MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


İnsan resursları və insan potensialı



Yüklə 362,16 Kb.
səhifə51/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
iqtisadiyyat az

3. İnsan resursları və insan potensialı.

İnsan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin (ölkənin) malik olduğu fiziki və intellektual imkanlarının məcmusunu təşkil edir. Onun tərkibində ən mühüm və aparıcı yeri fiziki və zehni cəhətdən inkişaf etmiş əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli əhali tutur. Bu isə o deməkdir ki, konkret sosial-iqtisadi tarixi inkişaf mərhələsində, hansı ölkədə ictimai istehsal prosesinin əsasını və subyektini təşkil edən əhalinin fiziki və zehni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa, həmin ölkə daha çox məhsuldar insan resurslarına malikdir. İnsanlar və onların istedadı ölkənin ən qiymətli resursdur. Buna görə də hər bir ölkədə və regionda həmin resursların idarə edilməsi və onlardan səmərəli istifadə olunması strateji vəzifəyə çevrilmişdir. İnsan resurslarının xüsusiyyəti ondan ibarətdir ki, əvvəla, insanlar nə qədər çox peşə fəaliyyətinə qoşulurlarsa, onlar bir o qədər çox həyat və peşə təcrübəsi qazanır, bir o qədər az vaxt ərzində peşə vəziyyətini daha keyfiyyətlə yerinə yetirir, ölkə, müəssisə, təşkilat və sair üçün daha çox dəyərlər yaradırlar; ikincisi, insanlar sosial idarəetmənin ən mürəkkəb obyektidir; üçüncüsü, insanların peşəkar olması üçün fəaliyyət növlərinin peşəkarlaşması çoxlu kapital tutumluluğu tələb edir; dördüncüsü, peşəkarların fəaliyyətinin səmərəliliyinin yüksəkliyi onların imkanlarının düzgün idarə edilməsi sisteminin yaradılması ilə əldə edilir.

İnsan potensialının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar rəqabət obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanaşı, səmərəli yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. Vətənimizin və xarici ölkələrin müəssisələrinin təcrübəsinin ümumiləşdirilməsi insan potensialının idarə edilməsinin qlobal məqsədinin formalaşdırılmasına, yəni ölkənin (müəssisənin, idarə və təşkilatların və s.) malik olduğu əmək potensialının daha səmərəli formalaşması, inkişafı və reallaşmasına imkan verir. Bu isə o deməkdir ki, ölkənin (müəssisənin, idarənin, təşkilatın və s.) hər bir əmək qabiliyyətli adamın iş fəaliyyəti yaxşılaşacaq, öz əmək potensialını inkişaf etdirmək və ondan optimal qaydada istifadə etmək imkanı artacaq, bu isə, öz növbəsində bütünlükdə ölkənin (müəssisənin, idarə və təşkilatın) malik olduğu iş qüvvəsinin fiziki və intellektual imkandan daha səmərəli istifadə olunmasına müsbət təsir göstərəcəkdir.

İnsan resurslarının idarə edilməsi təşkilatçılıq mühitinin bütün aspektlərini əhatə edir və özünə inteqrasiya edilməsi baxımından yanaşılmasını tələb edir. Çünki klassik iqtisadi nəzəriyyənin bəzi nümayəndələrinin düşündüyü kimi, dünyada qlobal rəqabətin yüksəlməsinin milli rəqabət qabiliyyətinin ən mühüm amillərini torpaq, kapital və təbii resurslar deyil, yüksək ixtisaslı və motivləşdirilmiş insan resursları təşkil edir. Ölkənin (müəssisələrin, təşkilatların, idarələrin və s.) iqtisadi və başqa imkanları həmin resursların keyfiyyətindən və xarakterindən asılıdır.

İnsan resurslarının idarə edilməsi idarəetmə təcrübəsini biznes strategiyası ilə əlaqələndirir. Buna görə də o, innovasiya xarakteri daşıyır və son məqsəd kimi ölkənin (müəssisənin, təşkilatın, kompaniyanın) iqtisadi nəticələrinin yüksəldilməsi və əhalinin tələbatının ödənilməsi vəzifəsini qarşıya qoyur. Buna görə də hər hansı bir idarəetmə məsələsi həll edilərkən insan aspekti, yəni adamların imkanı və kadrlara təsir nəzərə alınmalıdır.

İnsan resurslarının idarə edilməsi iqtisadi və təşkilatı nəzəriyyələrdən çıxan iki qarşılıqlı yanaşmaya əsaslanır. Birinci yanaşma özünü iqtisadi artımın tədqiqatlarının və mənfəətin insan amilinə (əmək haqqı, təhsil, fəhlə və qulluqçuların tərbiyəsi) kapital qoyuluşundan asılılığında özünü əks etdirir. Bu və ya digər müəssisə, firma və kompaniyanın öz əməkdaşlarının öyrənilməsində vəsait qoymağa cəhd göstərməsi onunla şərtlənir ki, xalis iqtisadi nəticə, başqa sözlə desək, daha yüksək əmək məhsuldarlığı onların oxumasına sərf edilən xərcləri üstələyir, müəssisənin hesabına öyrədilən, hazırlanan adamlar isə ondan kənarda iş axtarmalı olmurlar. Bu yanaşma qaydasında həyata keçirilən idarəetmə strategiyası həmin adamların işlədikləri müəssisə və təşkilatlarda nüfuzlu vəzifə tutmasına zəmin yaradır və onların intellektual inkişaf səviyyəsinin yüksəlməsinə köməklik göstərir. İkinci yanaşma üsulu isə daxili əmək bazarına təsir edən amillərlə bağlıdır. Bu yanaşma formasında həyata keçirilən idarəetmədə - müəssisələrdə kadrların seçilməsi, öyrədilməsi və yerləşdirilməsi funksiyaları onların özləri tərəfindən həyata keçirilir.

Bütün bu yuxarıda deyilənləri yekunlaşdırsaq, müasir mərhələdə insan resurslarının idarə edilməsinin əsas cəhətlərinin aşağıdakılardan ibarət olduğunu söyləməyə əsas verir:

Müəssisə, təşkilat, firma, kompaniya və sairəyə yüksək səviyyədə rəhbərliyin idarəetmə ilə bağlı həll etdiyi bütün məsələlər həmin müəssisə və təşkilatlarla onların işçiləri arasındakı münasibətləri əhatə edir;

İnsan resurslarının müəssisə, təşkilat, idarə və kompaniyaların strategiya və təşkilat quruluşunun işlənməsinə cəlb edilməsi;

Müəssisə, təşkilat, idarə və kompaniyalarda idarəetmə vəzifələri onların vahid fəaliyyət proqramı əsasında sistemli və kompleks halında həll edilməsi və s.

Hazırda ölkədə mövcud olan insan resurslarının idarə edilməsi sahəsində qarşıda duran ən mühüm və strateji vəzifə isə bu resurslardan bütünlükdə cəmiyyətin və onun hər bir üzvünün mənafeyi baxımından daha düzgün və səmərəli istifadə etməkdən ibarətdir. Çünki, əvvəllərdə qeyd etdiyimi kimi, kadr potensialının inkişafı və insan resurslarından səmərəli istifadə edilməsi dövlətin fəal sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Burada məqsəd əhalinin peşə - ixtisas səviyyəsinin yüksəldilməsi, əməyin motivləşdirilməsinin gücləndirilməsi, milli iqtisadiyyatın kadr (peşə) potensialının quruluşu və keyfiyyətinə dövlətin təsirinin artırılması, peşə kadrlarının beynəlxalq standartlarda sertifikasiya edilməsi, insan resurslarının ümumi və regionla kompleks proqramlarının işlənməsi və həyata keçirilməsi, peşə yönümünün səmərəli sisteminin yaradılması, məşğul və qeyri-məşğul əhalinin hazırlanması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsi yolu ilə həmin resurslardan daha dolğun və səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir. Bu, insanın bir vətəndaş və peşəkar kimi inkişaf etdirilməsinin anlamlı şəkildə idarə edilməsi və özünü idarə etməsini nəzərdə tutur və insanlarla münasibətdə ictimai şüurla tamamilə yeni konsepsiyanın, insan resurslarının idarə edilməsi konsepsiyasının formalaşdığını göstərir.

İnsan resurslarının idarə edilməsinin nəticəsi, bir tərəfdən, bütün peşə sahiblərini – sənətkardan və sahibkardan tutmuş muzdlu işçilərə və dövlət qulluqçularına – məmurlaradək hamının bazarın təbəblərinə uyğun gələn yaxşı hazırlanmış kadr kontingentinin yaradılmasından, digər tərəfdən isə həmin kadrlar üçün məhsuldar məşğulluq yerlərinin açılmasından ibarət olmalıdır.

Sosial siyasətin konkret tərəflərinin həlli üç məsələyə - həyat şəraiti və ayrı-ayrı fərqlərin və sosial prupların fəaliyyətinə; müxtəlif fəaliyyət dairələrində şəxslər arasındakı münasibətlərə və subyektlərin özlərinin formalaşması prosesinin inkişafına təsir etməyə gətirib çıxarır. Bu üçlük öz spesifik xüsusiyyətlərini müxtəlif fəaliyyət dairələrində insanların təhsil, əmək və istirahət, məşğulluq və asudə vaxtlarında və s. biruzə verməklə təzahür etdirir.

İctimai istehsal prosesinin mühüm ünsürü olan adamlar vətəndaş və peşəkar olaraq təhsil və məşğulluq sistemində, xüsusilə də təhsildən əməyə və əksinə keçmək prosesləri və mexanizmlərinə insan resurslarının idarə edişinə çevrilirlər. Həmin vəzifələrin həll edilməsi insan resurslarının idarə edilməsinin sosial mexanizmlərinin olmasını tələb edir. Bu mexanizmlərin işlənməsi bir-birinə yaxınlaşmaqda olan insan haqqında kompleks elmlərin fəal dayağına, daha doğrusu, bir tərəfdən, iqtisad elminin və tətbiqi sosiologiyanın, digər tərəfdən isə sosial psixologiya və əməyin psixologiyası, şəxsiyyətin psixologiyası və fiziologiyası da daxil olmaqla, nəzəri və tətbiqi psixologiya və başqa elmlərin köməkliyinə əsaslanır.

İqtisadiyyatın kadr potensialının formalaşması və ondan səmərəli istifadə edilməsinə dövlət mexanizminin təsirinə gəldikdə isə bu, kompleks xarakter daşıyıb idarətemənin bütün səviyyələrini əhatə edir. Bu mənada insan resurslarının idarə edilməsi həqiqətən də təkcə bu və ya digər idarə və təşkilatlardakı peşə sahiblərinin “fəaliyyətini” deyil, həm də hər bir ərazidə və iqtisadi fəaliyyət sahəsində insanların həyatı ilə bağlı sosial proseslərin idarə edilməsinə çevrilir.

Postsovet ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da yenidənqurma problemlərinin əksəriyyəti bu və ya digər dərəcədə sosial proseslərin dövlət tərəfindən və ictimai qaydada nizamlanmanın səmərəliliyini yüksəldən qeyri-inzibati mexanizmlərin axtarılması ilə bağlı olmuşdur. İndi artıq aydın olur ki, islahatların inkişafı prosesində meydana çıxan çətinliklər – insanların həyat şəraiti, insan münasibətləri, xüsusilə də insanların özlərinin bir vətəndaş və peşə sahibləri kimi inkişafındakı radikal dəyişikliklər fonunda və nəticəsində mövcuddur. Tədricən insanların həyat və fəaliyyətinin təşkilinin keyfiyyətcə yeni prinsipləri formalaşır, sosial iyerarxiyalar, əxlaq normaları və dəyərləri dəyişir, təkcə dövlət və ölkənin deyil, həm də potensialı təşkil edir. Bununla əlaqədar olaraq, ölkəmizin malik olduğu insan resurslarının – ümumi potensialının da dəyişilməsi dinamikası (fərdi və kollektiv) vəziyyətinin öyrənilib qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu işdə ölkənin dövlət və qeyri-dövlət bölmələrində məşğul olanların, iqtisadi fəal əhalinin, rəsmi iqtisadiyyatda məşğul olanların, o cümlədən sənayedə işləyənlərin sayı, peşə miqrantlarının və işsizlərin sayı, ali, orta və ümumi təhsil məktəblərini qurtaranların işə düzəlməsi vəziyyəti, ixtisası üzrə işləmək istəyənlərin və peşə düzəlməsi vəziyyəti, ixtisası üzrə işləmək istəyənlərin və peşə təhsilini artırmaq arzusunda olanların sayı və sairə bağlı məlumatları təhlil edib öyrənmək və qiymətləndirmək kimi məsələlər əsas yer tutur.

Bütün bunlar bazar iqtisadiyyatının tələblərinə müvafiq olan insan resurslarının idarə edilməsi və onlardan səmərəli istifadə olunmasına dair dövlət səviyyəsində müəyyən tədbirlər sistemi və proqramlarının işlənib hazırlanması və həyata keçirilməsini tələb edir. İnsan resurslarının idarə edilməsi proqramının səmərəlilik meyarı isə aşağıdakılardan ibarətdir:

- milli iqtisadiyyatın kadr potensialının müvəffəqiyyətlə formalaşmasının qiymətləndirilməsi;

- heyətin və ayrı-ayrı işçilərin keyfiyyətinin (peşə səriştəliyinin) qiymətləndirilməsi;

- insan resurslarının idarə edilməsi sahəsində hazırlanan hər bir proqram və layihələr isə ilk növbədə aşağıdakı işlərin görülməsini nəzərdə tutur;

- bütünlükdə ölkə, onun regionları, iqtisadiyyat sahələri, məşğulluq formaları və fəaliyyət növləri üzrə sosial əmək dairəsindəki vəziyyətin təhlil edilməsi;

Azərbaycanın peşə və təhsil bazarının quruluşunun, o cümlədən ölkəmizdə onlardan istifadə etmək üçün xarici təcrübənin öyrənilib ümumiləşdirilməsinin elmi surətdə araşdırılması.

İnsan resurslarının idarə edilməsi sahəsində yeni fəal dövlət siyasətinin həyata keçirilməsində məqsəd, hər şeydən əvvəl, firma və müəssisə daxilində kadrların hazırlanması və öyrədilməsi vasitəsilə iş qüvvəsinin milli və beynəlxalq əmək bazarlarında rəqabət qabiliyyətliyini yüksəltməkdən; dövlət peşə standartlarının işlənməsi və işçilərin sertifikatlaşdırılması mexanizmini yaratmaq vasitəsilə ixtisaslı işçilərin profilini və işverənlərin iş qüvvəsinin istehlakçısı kimi dövlət müdafiəsi sistemini həyata keçirməkdən və işçilərin peşə nüfuzunun yüksəldilməsinə təsir göstərməkdən ibarətdir.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin