MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Əhali gəlirləri, onların növləri və yaranma mənbələri



Yüklə 362,16 Kb.
səhifə54/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   50   51   52   53   54   55   56   57   ...   68
iqtisadiyyat az

6. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri.

Gəlirlərin bərabərsizliyi.

İqtisadi nəzəriyyədə əhali gəlirləri dedikdə, müəyyən vaxt ər­zində müntəzəm olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür.

Pul gəlirləri əhaliyə pul şəklində çatan əmək haqqı, sahibkar gəliri, təqaüd, müavinət, divident, renta və mülkiyyətdən əldə edilən digər gəlirlər, həmçinin şəxsi yardımçı təsərrüfat məh­sullarının satışından qazanılan gəlirlərin məbləğindən ibarətdir.

Natural gəlirlər şəxsi yardımçı təsərrüfatda yaradılan və əha­linin şəxsi istehlakına natural şəklində daxil olan vasitələrin dəyə­rini əks etdirir.

Əhalinin rifah halının əsas göstəricisi sayılan məcmu gəlirlər bütün növ pul gəlirləri və şəxsi yardımçı təsərrüfatdan əldə olu­nan natural gəlirlərin dəyərini əks etdirir. Əhalinin məcmu gə­lirlərinə, pul tərkibli gəlirlərlə yanaşı dövlət büdcəsindən və müəssisələrin fondlarından ayrılan vəsaitlər hesabına göstərilən pulsuz xidmətlərin dəyəri də daxil edilir. Buraya səhiyyə, təhsil, mənzil, nəqliyyat sahələrində göstərilən xidmətlər və eynilə əhali­yə verilən ərzaqlar, dotasiyalar və s. daxildir (Bax: Cədvəl 10).

Əhali gəlirlərinin səviyyəsini və dinamikasını qiymətləndirmək üçün nominal, sərəncamda qalan və real gəlirlər göstəricilərindən istifadə olunur.



Nominal gəlirlər - ayrı-ayrı şəxslərin və ya sosial qrupların müəyyən dövr ərzində əldə etdiyi pul gəlirləridir.

Sərəncamda qalan gəlir - əhalinin şəxsi istehlakına və şəxsi yığımına sərf olunan gəlirlərdir. Onun həcmi nominal gəlirlər­dən, vergilər və məcburi ödəmələrin miqdarı qədər az olur.

Real gəlirlər - əhalinin sərəncamında qalan gəlirlər hesabına mövcud qiymətlərlə əldə edə biləcəyi maddi ne’mətlərin və xidmət­lərin miqdarıdır. Real gəlirlər əhalinin alıcılıq qabiliyyətini əks etdi­rir. Gəlirlərin əsas növlərindən biri nominal gəlirlərdir. Bu gəlir, əmən gəlirlərindən, kapitala görə gəlirlərdən və transfert ödəmə­lərdən, yə’ni, ictimai fondlardan daxil olan müxtəlif gəlirlər əsasında formalaşır. Sonuncuya pensiya fondu, sosial sığorta və so­sial müdafiə fondu, işsizliyə görə müavinətlər və başqa ödəmələr daxildir. Yaranma mənbəyindən asılı olmayaraq əldə edilən pul gəlirləri əhalinin rifahını tam əks etdirmir. Çünki əhalinin ala biləcəyi məhsulların miqdarı nəinki onun əldə etdiyi pul gəlir­lərindən, eyni zamanda həmin məhsulların qiymətindən asılıdır. Ona görə də əhalinin rifahının ən yaxşı göstəricisi real gəlirlərdir. Real gəlirlər, əhalinin pul gəlirləri ilə bazardan nə qədər məhsul al­maq qabiliyyətini göstərir. Deməli, nominal gəlirlər əhalinin pul formasında aldığı gəlirləri, real gəlirlər isə yaşayış vasitələrində ifadə olunan gəlirləri əks etdirir.

Bazar iqtisadiyyatı şəraitində gəlirlərin formalaşması və böl­güsü problemlərini araşdırarkən əmək (zəhmətlə qazanılmış) gə­lirləri və əməksiz (zəhmətlə qazanılmamış) gəlirləri bir-birindən fərqləndirmək lazımdır.

Yaxın keçmişdə inzibati-amirlik sistemi şəraitində əmək gəlir­lərinə, yalnız dövlət və kooperativ müəssisələrində əmən fəaliyyəti nəticəsində əldə olunan gəlirlər aid edilirdi. Rəsmi dövlət xətti ilə əldə olunmayan hər cür gəlir əmənsiz gəlir hesab olunurdu. Bazar iqtisadiyyatı şəraitində əhalinin məcmu gəlirlərinin əmənli və əmənsiz gəlirlərə bölünməsi meyarları tamam başqadır. Hər şeydən əvvəl, söhbət sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən əldə olunan gəlirlərdən gedir. Aydındır ki, fərdi əmək fəaliyyəti nəticəsində əldə olunmuş gəlir, əmək tərkibli olduğu üçün əmək gəlirlərinə aiddir. Eyni sözləri şəxsi yardımçı təsərrüfatlarda is­tehsal olunmuş məhsulların satışından əldə olunmuş gəlirlər haqqında da söyləmək olar.

Bazar iqtisadiyyatında, bilavasitə insanların əmək fəaliyyətləri­nin nəticələri ilə heç bir əlaqəsi olmayan gəlirlər, yəni necə de­yərlər, əməksiz gəlirlər böyük rol oynayır. Əməksiz gəlirləri, şərti olaraq leqal və qeyri-qanuni gəlirlərə bölmək olar.

Leqal əməksiz gəlirlərə səhmlərdən alınan dividentlər, istiqraz vərəqələri və digər qiymətli kağızlardan əldə olunan faizlər, əm­təələrin topdan və pərakəndə satışı qiymətlərindəki fərqlərdən alınan mənfəət və s. daxildir. Bu gəlirlər bazar iqtisadiyyatı üçün qanunauyğun və obyektiv sayılır.

Aydındır ki, bu və bu kimi başqa leqal əməksiz gəlirdən bazar iqtisadiyyatını «təmizləmək» təşəbbüsü tamamilə real deyil. Bu­nun üçün səhmdar cəmiyyətlərinin fəaliyyəti və qiymətli kağızlar bazarı qadağan olunmalı, borc kapitalları bazarı və ümumiyyətlə, hər cür xüsusi sahibkarlıq fəaliyyəti ləğv olunmalıdır. Onda bu tamamilə başqa iqtisadiyyatı, bizə yaxından tanış olan keçmiş inzibati-amirlik iqtisadiyyatını xatırladacaq.

Qeyri-qanuni əmənsiz gəlirlərin iki əsas növü mövcuddur.

Ümum kriminal mənşəli (korrupsiya, reket, narkobiznes, qaçaq­malçılıq və s.) əməksiz gəlirlər. Bu növ gəlirlər, ümumiyyətlə desək, rəsmi iqtisadiyyatın quruluşundan asılı olmayaraq möv­cuddur. Bu cür fəaliyyətlərin cinayət tərkibli olduğu və cəmiyyət üçün sosial təhlükə doğurduğu bütün dünyada qəbul olunub və qanunla təqib olunur.

Kriminal əməksiz gəlirlərin digər hissəsi isə məhz rəsmi iqti­sadi quruluşun doğurduğu əməksiz gəlirlərdir. Məsələn, «gizli iqtisadiyyatın tipin növü möhtəkirlikdir, başqa sözlə, defisit məhsulların rəsmi dövlət qiymətindən qat-qat yüksək qiymətə satıb varlanmaqdır. Möhtəkirlik bazar iqtisadiyyatının ciddi deformasiyasının nəticəsi olub, gizli inflyasiya doğurur, bu da iri­həcmli «qara bazar»larin yaranmasına səbəb olur. Bundan möhtəkirlər varlanmaq vasitəsi kimi istifadə edirlər. Bu növ «gizli» gəlirlər bazar iqtisadiyyatı üçün səciyyəvi deyil, çünki bazar iqtisadiyyatında defisit əmtəələr olmur, olsa da bu nadir hallarda baş verir. Bazar iqtisadiyyatının doğurduğu “gizli” gəlirlər ta­mamilə başqa mənşəlidir. Burada, dünyada ən çox məşhur olan firmaların ticarət markalarının saxtalaşdırılması, iş, qüvvəsin­dən gizli istifadə olunması, korrupsiyaya qurşanmış məmurların köməyi ilə əlverişli müqavilələrin bağlanması və s. geniş yayıl­mışdır.

Ölkə iqtisadiyyatı və onunla əlaqədar olan əməksiz gəlirlər bü­tün dünyada geniş yayılmışdır. Lakin onun miqyası müxtəlif ölkələlərdə eyni deyildir. Bu sahədə Avropada birincilin İtaliyaya məxsusdur. Mütəxəssislərin fikrincə kölgə iqtisadiyyatı bu ölkənin ümumi milli məhsulunun 30 faizə qədərini əhatə edir. Bazar iqti­sadiyyatının digər ölkələrində gizli iqtisadi əməliyyatlar ÜMM-nin 3 faizdən 10 faizə qədərini təşnil edir. Belə ki, ABŞ-da ölkə iqtisadiyyatının ÜMM-də payı 2,9 faizdən 8,2 faizə qədər, İngiltərədə 3,3 faizdən 8,1 faizə, Fransada 6,7 faizdən 8,7 faizə, Kanadada 8,6 faizdən 10,1 faizə, AFR-də 3,7 faizdən 8,3 faizə qədərini təşkil edir.

Dünyanın əksər ölkələrində ailə gəlirlərinin əsas mənbəyini əmək haqqı təşkil edir. Lakin xüsusi mülkiyyətə məhdudiyyət qoy­mayan, bazar və ya qarışıq iqtisadi sistemin bərqərar olduğu ölkələrdə əmək haqqı ilə yanaşı, ailələr mülkiyyətçi olduqları başqa istehsal amillərindən də gəlirlər əldə edirlər. Məsələn, 1994-cü ildə ABŞ-da ailə gəlirlərinin quruluşu aşağıdakı kimi olmuşdur:

1. Əmək haqqı, məvacib və muzdla işləyən fəhlələrin digər gə­lirləri - 65 faiz.

2. Firmaların fərdi sahibkarlarının gəlirləri - 8 faiz.

3. Renta - 0,1 faiz.

4. Divident - 3 faiz.

5. Faiz gəliri - 12 faiz.

6. Transfert ödəmələr - 11,9 faiz.

Əvvəllər bizim ölnəmizdə vəziyyət tamamilə fərqli idi. Burada sosialist inqilabından sonra inzibati-amirlik sistemi kapital və torpaq üzərində xüsusi mülkiyyəti ləğv etdi və cinayət kodeksinin müvafiq maddəsi ilə sahibkarlıq fəaliyyəti qadağan edildi. Əmək, insanların sahib olduğu və satıb gəlir əldə edə biləcəyi yeganə istehsal amili oldu. Lakin 90-cı illərdən başlayaraq iqtisa­diyyatda və qanunvericilik sahəsində islahatların aparılması nə­ticəsində vətəndaşlara xüsusi mülkiyyət əsasında istehsal amillə­rinə sahiblik etməyə qanuni icazə verildi. İstehsal amilləri üzərində xüsusi mülkiyyətin yenidən bərpa olunması, ailə gəlirlərinin quruluşunda müəyyən dəyişikliklərə gətirib çıxartdı. Hal-hazırda Azərbaycan Respublikasında ailələrin pul gəlirlərinin quruluşu 1997-ci ilin statistik rəqəmlərinə görə aşağıdakı kimi olmuşdur.

1. Əmək gəlirləri - 40 faiz.

2. Kənd təsərrüfatı məhsullarının satışından daxil olan gəlir­lər - 13,2 faiz.

3. Sosial transfertlər - 7,7 faiz.

4. Mülkiyyətdən, sahibnarlıq fəaliyyətindən və s. daxil olan gəlirlər - 39,1 faiz.

Lakin bazar iqtisadiyyatında da «qazanılmış» və dövlət proq­ramları xətti ilə alınmış gəlirlər, əhalinin gəlirləri sahəsində bə­rabərsizliyi və deməli, əhalinin rifah halındanı fərqlərin ya­ranması şərtlərini saxlayır. Gəlirlərin bölgüsündə bu bərabərsiz­liyi yaradan amillər aşağıdakılardan ibarətdir:

adamların şəxsi qabiliyyətindəni fərqlər, ayrı-ayrı insanların xü­susi istedada malik olması daha yüksək gəlir əldə etməyə imkan verir;

təhsilin səviyyəsi və işçilərin peşə hazırlığı daha yüksək gəlir qazanmağa şərait yaradır;

mülkiyyətə sahib olmaq, vərəsəlin hüququ gəlirlər arasında olan fərqləri artırır;

peşəkarlıq zövqü və riski, daha intensiv işləmən və risk etmək əldə edilən gəlirləri artırır;

bazarlarda hökmran mövqe tutmaq, süni şənildə qiymətləri qal­dırmaq gəlirlər arasında olan fərqlərə təsir edir;

psixoloji amillər, uğur qazanmaq, əlaqələr, bədbəxt hadisələr gəlirlər arasındakı bərabərsizliyə təsir göstərir.

Gəlirlərin bərabərsizliyi problemi daima iqtisadçıların diqqət mərkəzindədir. Onun öz tərəfdarları və əleyhinə olanlar var. Gə­lirlərin bərabərləşməsinin tərəfdarları belə bir dəlilə istinad edə­rən göstərirlər ni, gəlirlərin bərabərliyi istehlançıların tələblərinin mansimum ödənilməsinin zəruri şərtidir. Gəlirlərin bərabərləş­məsinin əleyhinə olanlar qeyd edirlər ki, gəlirlərdəni bərabərlin əmək fəaliyyətinin stimullaşdırılmasının, investisiyaların geniş­ləndirilməsinin qarşısını alaraq istehsalın səmərəliliyini aşağı salır.

Gəlirlərin səviyyəsi toplanmış sərvətin həcmi ilə sıx əlaqəlidir. Gəlirlər və toplanmış sərvət arasında düz (gəlirlərin səviyyəsi sərvətin ölçüsünü müəyyən edir) və tərs (sərvət çox olduqca on­dan əldə edilən gəlirlər də çox olur) asılılıq vardır. Heç bir iqti­sadi sistemdə gəlirlərin və sərvətin bərabərsizliyini ləğv etmək mümkün olmamışdır. Hətta keçmiş SSRİ-nin inzibati-amirlik sis­temi şəraitində də dövlət tam bərabərlik prinsipindən imtina edərək, gəlirlərin formalaşmasında «hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə» prinsipi tətbiq etməyə məcbur olmuşdu. İn­sanların qabiliyyətləri müxtəlif olduğuna görə onların əməyinə görə verilən qiymət də fərqlidir, bunun üçün onların əməyinə gö­rə verilən haqq da eyni olmur, yəni adamların gəlirləri və sər­vətlərində fərqlər qalır. Gəlirlər və yığılmış sərvətdə bərabərsizlik böyük miqyas alarsa, bu, ölkədə siyasi və iqtisadi sabitliyə təhlükə yarada bilər. Buna görə də demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu bərabərsizliyi azaltmaq üçün daim tədbirlər həyata keçirirlər.

İqtisadi nəzəriyyədə müxtəlif dinələr və əhali qrupları ara­sında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün Lorens əyrisindən istifadə edilir (Maks Lorens - Amerika iqtisadçısı və statistiki, 1876-1959). (Bax: Cədvəl 11).

Üfqi oxda üzərində bütünlündə (ailələrin sayını yüz faiz göt­ürmənlə) 0-dan 100 faizə qədər ailələrin sayının payı müəyyən edilir. Şaquli oxda ailələrin məcmu gəlirdə payı faizlə göstərilir. OABSDE əyrisi ayrı-ayrı ailə qrupları arasında əldə olunmuş gə­lirlərin fantini bölgüsünü göstərir. Əyri nonnret statistin göstə­ricilər əsasında qurulur. Göstərdiyimiz misalda ailələrin 20 faizi ən aşağı gəlirlər əldə edirlər və onların payı 4,6 faiz təşnil edir. Ailələrin 40 faizi -15,2; 60 faizi - 31,7; 80 faizi - 55,4 faiz gəlir əldə edir. Belə bölgü aşağıdanı nəticələri söyləməyə əsas verir. Bütün ailələrin 80 faizi məcmu gəlirlərin yarıdan çoxunu əldə etdiyi halda əhalinin yerdə qalan 20 faizi məcmu gəlirlərin yarı­dan bir qədər az hissəsini əldə edir. Təbiidir ni, bu, gəlirlərin bölgüsündə qeyri-bərabərliyi göstərir. Əgər gəlirlər bərabər bölünsə idi, onda əyri düzlənərdi və OE formasını alardı. Bu xət­tin hər bir nöqtəsi gəlirlərin bərabər bölgüsünə uyğun gələrdi. Yəni əhalinin 20 faizi gəlirlərin - 20; 40 faizi - 40; 60 faizi - 60; 80 faizi gəlirlərin 80 faizini götürərdi. OE xətti gəlirlərin böl­güsündə mütləq bərabərliyi əns etdirir. Lakin adamların qabiliy­yətləri müxtəlif olduğundan, onların gəlirləri də fərqlidir. Bundan əlavə, hər bir adamın mülkiyyətçi olduğu kapitalların həcmi müx­təlifdir, əksəriyyətində isə bu, ümumiyyətlə yoxdur. Bütün bunlar əldə olunan gəlirlərdəni fərqləri əsaslandırır. Məhz bu fərqləri, bölgüdəki bərabərsizliyi Lorens əyrisi müəyyən edir. Lorens əyrisi gəlirlərin mütləq bərabərliyi ilə gəlirlərin mütləq bərabərsizliyi xətləri arasında yerləşir.

Lorens əyrisinin forması gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini müəyyən edir. Əyrinin meylliyi nə qədər çox olarsa, o, mütləq bərabərlik xəttindən daha çox uzaqlaşır, gəlirlərin bölgü­sündə bərabərsizlik daha da artır və ənsinə. Beləliklə, mütləq bərabərsizlik o deməndir ki, əhalinin 20, 40, 60 faizi və s. heç bir gəlir əldə etmir, yalnız sonuncu adam 100 faiz bütün gəlirləri mə­nimsəyir. Göstərdiyimiz cədvəldə OFE xətti nəsirlərin bölgüsündə mütləq bərabərsizliyi müəyyən edir.

Lorens əyrisi müxtəlif əhali qruplarının pul gəlirlərinin miq­darını xaranterizə etmənlə, adamların rifah halının dəyişməsini, onların alıcılıq qabiliyyətini, başqa sözlə desən, tələbi proqnoz­laşdırmağa imkan verir.

Lakin Lorens əyrisi və onun xüsusiyyətlərini öyrənərkən onun qurulmasının xüsusiyyətlərini yaddan çıxarmaq olmaz. Bir qayda olaraq, əyri əhalinin yalnız ictimai təsərrüfatlardan əldə etdiyi pul gəlirlərini göstərir, bu zaman natural gəlirlər və transfert ödəmələr nəzərə alınmır. Demək olar ki, bütün ölkələrdə mütərəq­qi vergi sistemi tətbiq edilir, gəlirlərin səviyyəsi artdıqca ödəni­lən vergilərin də miqdarı artır. Bununla da vergi sistemi vasitəsi ilə gəlirlərin bölgüsündəki bərabərsizlik nisbətən yumşaldılır. Bu­na transfert ödəmələr də təsir göstərir.

Əgər OE mütləq bərabərlik xətti ilə Lorens əyrisi arasındakı sahəni (qrafində ştrixlənmiş sahə) T hərfi ilə işarə edib, onu OEF üçbucağının sahəsinə nisbətən müəyyənləşdirsən, gəlirlərin böl­güsündəki bərabərsizliyin dərəcəsini əks etdirən göstəricini ala­rıq. İqtisadi nəzəriyyədə bu göstərici İtaliya iqtisadçısı və statistiki Korrado Cininin adı ilə bağlı Cini əmsalı adlanır (Korrado Cini - İtaliya iqtisadçısı və statistiki, 1884-1945).

T


G =

OEF


Burada G - gəlirlərin bərabəsizlik dərəcəsini ölçən göstəricidir.

Aydındır ki, Lorens əyrisi nə qədər çox OE tənbölənindən uza­qlaşarsa, bir o qədər T fiqurunun sahəsi böyüyəcək və deməli, Ci­ni əmsalı da 1-ə yaxınlaşacaq. Sivil bazar iqtisadiyyatı gəlirlərin yenidən bölgüsünü təmin etməklə belə fövqəladə hallara yol ver­mir. Bazar iqtisadiyyatının innişaf etmiş ölkələrində bu əmsalı müqayisə etmək maraqlı olardı. 80-ci illərin əvvəllərində bu əm­sal Yaponiyada 0,270, İsveçdə 0,291, AFR-də 0,295, ABŞ-da 0,329, Rusiyada 0,381 (1995-ci ildə), Braziliyada 0,565 olmuş­dur.

Müxtəlif ölkələr üçün bu əmsalın təhlili göstərir ki, gəlirlərin bölgüsündəki bərabərsizlik həm inkişaf etmiş ölkərdə, həm də bazar iqtisadiyyatına keçid ölkələrində mövcuddur.

Beləliklə, Cini əmsalı nə qədər böyük olarsa Lorens əyrisi bir o qədər OF və EF xətlərinə yaxınlaşır, yəni gəlirlərin bölgüsündə bə­rabərsizlik güclənir. Göründüyü kimi Cini əmsalının qiyməti 0 ilə 1 arasında dəyişə bilər. Əmsalın 0 qiyməti gəlirlərin bölgü­sündə mütləq bərabərliyi göstərir. Əmsalın gəlirləri 1-ə yaxınlaş­dıqda, cüzi gəlirləri olan mütləq əksəriyyətlə, çox böyük gəlirləri olan əhali azlığı arasında dərin uçurum əmələ gəlir. İqtisadiy­yatın tənzimlənməsi sahəsində dövlətin rolunun əhəmiyyətli dərə­cədə artdığı indiki şəraitdə, qarışıq iqtisadi sistem ölkələrində belə gərgin vəziyyətin olması ehtimalı azdır. Buna görə də real hə­yatda Cini əmsalı heç vaxt belə gəlir həddinə çatmır, əks halda bu cəmiyyətin məhvi demək olardı. Bununla belə, bu əmsalın bütün dövrlər üçün optimal həcmini göstərmək çətin ki, mümnün olsun.

Yoxsulluq, mövcud ölkədə elmi cəhətdən əsaslandırılmış normalar üzrə minimum yaşayış vasitələri olmayan cəmiyyətin müəyyən hissəsinin iqtisadi vəziyyətidir. Əhalinin bir hissəsinin yoxsul olması hər hansı bir cəmiyyətin fəaliyyətinin daimi amilidir, lakin o konkret ailə üçün daimi olmamalıdır və ola da bilməz. Buna görə də dövlətin əsas sosial vəzifəsi - cəmiyyətdə yoxsulluğun həddini azaltmaq və hər bir ailədə onun aradan qaldırılması üçün şə­rait yaratmaqdır.

Yoxsulların sayı yoxsulluq həddinin müəyyənləşdirilməsindən asılı olaraq dəyişir. Dünya təcrübəsində yoxsulluq həddinin müəyyən edilməsinin 2 metodu mövcuddur: mütləq və nisbi yox­sulluq həddi.

Mütləq yoxsulluq həddi, insanların qida məhsullarına, geyimə və mənzilə olan fizioloji tələbatları əsasında, yəni onların əsas tələbatlarının ödənilməsi üçün kifayət edən əmtəələr səbətinin dəyəri əsasında müəyyən olunan minimum həyat səviyyəsidir. MDB ölkələri üçün bu yaşayış minimumudur.

Nisbi yoxsulluq həddi konsepsiyasına görə, o insanlar yoxsul hesab edilir ki, onların gəlirləri mövcud cəmiyyətdə qəbul olun­muş və üstünlük təşkil edən istehlak standartları səviyyəsində ya­şamağa imkan vermir. Bir halda ki, əhalinin rifah halı sahəsində fərqlər bütün cəmiyyətlərə məxsusdur, onda bu konsepsiyaya uyğun yoxsulluq həmişə mövcud olacaqdır.

Ayrılıqda götürdükdə göstərilən metodların hər birində nöqsan­lar vardır, bu da yoxsulluğu ölçmək üçün onlardan istifadə olunmasında müəyyən çətinliklər yaradır. Buna görə də dünya təcrübəsində hər iki metodun kombinasiyasından istifadə edilir. Belə ki, Avropa İttifaqı dövlətlərində yoxsulluğun iki həddi müəyyənləşdirilir: yaşlı əhalinin orta gəlirləri səviyyəsinin 40 faizi və 60 faizi. Beynəlxalq əmək təşkilatının metodikasına görə, yoxsullara, gəlirləri orta hesabla ölkə üzrə gəlirlərin 1/2-dən 2/3-nə qədərini təşkil edən əhali qrupları aid edilir.

Qiymətlərin artması ilə əlaqədar dövlət vaxtaşırı yoxsulluq həd­dini müəyyən edir. ABŞ-da dövlət gəlirlərin səviyyəsinin «yoxsul­luq» həddini aşağıdakı kimi müəyyənləşdirmişdir. Dörd nəfərdən ibarət ailə üçün fizioloji yaşayışı təmin etməkdən ötrü zəruri olan qida məhsullarının dəyərinin minimumu hesablanır, sonra bu məbləğ üçə vurulur. Çünki yoxsul ailələrin zəruri xərclərinin 1/3 hissəsini qida məhsullarının dəyəri, qalan 2/3 hissəsini isə mənzil, tibbi xidmət, geyim, nəqliyyat və başqa xərclər təşKİl edir. Yaşayış dəyərinin yüksək səviyyəsini nəzərə almaqla ABŞ -da «yoxsulluq həddi» dörd nəfərdən ibarət ailə üçün 1975-ci ildə 5500 dollar, 1980-cı ildə 8414 dollar, 1987-ci ildə 11600 dollar ol­muşdur.

Bazar iqtisadiyyatına keçid dövründə respublikamızda əhalinin ayrı-ayrı qruplarının gəlirləri və deməli, həyat səviyyələrindəki fərqlər hələlik getdikcə artır. Əhalinin əksəriyyəti yoxsulluq səviyyəsində yaşayır. Əhalinin yoxsulluq səviyyəsinin gös­təricilərindən biri gəlirlərin ərzaq və qeyri-ərzaq xərclərinə bölgüsüdür. Normal orta həyat səviyyəsində gəlirlərin 15-18 faizi­nin ərzağa, yerdə qalanının isə qeyri-ərzaq və xidmət xərclərinə bölgüsü hesab olunur. Əgər gəlirlərin ümumi xərclərinin 50 fai­zindən çoxu ərzaq məhsullarına sərf olunursa, beynəlxalq metodikaya görə bu, ölnədə yoxsulluq həddinin yüksək olduğunu göstərir. Azərbaycan Respublikasında əhalinin istehlak xərclərinin tərkibinin təhlili göstərir ki, ümumi məsrəflərin daxilində ərzaq məhsullarının payı 1985-ci ildə 49,6 faizə qədərdən 1997-ci ildə 77,6 faizə qədər artmışdır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə əhali gəlirlərinin yalnız 18 faizi sərf edilir. Bütün bunlar Azərbaycanda əhalinin əksəriyyətinin hələlin yoxsulluq həddindən aşağı sə­viyyədə yaşadığını göstərir.



Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin