MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə57/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   53   54   55   56   57   58   59   60   ...   68
iqtisadiyyat az

2. Dövlət büdcəsi və onun strukturu.
Respublikanın dövlət maliyyəsi özündə dövlət büdcəsi, büdcədənkənar fondlar və dövlət kreditini birləşdirir. Dövlət maliyyəsi müəssisə, təşkilat və onların yuxarı orqanlarında pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır.

Respublikada bazar iqtisadiyyatına keçid şəraitində dövlət maliyyəsinin tərkib hissəsi olan büdcədənkənar fondların yaradılması və inkişafı üçün geniş imkan yaradılmışdır. Büdcədənkənar fondlara aiddir: ictimai sığorta fondu, pensiya fondu, yol fondu, məşğulluq fondu, milli ləl-cəvahirat fondu və s.

Dövlət maliyyəsinin mühüm tərkib hissəsi olan dövlət krediti, pul vəsaitlərinin kredit metodu ilə bölüşdürülməsi və yenidən bölüşdürülməsi ölkə iqtisadiyyatının ahəngdar inkişafı və vəsaitlərdən daha səmərəli istifadə edilməsi ilə əlaqədardır. Kredit vəsaitlərin birbaşa yönəldilməsi metodu kimi çıxış edir. Dövlət krediti zamanı borc verən və ya kreditor rolunda dövlətin istiqrazlarından, qısa müddətli xəzinə öhdəliklərindən, əhalinin əmanət kassalar və banklar vasitəsiə dövlətin qiymətli kağızlarının alınması üçün xərclənən əmanətlərdən və s. ibarətdir.

Dövlət maliyyə sistemində dövlət büdcəsi aparıcı yer tutur. Dövlət büdcəsi ölkənin iqtisadi və sosial proqramlarının həyata keçirilməsi və ümumxalq ehtiyatlarının ödənilməsini təmin etmək məqsədi ilə dövlətin mərkəzləşdirilmiş pul resursları fondunun yaranması və bölgüsünün əsas formasıdır.

“Büdcə sistemi haqqında” (1992-ci il) qəbul edilmiş Azərbaycan Respublikasının qanunu dövlət büdcəsinin tənzim edilməsində mühüm rol oynayır. Büdcə sistemi haqqında Azərbaycan Respublikası qanununun birinci maddəsində deyilir: “Büdcə dövlət funsiyalarının həyata keçirilməsini təmin etmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılmasının və ondan istifadə edilməsinin formasıdır”.

Azərbaycan Respublikasının büdcəsi barədə tam təsəvvürə malik olmaq üçün 1913-cü il üçün qəbul edilmiş Dövlət büdcəsinə nəzər salaq. Bu il üçün Dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon manat, xərcləri 19 milyard 850 milyon manat təsdiq edilmişdir.


Dövlət büdcəsi və onun strukturu. ________________________________________________________________________________

Gəlirlər və

_ xərclər______________________________________________________________________
Gəlirlər – cəmi

O cümlədən:

fıziki

şəxslərin gəlir

vergisi hüquqi

şəxslərin

mənfəət

(gəlir) vergisi

torpaq vergisi

əmlak vergisi

dövriyyədən

vergi


əlavə dəyər

vergisi

aksizlər

mədən vergisi

xarici iqtisadi

fəaliyyətlə

bağlı vergilər

digər vergilər

sair

daxilolmalar


Xərclər-cəmi

o cümlədən:


iqtisadiyyata

sosial-mədəni

tədbirlərə

o cümlədən:

təhsil

mədəniyyət

və kütləvi

informasiya

vasitələri və
digər

kateqoriyalar

səhiyyə

bədən


tərbiyəsi

sosial


mübadilə

fonduna

sosial təminat

fonduna

elmə

_______________________________________________________________________


Dövlətin öz funksiyalarını – ölkənin müdafiəsi, idarəetmə, əhalinin sosial müdafiəsi və s. yerinə yetirməsi üçün külli miqdarda pul vəsaiti tələb olunur. Buna görə də büdcə quruculuğu dövlətin daimi diqqət mərkəzindədir. Bunu Azərbaycan Respublikasının Dövlət büdcəsinin yuxarıda göstərdiyimiz mədaxil və məxaric hissəsindən daha aydın görmək olar. Dövlət büdcəsində ölkənin milli gəlirinin xeyli hissəsi cəmlənir və mərkəzləşdirilmiş qaydada, dövlət iqtisadi və sosial proqramlara müvafiq olaraq cəmiyyətin tələbatına yönəldilir. Dövlət büdcəsi vasitəsi ilə ölkə iqtisadiyyatının maliyyələşdirilməsi, sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi, elmin maliyyələşdirilməsi, investisiyaların maliyyələşdirilməsi, xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi, dövlət hakimiyyət və idarəetmə orqanlarının, ölkə müdafiəsi xərclərinin maliyyələşdirilməsi həyata keçirilir. Bundan əlavə büdcə vəsaitindən sığorta üzrə maddi yardım göstərilməsinə, ictimai təminat pensiyalarının verilməsinə, pulsuz təhsilə, pulsuz tibb yardımın göstərilməsinə, tələbələrə təqaüd verilməsinə sərf edilir. Dövlət mənzil, məktəb, xəstəxana, sanatoriya tikintisinə özünün büdcəsinin iqtisadi imkanından asılı olaraq vəsait ayırır.

Respublikada büdcənin tərkibi və yerinə yetirilməsi prosesində maddi dəyərlilərin və pul vəsaitinin səmərəli istifadəsi, istehsalın səmərəli təşkili məqsədilə bütün müəssisə, firma, şirkət, birlik, təşkilat və idarələrin maliyyə proqramları yoxlanılır ki, hər bi müəssisə, firma, şirkət, təşkilat maddi və əmək resursları üzrə məsrəfləri azaltmaqla daha yaxşı nəticələrə nail olsunlar.

Dövlət inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində büdcəni tərtib və icra edərkən müəssisələrin, firmaların, şirkət və birliklərin işinə qarışmır. Keçid dövrü şəraitində isə dövlət bu məsələlərdən kənarda qala bilməz.

Dövlət büdcəsi iqtisadi və sosial inkişaf proqramı ilə möhkəm bağlıdır. Büdcənin icrası bu proqramın yerinə yetirilməsindən asılıdır, çünki müəssisə, firma, şirkət, birlik və təşkilatların büdcəyə ödədiyi tədiyələr büdcə mədaxilinin əsas hissəsini təşkil edir. Onun yerinə yetirilməsi eyni zamanda nəzərdə tutulmuş tədbirlərin büdcədən nə dərəcədə maliyyələşdirilməsindən də asılıdr.

Mülkiyyət formaları nəzərə alınmaqla büdcənin gəlirləri dövlət müəssisələri və təşkilatlardan gələn gəlirlər, fermer təsərrüfatlarından, kolxoz və kooperativ təşkilatlardan gələn gəlirlər, səhmdar cəmiyyətlərindən gələn gəlirlər və əhalidən gələn gəlirlərdən ibarətdir.

Dövlət büdcəsi gəlirlərinin əsas mənbəyi vergilərdir.

Respublika dövlət büdcəsinə daxil olan vəsaitlər əlavə dəyər vergisi, mənfəət vergisi, aksizlər, lisenziya alınması şəklində ödənilən vergi, gömrük vergisi, torpaq vergisi, royalti və s. vergi formasında daxil olur. Büdcə nəticələrinin 95 faizə qədərini vergilər təşkil edir və bilavasitə vergilər vasitəsilə formalaşır.

Bazar iqtisadiyyatı şəraitində dövlət iqtisadiyyata əsasən vergilər vasitəsi ilə tənzimləyici təsir göstərir. Müxtəlif gəlirlər üçün müəyyən edilmiş vergilərin səviyyəsini dəyişməklə, vergi güzəştləri etməklə, vergi almalı olan minimum səviyyəsini aşağı salmaqla dövlət iqtisadi inkişafa təsir etmək və inkişaf sürətini təmin etməyə şalışır.

Büdcənin gəlir mənbələrindən biri istiqrazların buraxılması və kağız pul emissiyasıdır.

Dinc quruculuq illərində dövlət bütün neqativ halların və çatışmamazlıqların qarşısını almaq üçün inflyasiya qarşı mübarizə aparmalı olur. O, inzibati və bazar metodlarının köməkliyi ilə əmək haqqının tənzim edilməsi, dövriyyəyə artıq pul buraxılmasının qarşısını alır, kreditlərin məhdudlaşdırılması, hərbi xərclərin azaldılması yolu ilə maliyyə-pul sisteminin sağlamlaşdırılmağa çalışır.

Azərbaycan respublikasının dövlət büdəsinin xərcləri isə aşağıdakı məqsədlər üçün yönəldilir: ölkə iqtisadiyyatının maliyyələşdirilməsi, sosial-mədəni tədbirlərin, elmin maliyyələşdirlməsi, dövlət investisiyaların maliyyələşdirilməsi, müdafiə xərcləri, qaçqın və köşkünlər, şəhid ailələrinə verilən birdəfəlik yardım, icra hakimiyyəti, mərkəzi və dövlət idarəetmə orqanları, səfirlik və konsulluqların saxlanması, məhkəmə və hüquq-mühafizə orqanlarının saxlanması, xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi dövlətin daxili və xarici borclarının maliyyələşdirilməsi, respublika Nazirlər Kabinetinin ehtiyac fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən subsidiyalar və s.

Azərbaycan respublikasının dövlət büdcəsi bir il müddətinə tərtib edilir və Azərbaycan respublikası Milli Məclisi tərəfidnən təsdiq edilir.

Azərbaycan respublikasının dövlət büdcəsi respublika və yerli büdcələrdən ibarətdir. Respublika büdcəsinin vəsaiti hesabına respublika tabeliyində olan ölkə iqtisadiyyatının müxtəlif sahələrinin müəssisə, təşkilat və idarələri maliyyələşdirilir.

Yerli büdcələr, müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir və təsərrüfatın, maaairifn, səhiyyənin, mədəniyyətin inkişafında, yerli hakimiyyət orqanları finksiyalarının həyata keçirilməsində mühüm rol oynayır.

Respublikada mövcud iqtisadi vəziyyət və cəlb edildiyimiz müharibə dövlət büdcəsində kəsr yaranmasına səbəb olmuşdur.

Büdcə kəsri dedikdə onun xərclərinin gəlirlərindən çox olması başa düşülür. 1997-ci il üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinin kəsrinin 684,3 milyard manat olması nəzərdə tutulur. Büdcə kəsri xarici maliyyələşdirmə və daxili gəlirlər hesabına örtülməlidir. Büdcə kəsrini aradan qaldırmaq üçün dövlət bir sıra tədbirlər həyata keçirir. Gəlirləri artırmaq və xərcləri azaltmaq, daxili borcların artırılması və qiymətli kağızların buraxılması, xarici borcalrın artırılması yolu ilə büdcə kəsrini ləğv etmək olar.

Dünya təcrübəsi göstərir ki, büdcə kəsrini aradan qaldırmağın əsas yollarından biri düzgün vergi siyasətinin həyata keçirilməsidir.



Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin