da nəzərə alınmalıdır. Məlumdur ki, respublikamızda çoxuşaqlı ailələr çox, kənd təsərrüfatına yararlı torpaqlar isə az­dır. Ona görə də hər bir adambaşına düşən kənd təsərrüfatına ya­rarlı torpaqlar kiçik həcmə malik olur. Belə ki, respublika üzrə hazırda kənd təsərrüfatında çalışan hər bir işçiyə orta hesabla 6,0 hektar kənd təsərrüfatına yararlı torpaq, o cümlədən 2,2 hektar əkin yeri, 0,14 hektar biçənək, 2,6 hektar otlaq sahəsi düşür. Respublikanın ayrı-ayrı bölgələrində isə bu göstəricilər bir birin­dən kəskin surətdə fərqlənir. Belə ki, rayonlar üzrə hər bir nəfər kənd təsərrüfatına yararlı olan torpaq 0,5-20,1 hektar, əkin yeri 0,24-9,3 hektar arasında tərəddüd edir. Odur ki, özəl qurumlar təşkil edilərkən bu müxtəliflik mütləq nəzərə alınmalıdır.

Özəl qurumlar təşkil edildikdə onun idarə edilməsi də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan İsveç təcrü­bəsi diqqəti cəlb edir. Belə ki, İsveçdə kooperativin ali idarəetmə orqanı bütün vəzifəli şəxslərin - idarə lıey'əti sədrinin, Katibin və mühasibin seçildiyi illik ümumi yığıncaqdır. İri kooperativlərin idarə hey'əti və ya şura daha çoxsaylı olur. Bu halda müxtəlif fəaliyyət istiqamətləri üzrə sədr müavinləri də ola bilər. İsveç kooperativində insanlar həm özlərinə, həm də həmkarlarına hörmət etməyi öyrənmişlər. Ümumi yığıncaqda seçki komissiyası yaradılır və növbəti mandat dövrü üçün idarə heyətinə və ya şuraya yeni namizədlərin irəli sürülməsi üzrə hazırlıq işlərinin aparılması onun vəzifəsinə aiddir. Belə əsaslı hazırlıq işi idarə hey'ətinə və ya şuraya təsadüfi adamların seçilməsinin qarşısını alır. Ümumi yığıncaq həmçinin, kooperativin iqtisadi fəaliyyətinin qanuniliyinə və düzgünlüyünə nəzarət edən təftiş komissiyasını seçir. İsveç kooperativlərində katibin fəaliyyəti öz intensivliyi ilə fərqlənir.

O, ümumi yığıncağın protokolunu tərtib etməli, qərar qəbul olunmuş hər bir məsələni orada dəqiq göstərməlidir. Kooperati­vin katibi bir çox digər vəzifələr də daşıyır,-geniş işgüzar yazışma, arxiv işi, sədr ilə birgə şuranın materiallarının hazırlanması və s.

Beləliklə, dünya ölkələrinin təcrübəsinin öyrənilməsi göstərir ki, müstəqil respublikamızda özəl qurumların təşkil edilməsi və onların fəaliyyətinin gücləndirilməsi üçün əlverişli şərait möv­cuddur. Bu şəraitdən düzgün istifadə edərək özəl qurumların inkişafı hesabına məhsul bolluğu yaratmaq mümkündür.

Azərbaycanda aparılan aqrar islahatların əsas istiqamətləri.

Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın gə­ləcəkdə ödənilməsinin ən güclü ehtiyat mənbəyidir. Məhsul bollu­ğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şərai­tində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının inkişafınm əsas istiqamətlərini müəyyən etməndir.

Əvvəla, nəzərə almaq lazımdır ki, kəndli-fermer təsərrüfatları xüsusi təsərrüfatçılıq forması olub, müstəqil fərdi və ya kollektiv əməyə və iqtisadi fayda götürmən prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Onun fəaliyyəti «Kəndli-fermer təsərrüfatları haqqında» Azərbaycan Respublinasının Qanununa müvafiq olaraq, fərdi şəxsin, ailənin, yaxud qarşılıqlı razılıq əsasında yaradılmış bir qrup əmən qabiliyyətli şəxslərin əməyinə istinad edir. Kəndli- fermer təsərrüfatları ölnəmizdə mövcud olan kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əsasında yaradılmaqla, di­gər özəl və dövlət qurumları ilə bərabər hüquqa malikdir və is­tehsalın quruluşunu müəyyən etməkdə istehsal olunan məhsulun qiymətləndirilməsi, emalı, mübadiləsi, satışı və sair məsələlərin həllində sərbəstdir.

Onu da göstərmək lazımdır ki, hələ əsrin əvvəllərində Azər­baycanın Kənd təsərrüfatı əsas etibarilə xırda kəndli təsərrüfatla­rından ibarət idi. Tarixi materialların araşdırmalarından aydın olur ki, 1917-ci ilin astanasında Azərbaycanda 325,6 min kəndli təsərrüfatı mövcud olmuşdur. Bunların 54,4 faizi bir hektara qədər torpağı olan kəndli təsərrüfatları, 34 faizi 1-4 hektar torpaq sahəsi olan ortabab təsərrüfatları, 8,6 faizi 4 hektardan çox tor­paq sahəsi olan varlı və yaxud qolçomaq təsərrüfatları idi. 1923-cü ilin məlumatlarına görə Azərbaycan torpaqlarının 80 faizi kənd­lilərin əlində idi. Buna baxmayaraq, Sovetlərin hakimiyyəti dövrünün ilk illərindən başlayaraq kəndli təsərrüfatları daim tənqid edilmiş, ictimai təsərrüfat formaları isə tədriclə geniş təşkil olun­mağa başlanmışdır. Kəndli təsərrüfatlarının üstünlüklərini sübuta yetirməyə çalışan bir sıra alimlər tənqid edilmiş və hətta ciddi cə­zalandırılmışdır. Çayanovun həyatı buna canlı misaldır. Onun kənd­li təsərrüfatları barədə nəzəriyyələri alt-üst edilmişdir. Çayano­vun özü isə ictimai mülkiyyətə əsaslanan kolxos və sovxoz qu­ruluşunun əleyhinə gedən şəxs kimi güllələnmişdir.

Göstərmək lazımdır ki, bazar münasibətlərinə keçid dövründə kəndli-fermer təsərrüfatlarının çoxukladlı kənd təsərrüfatında bərabərhüquqlu təsərrüfatçılıq forması kimi təşəkkül tapması və inkişaf etməsi bir çox vacib şərtlərin olmasını tələb edir. Respublikada hazırm şəraitdə kəndli-fermer təsərrüfatlarının inkişafına yardım etmən imkanları olduqca məhduddur. Təsərrüfatların inkişafı fermerin maddi imkanından asılıdır. Gübrə, toxum, yana­caq, trantora ehtiyat hissələrini almaq üçün təsərrüfatlar çətinlik çəkir.

Respublikada müxtəlif bitkilər üzrə kəndli-fermer təsərrüfatla­rına ayrılan torpaqların optimal ölçüsü, onların ixtisaslaşdırılması, kooperasiya formalarının müəyyən edilməsi, kəndli-fermer təsərrü­fatları üçün kadr hazırlığı sahəsində tədbirlərin işlənib həyata keçirilməsi olduqca vacib məsələlərdəndir. Təchizat və xidmət sahələrinin özəlləşdirilməsi aqrar sahədə infrastrukturun yeni əsaslarla formalaşmasını və səmərəli işləməsini təmin edən amillərdən asılıdır.

Bazar iqtisadiyyatında təbii-iqlim şəraiti, ixtisaslaşma dərəcəsi və digər xüsusiyyətlər nəzərə alınmaqla iri, orta və kiçik sahibkarlıq formalarından biri digərini tamamlamalı, sağlam rəqabət şəraitində hər biri özünəməxsus yerini tütmalıdır.

Ümumiyyətlə, təcrübə və təhlil nəticəsində aydın olur ki, respublikanın bazar münasibətlərinə keçid şəraitində kənd təsərrü­fatında müsbət meyllər əmələ gəlməyə başlamışdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:

1. Kənd təsərrüfatında bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq tələb-təkliflə əlaqədar yeni struktur dəyişiklikləri baş verir.

2. Əhalidə mülkiyyətçilik psixologiyası formalaşmağa başla­mış, sərbəst fəaliyyətə, yaradıcılığa və salhibkarlığa meyl güclən­mişdir.

3. İslahatın həyata keçirildiyi ilkin mərhələdə dünya təcrübəsi­nə meyl artmış, respublikanın təbii-iqtisadi şəraitinə, kənd təsər­rüfatının spesifik xüsusiyyətlərinə, adət-ənənə və vərdişlərinə uyğun mülkiyyət formalaşmağa başlamışdır.

4. Respublinada rəqabət mühitinin yaradılması, dünya stan­dartlarının tələblərinə uyğun məhsul istehsalı və daxili bazarın qorunması üçün meyllər artır.

5. Kənd təsərrüfatında istehsalın mərkəzdən, planlı idarə edil­məsi özünüidarə ilə əvəz edilməyə başlayır, idarəetmə funksiyaları təkmilləşdirilir.

Bazar münasibətləri şəraitində kənd təsərrüfatının inkişafı aqrar islahatının aparılmasından, onun əsas istiqamətlərinin düz­gün müəyyənləşdirilməsindən, islahatın məqsəd və prinsiplərinin nəzəri məsələlərinin elmi cəhətdən əsaslandırılmasından asılıdır. «Aqrar islahatın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununda yazılmışdır: «İslahatın məqsədi aqrar bölməni böh­randan çıxarmaq, iqtisadiyyatı sabitləşdirməK, əhalinin sosial-iq­tisadi vəziyyətini yaxşılaşdırmaqdır». Söhbət respublİKanın aqrar bölməsini yaranmış iqtisadi böhrandan çıxarmaq üçün bu barədə nəzəri və metodoloji məsələlərin qoyuluşundan və onun elmi cə­hətdən əsaslandırılmış istiqamətlərinin düzgün müəyyənləşdiril­məsindən gedir. Bu baxımdan ölkəmizdə həyata keçirilən aqrar isla­hatının məqsədinin nəzəri cəhətdən əsaslandırılmasının çox böyük əhəmiyyəti vardır.

Azərbaycan Respublikasının «Sovxoz və kolxozların islahatı haqqında» qanunu ilə «Aqrar islahatın əsasları haqqında» qanu­nunda islahatın məqsədinin yazılış məzmunu arasında müxtəlifliyin olması da müşahidə edilir. Belə ki, «Sovxoz və kolxozların isla­hatı haqqında» Azərbaycan Respublikası Qanununun islahatın məqsəd və vəzifələri bölməsində qeyd edilir ki, «islahatın məqsə­di bazar iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat forma­larını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdir».

Halbuki, «Aqrar islahatın əsasları-haqqında» Azərbaycan Respublikasının Qanununda yuxarıda qeyd etdiyimiz kimi göstərilir ki, «islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisa­diyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır». Aqrar islahatın məqsəd və vəzifələrinin şərhində belə yarımçıq ifadələrin işlədilməsi perspektiv məqsədləri dəqiq başa düşməyə imkan vermir.

Aqrar bölmənin və bütünlükdə iqtisadiyyatın bazar münasibət­lərinə keçildiyi şəraitdə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşı­laşdırılması üçün aşağıdakı istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:

1. Aqrar bölmədə yeni mülkiyyət münasibətlərini formalaşdır­maq.

2. Torpaq, meliorasiya və su təsərrüfatlarının islahatlarının KompleKSİiyini təmin etmək.

3. Müxtəlif növlü yeni təsərrüfatçılıq formaları yaratmaq.

Sovxoz və nolxozlar yenidən təşnil edildində və ya onlarda is­lahat aparıldıqda islahatın xüsusiyyətləri nəzərə alınmalıdır.

1. Sovxoz və kolxozlarda islahat aparılarnəıı Azərbaycan Respublikasının aqrar islahatına dair qəbul etdiyi qanunlar, norma­tiv-hüquqi sənədlər, tövsiyə və təlimatlarla bərabər islahat aparı­lan təsərrüfatların ümumi yığıncağının qərarı da nəzərə almır və ümumi yığıncaqlarda baxılır;



2. İslahatın aparılmasında könüllülük prinsipi bankrot elan olunmuş sovxoz və kolxozlara şamil edilir;

3. İslahat prosesində əgər iqtisadi cəhətdən məqsədəuyğundursa, hər bir sovxoz və kolxozun əsasında bir neçə müxtəlif növlü təsərrüfatlar da yaradıla bilər;

4. İslahat prosesində təsərrüfatın rəhbərliyi və maddi-mə’sul şəxsləri islahat başa çatanadək onun maddi-texniki əmlanımn sax­lanılmasına və qorunmasına qanunvericilin daxilində cavabdehlik daşıyır;

5. Sosial və mühəndis infrastruktur obyektləri kollektivin razı­lığı ilə bələdiyyə mülkiyyətinə verilə bilər. Bu şərtlə ki, həmin obyektlərdən hamı bərabər hüquqla məqsədə uyğun surətdə istifa­də edə bilsin;

6. İslahat prosesində əvvəlcədən bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək, əsas və kənd təsərrüfatı məhsulları üzrə tap­şırıqlara əməl etmək və s. məqsədlər üçün ixtisaslaşdırılmış hü­quqi səlahiyyətə malik olan nəzarət qrupları yaradıla bilər.

Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşması üçün yeni müxtəlif növlü müəssisələrin yeni təşkilati-hüquqi for­maları da yaradılmalıdır. Bu obyektiv zərurət ondan irəli gəlir ki, müxtəlif növlü müəssisələr yaradılmadan (müxtəlif mülniyyətə əsaslanan) bazar infrastrukturu formalaşdırmaq və bu şəraitdə azad rəqabət mühiti yaratmaq da qeyri-mümkündür. Məhz ona görə də «Aqrar islahatın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilir: «Sovxoz və kolxozların islahatı onların kəndli-fermer təsərrüfatlarına bölünməsini, birgə sahibkarlığa əşaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət nənd təsərrüfatı müəssisələrinin yaradılmasını, şəxsi yardımçı təsərrüfatların inkişafını nəzərdə tutur». Burada eyni zamanda qeyd edilir ki, dövlət kənd təsərrüfatı müəssisələri istisna olmaqla inzibati qay­dada bir təsərrüfat formasının başqa bir formaya çevrilməsinə və ya ləğv edilməsinə yol verilmir. Deyilənlərdən belə qənaətə gəl­mək olur ki, bazar münasibətlərinə keçid və bu şərait üçün rəqa­bət mühitinin yaradılması obyektiv zərurət olub, qanunauyğun bir prosesdir. Odur kı Azərbaycan Respublinasında yaradılmış konkret şəraitdən, real hüquqi bazadan istifadə edib, təsərrüfatçılığın müxtəlif növləri inkişaf etdirilməlidir.

Proqnozlara görə çoxnövlü təsərrüfatçılığı inkişaf etdirmədən aqrar bazarın formalaşdırılması üçün rəqabət mühiti yaratmaq qeyri-mümkündür. Odur ki, kənd təsərrüfatının bazar münasi­bətləri şəraitinə keçirildiyi hazırkı dövrdə ölkəmizdə başqa təsər­rüfat növləri kimi, elmi cəhətdən əsaslandırılmış kəndli-fermer təsərrüfatlarının yaradılması da obyentiv zərurət olmaqla yanaşı, qanunauyğun bir prosesdir. Eyni zamanda kəndli-fermer təsərrü­fatlarının fəaliyyətinin tənzimlənməsi və onun daha da təkmilləşdirilməsi vacibdir. Çünki, bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın illərdə ödənilməsində ən güclü ehtiyat mən­bəyi hesab edilir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillə­rin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının innişaf parametrlərinin elmi əsaslarla hazırlanması və onların əsas istiqamətlərinin müəyyən edilməsidir.

Kəndli-fermer təsərrüfatlarına məxsus olan özəlləşdirilmiş kənd təsərrüfatına yararlı torpaqlarda, əsasən, kənd təsərrüfatı­nın üstün sahələrinin xüsusi çəkisi böyün olacaqdır. Belə kı, kəndli-fermer təsərrüfatlarndakı kənd təsərrüfatına yararlı tor­paqların tərkibində üstün sahələrin xüsusi çəkisi gələcəkdə 67,9 faizə çatacaqdır. Üstün sahələrdən xüsusilə taxılçılıq, pambıqçılıq, yemçilik, üzümçülük və meyvəçilik sürətlə inkişaf edəcəkdir.

Kəndli-fermer təsərrüfatlarının innişafı üçün 3588 milyard manat vəsait tələb olunur. Əsas fondların mövcud dəyəri də nə­zərə alınmaqla, yuxarıda göstərilən vəsait hesabına kəndli-fermer təsərrüfatlarında əsas fondların dəyərini 10140 milyard manata çatdırmaq mümkün olacaqdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və onun səmərəliliyinin yünsəldilməsinə imkan verəcəkdir. Nəticədə isə kəndli-fermer təsərrü­fatlarında ümumi məhsulun dəyəri 2746 milyard manat təşkilk.

Əlbəttə, kəndli-fermer təsərrüfatları yaradılarkən və onların inkişaf parametrləri müəyyən edilərkən həmin təsərrüfatların çoxsahəli istehsala yönəldilməsi daha perspektivli ola bilər. Çünki, respublikanın torpaq-iqlim və istehsal şəraiti, maddi ehtiyat­lar nəzərə alınmaqla torpaq sahələrinin həcminin düzgün müəyyən edilməsi kəndli-fermer təsərrüfatlarının səmərəli fəaiyyətini təmin edir. Ona görə də bu amillər nəzərə alınaraq, ailənin daxili imkanlar hesabına tələbatını ödəməsi və artıq məhsul is­tehsal etməsi üçün kəndli-fermer təsərrüfatının elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin və əlverişli həcmdə torpaq sahəsi­nin müəyyən edilməsi zəruridir.

Bazar münasibətləri şəraitində kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyinə bir sıra amillər kompleks şəkildə təsir göstərir. Bunlara: təbii, texnoloji, iqtisadi, təşkilati-idarəetmə. siyasi-hərbi və sosial amillər daxil edilir. Bütün qeyd edilən amil­lərin iqtisadi fəaliyyət prosesində nəzərə alınması kənd təsərrü­fatının, bütünlükdə aqrar-sənaye komplensinin ictimai-istehsal əlaqələrinin təkmilləşdirilməsinə, istehsal həcminin artmasına, kənd təsərrüfatının böhrandan çıxarılmasına, onun dinamik inkişafına, nəticə etibarı ilə əhalinin və ölkənin bütövlükdə kənd tə­sərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə imkan verə bilər.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin