Mühazirə mövzusu Plan



Yüklə 161,08 Kb.
səhifə5/13
tarix14.12.2023
ölçüsü161,08 Kb.
#178076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
Elektrod – elektron keçiricisi olub qarşı tərəfdə yerləşən elektrodla bilrikdə aralarındakı mühitə təsir edir. Elektrodlar çox hallarda metaldan və ya qrafitdən düzəldilir. Onlar elektrik cərəyanını ötürmək üçün tətbiq edilirlər.
Həmçinin kimyəvi reaksiyaların aparılmasında da elektrodlardan istifadə edilir. Məsələn, batareyadan sink elketrodundan ayrılan ionlar məhlula keçdikdə cərəyan yaradırlar. Müsbət yüklü elektrod anod, mənfi yüklü isə katod adlanır.

Öz duzu ilə hazırlanan məhlula salınmış metallik lövhəni nəzərdən keçirək. Məsələn, sink sulfat məhluluna salınmış sink lövhə. Sink ionları metaldan məhlula keçdikləri üçün sink lövhə mənfi, məhlul isə müsbət yüklənir. Məhlula keçən ionlar əks yüklü lövhə tərəfindən cəzb olunur və iki faza sərhəddində ikiqat elektrik təbəqəsi yaranır ki, bu da metal məhlul sərhəddində sıçrayışa səbəb olur. Belə potensial sıçrayışa elektrod potensialı deyilir.
Mis – sulfat məhluluna mis lövhə salanda mis ionları məhluldan lövhəyə keçir. Bunun nəticəsində mis lövhə müsbət, məhlul isə mənfi yüklənir. Bu halda da əmələ gələn ikiqat elektrik təbəqəsi potensial sıçrayışa səbəb olur.
Zn – ZnSO4 və CuSO4 sistemlərində yaranan tarazlıq Zn Zn2+ + 2e Cu2+ + 2e Cu tənlikləri ilə ifadə olunur.
Əgər ZnSO4 və CuSO4 məhlullarını bir-birindən məsaməli diafraqma vasitəsilə ayirsaq və metal lövhələri naqillə birləşdirsək, yuxarıda göstərilən tarazlıq pozulacaq və elektron sink lövhədən mis lövhəyə keçəcək. Nəticədə sink lövhə həll olmağa başlayacaq. Mis lövhədə isə metal ayrılmağa başlayacaqdır. Beləliklə sink elektrodu üzərində oksidləşmə, mis elektrodu üzərində reduksiya prosesinin getməsi hesabına elektrik enerjisi yaranır.
Kimyəvi reaksiya nəticəsində elektrik cərəyanı alınan cihaza qalvanik element deyilir. Yuxarıda göstərilən misalda elektrik enerjisi
Zn + Cu2+ Cu + Zn2+
reaksiyası hesabına əmələ gəlir.
Sol elektrodda gedən reaksiya oksidləşmə Zn0 – 2e → Zn2+ Sağ elektrodda gedən reaksiya isə reduksiya reaksiyaları adlanır Cu2+ + 2e→ Cu0.
Qalvanik element dönən şəraitdə işləyən zaman alınan iş maksimal qiymətə malik olur. Qalvanik elementi təşkil edən elektrodların potensial-ları arasında maksimal fərq elektrik hərəkət qüvvəsi (EHQ) adlanır və E ilə işarə olunur.
a şəklində elektrik cərəyanı 0 nöqtəsindən 1 nöqtəsinə yönəlmişdir. Mənbəyə qoşulan zaman kənar qüvvələr müsbət iş görür.

b əksinə qoşulmada isə daxili enerji kənar qüvvələrə qarşı yönəlir, onu dəf edir və mənfi iş görülür.

Elektrod potensialının qiyməti Nernst tənliyi ilə hesablanır.





Yüklə 161,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin