MÖVZU VI: AQRAR MÜNASİBƏTLƏR. CƏMIYYƏTIN İNKIŞAFINDA
KƏND TƏSƏRRÜFATININ ROLU
P l a n:
1. Aqrar sahə və onun ölkə iqtisadiyyatında rolu.
Aqrar münasibətlərin xüsusiyyətləri.
2. Aqrar münasibətlər və təsərrüfatçılığın əsas formaları.
3. Torpaq rentası və torpağın qiyməti.
4. ASK-nın mahiyyəti və quruluşu. Aqrobiznes.
5. Ərzaq təhlükəsizliyi: problemlər və onun həlli yolları.
6. Aqrar münasibətlərin müasir vəziyyəti və inkişaf perspektivləri.
1. Aqrar sahə və onun ölkə iqtisadiyyatında rolu. Aqrar münasibətlərin
xüsusiyyətləri.
Bildiyimiz kimi iqtisadiyyatın ən mühüm sahələrindən biri də kənd təsərrüfatıdır. Bu sahə sənaye sahələrini xammalla təchiz etmənlə yanaşı əhalinin istehlak şeylərinə olan tələbatının ödənilməsində mühüm yer tutur. Əhalinin istifadə etdiyi istehlak şeylərinin çox hissəsi kənd təsərrüfatı təbiətlidir, yə’ni onlar az və ya çox dərəcədə kənd təsərrüfatı ilə bağlıdır. Əmək qabiliyyətli əhalinin müəyyən hissəsi kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Ölkənin inkişaf səviyyəsindən asılı olaraq kənd təsərrüfatı sahələrində fəaliyyət göstərənlərin xüsusi çəkisi daima dəyişilir.
Cəmiyyətin inkişafında mühüm rol oynayan kənd təsərrüfatı xalq təsərrüfatının digər sahələrindən fərqli olaraq müəyyən xarakterik xüsusiyyətlərə malikdir. Əvvəla, kənd təsərrüfatı sahələrində istehsalın əsas amili torpaqdır. Müxtəlif növlü kənd təsərrüfatı məhsullarının istehsalı az və ya çox dərəcədə bilavasitə torpaqla bağlıdır. Cəmiyyətin innişafınm bütün mərhələlərində torpaq insanların hər cür fəaliyyət məkanı və yaşamaq mənbəyi olmuşdur. İnsanlar bəşər cəmiyyətinin ilk inkişaf mərhələlərində özlərinə lazım olan qidanı ovçuluqla yanaşı, təbiətin yabanı bitkiləri hesabına əldə etmişlər. Sonralar isə əsasən torpağı becərməklə yaşayışlarını təmin etməyə çalışmışlar. Vilyam Pettinin dediyi nimi «Hər cür sərvətin anası torpaqdır, atası isə əməkdir». Cəmiyyətin sərvətinin əsas hissəsi olan torpaq (yeraltı və yerüstü sərvətlərlə birlikdə) təbiət qüvvələrinin səltənətidir. Təbii sərvət olan torpağı artırmaq və istehsal etmək mümkün deyildir. Kənd təsərrüfatı üçün yararlı, münbit torpaq sahələri daha məhduddur.Torpaq münbitliyinə görə iki yerə bölünür: təbii və süni münbitlik. Təbii və süni münbitlin də bir-birindən fərqlənir.
Təbii münbitlik torpağın fiziki, kimyəvi və bioloji xassələrinin məcmusudur. Təbii münbitlikdən asılı olaraq torpağın məhsuldarlığı, bioiqlim potensialı çox müxtəlif olur. Torpağın bioiqlim potensialı dedikdə, torpağın fiziki və kimyəvi quruluşu ilə yanaşı illik günəşli günlərin sayı, torpağın suvarma və meliorasiya ehtiyacı və s. nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ torpaqlarının bioiqlim potensialı Qərbi Avropa torpaqlarından 2-2,5 dəfə, ABŞ torpaqlarından isə 3-3,5 dəfə pis idi. Həmin rəqəmləri müəyyən dərəcədə Azərbaycan torpaqlarına da aid etmək olar. Respublikamızda günəşli günlərin sayı çox olduğu üçün torpaq daha çox suvarmaya möhtacdır, su problemi isə müşküldür. Buna görə də mövcud torpaqların çox hissəsi lazımi səviyyədə istifadə olunmur.
Torpağın süni münbitliyi isə cəmiyyət üzvlərinin fəaliyyətinin nəticəsidir. Əlavə əmək, kapital, elm sərfi münbitliyin artmasına səbəb olur.
Torpaq, xüsusilə münbit torpaq sahələri insanların fəaliyyəti nəticəsində getdikcə məhdudlaşır. Bir tərəfdən urbanizasiyanın inkişafı - şəhər və şəhərtipli yaşayış məntəqələrinin çoxalması və genişlənməsi, yolların və boru kəmərlərinin, elektrik ötürücüləri şəbəkəsinin genişlənməsi münbit torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsindən çıxmasına səbəb olur. Digər tərəfdən, torpağa «ögey» münasibət onun şoranlaşmasına, eroziyaya uğramasına, bataqlığa çevrilməsinə və s. gətirib çıxarır.
Başqa istehsal vasitələrindən fərqli olaraq torpağın münbit qatının məhsuldarlığı ona olan münasibətdən asılı olaraq dəyişilir. Buna görə də torpağa ayaq qoyan hər bir şəxs keçmiş nəsillərdən əmanət qalmış bu təbii neməti gələcək nəsillərə çatdırmağa çalışmalıdır.
Kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri də onun mövsümi xarakter daşımasıdır. İstehsalın mövsümi xaranteri əmək və istehsal vasitələrindən istifadə edilməsinə də təsir göstərir. Əmək cismi olan torpaq, əkinçilikdə, toxum səpildikdə və məhsul becərildikdə əməyin tə’siri altında olur. Qalan vaxtlarda isə istehsal prosesi təbii qüvvələrin təsiri ilə baş verir. Kənd təsərrüfatında maşın və mexanizmlərdən istifadə mövsümi xarakter daşıyır. Məsələn, toxumsəpən maşınlardan 7-10 gün, taxılyığan kombaynlardan 9-15 gün istifadə edilir.
Kənd təsərrüfatı istehsalının mövsümi xarakteri məhsuldarlığa və qiymətlərə də müəyyən təsir göstərir. Məsələn, yaz-yay aylarında süd və tərəvəz məhsulları, payız aylarında meyvə nisbətən ucuz olur; qış aylarında tərəvəz istehsalı daha çox xərc tələb edir və səmərəlilik nisbətən aşağı olur və s.
Kənd təsərrüfatı istehsalının xarakterik xüsusiyyətlərindən biri də bir sahənin tullantısından digər sahədə istifadə edilməsidir. Bitkiçilik sahəsinin tullantısı olan küləş və s. heyvandarlıq sahəsində yem kimi, heyvandarlığın tullantısı olan peyindən isə əkinçilikdə gübrə kimi istifadə olunur. Kənd təsərrüfatının müxtəlif sahələri arasında olan bu qarşılıqlı əlaqəni təbiətin bərqərar etdiyi tullantısız texnologiya adlandırmaq olar. Bu texnologiyadan elmi cəhətdən əsaslandırılmış qaydada istifadə edilməsi kənd təsərrüfatı istehsalının səmərəliliyini xeyli yüksəltməyə imkan yaradır.
Kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən biri də kənd təsərrüfatı məhsullarının qiymətyaranma prosesidir. Əvvəllərdə öyrəndiyimiz kimi iqtisadiyyatın digər sahələrində qiymətyaranma prosesində orta sahə xərcləri mühüm yer tutur. Bu xərclərdən maddi və canlı əmək məsrəflərindən) çox xərcləyənlər rəqabət mübarizəsində müflisləşir, az xərcləvənlər isə öz mövqelərini möhkəmləndirirlər. Kənd təsərrüfatı sahələrində, xüsusilə əkinçilikdə qiymətyaranma tamamilə fərqli şəraitdə baş verir. Bu məhsulların qiymətləri orta sahə xərcləri əsasında deyil, pis torpaq sahələrində çəkilən xərclər əsasında qərarlaşır. Çünki yaxşı və orta münbitlik səviyyəsinə malik olan torpaq sahələri məhduddur, onlar cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün kifayət deyildir. Bu tələbatı ödəmək üçün pis torpaqlardan da istifadə etmən lazımdır. Pis torpaqlardan isə o vaxt istifadə olunar ki, ondan istifadə edənlər müəyyən miqdarda mənfəət əldə etmiş olsunlar. Pis torpaq sahələrində mənfəətliliyi təmin etmək üçün dövlət istehsalçılara bəzi güzəştlər edir. Buna görə də əksər ölkələrdə kənd təsərrüfatı istehsalı dövlət büdcəsindən olan dotasiya hesabına həyata keçirilir. Dövlət suvarma-meliorasiya sistemləri yaratmaqla, rekultivasiya işlərini həyata keçirməklə kənd təsərrüfatı üçün yararsız torpaqları yararlı hala salır, istehsalçıları daha məhsuldar toxum və tinglərlə təmin edir. Bütün bunlar məhsuldarlığın artmasına və istehsalçıların əlavə mənfəət əldə etməsinə şərait yaradır.
Dostları ilə paylaş: |