Mühazirə mövzusu Plan


təcrübələrin nəticələrinə görə xüsusi elektrik keçiriciliyinin titrantın miqdarından asılılıq qrafikinin qurulması



Yüklə 161,08 Kb.
səhifə4/13
tarix14.12.2023
ölçüsü161,08 Kb.
#178076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
təcrübələrin nəticələrinə görə xüsusi elektrik keçiriciliyinin titrantın miqdarından asılılıq qrafikinin qurulması;

  • ekvivalent nöqtənin təyin edilməsi.

    Əvvəlcə qüvvətli əsasın (NaOH) qüvvətli turşu (HCl) ilə neytrallaşma reaksiyasını nəzərdən keçirək. Titrləmə zamanı əsasın elektrik keçiriciliyi azalacaq, çünki, mütəhərrikliyi çox olan OH- ionları əvəzinə məhlula mütəhərrikliyi az olan xlor ionları daxil olacaq:
    Na+ + OH + H+ Cl =H2O + Na+ + Cl
    Çox durulaşmış NaOH məhlulunun 250C-də elektrik keçiriciliyi Na+ və OH ionlarının mütəhərrikliyinin cəminə bərabərdir. Tam neytrallaşma gedəndə məhlulun elektrik keçiriciliyi azalıb minimal qiymət alır və bu qiymət natrium xlorid məhlulunun elektrik keçiriciliyinə bərabər olur. Ekvivalent nöqtəsindən sonra əlavə olunmuş turşu məhlulda H+ və Cl ionlarının ümumi sayını artırır.
    Xüsusən yüksək mütəhərrikli H+ ionlarının əmələ gəlməsi məhlulun elektrik keçiriciliyinin yenidən yüksəlməsinə səbəb olur. Əgər natrium hidroksidin elektrik keçiriciliyinin məhlula əlavə edilmiş xlorid turşusunun miqdarından asılılıq qrafiki qurulsa, bir nöqtədə kəsişən iki düz xətt alınar. (a)
    Bu kəsişmə nöqtəsi titrləmənin ekvivalent nöqtəsinə uyğun gəlir. Oxşar asılılıq qüvvətli turşunun qüvvətli əsas ilə titrlənməsində də alınır.
    Zəif turşunu qüvvətli əsas ilə titrləyəndə yaxşı dissosiasiya edən duz əmələ gəldiyindən (yəni,ionların sayı artdığından) elektrik keçiriciliyi artır. Ekvivalent nöqtə əmələ gələn duzun elektrik keçiriciliyinə uyğun gəlir ( b).
    Qələvinin artıq miqdarı məhlula əlavə ediləndə sistemin elektrik keçiriciliyi daha kəskin artır.
    Qüvvətli əsas ilə qüvvətli və zəif turşunun qarışığını titrləyəndə a və b şəkillərinin ardıcıl olaraq toplanmasına uyğun gələn qrafik alınır (şəkil c).

    Əyridə olan iki kəsişmə nöqtəsi müvafiq olaraq iki ekvivalent nöqtələrinə: birinci qüvvətli turşunun, ikinci isə zəif turşunun neytrallaşmasına uyğun gəlir.


    Ümumi halda titrləmə əyrisi və onun düz xətləri arasında olan bucaq maddənin dissosiasiya dərəcəsindən və məhlulda olan ionların ekvivalent elektrik keçiriciliyindən asılıdır. Elektrik keçiriciliyi temperaturdan asılı olduğu üçün konduktometrik titrləməni sabit temperaturda aparmaq lazımdır.

    Yüklə 161,08 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   13




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin