φ – elektrod potensialı
R – universal qaz sabiti
T – mütləq temperatu
z – elektrod prosesində iştirak edən elektronların sayı
F – Faradey ədədi
α – məhluldakı metal ionlarının fəallığı,
φ0- standart elektrod potensialı olub, məhluldakı ionların fəallığı vahidə bərabər olan şəraitdə elektrod potensialına bərabərdir. Verilmiş elektrod üçün bu kəmiyyət sabitdir. Standart temperaturda (250C) yuxarıdakı Nernst tənliyi aşağıdakı şəklə düşür.
Duru məhlullar üçün bu tənlikdəki fəallığı qatılıqla əvəz etmək olar.
YAKOBI-DANİEL QALVANİK ELEMENTİ
Kimyəvi reaksiya nəticəsində elektrik cərəyanı alınan cihaza qalvanik element deyilir. Yakobi-Daniel qalvanik elementi CuSO4 və ZnSO4 məhlullarına salınmış mis və sink elektrodlarından və məsaməli arakəsmə ibarətdir.
1. ZnSO4 və CuSO4 məhlulları;
2. elektrolitik körpü;
3. qalvanometr
EHQ-nin KOMPENSASİYA ÜSULU İLƏ TƏYİNİ.
Elektrik hərəkət qüvvəsinin tarazlıq qiymətini ölçmək üçün əsas şərt prosesin sonsuz yavaş getməsi, yəni elektrokimyəvi elementin çox kiçik cərəyanda işlə-məsidir. Bu şərt kompensasiya üsulunda ödənildiyindən həmin üsulun köməyi ilə EHQ-ni ölçmək olar. Bu məqsədlə laboratoriya praktikasında tədqiq olunan elementin EHQ-ni standart elementin EHQ-si ilə müqayisə edirlər. Kompensasiya üsulunun üstünlüyü ondan ibarətdir ki, nə cərəyan şiddətini, nə də müqaviməti bilməyə ehtiyac yoxdur. Yalnız normal element və elə reoxord lazımdır ki, onun istənilən hissəsinin müqaviməti həmin hissənin uzunluğu ilə düz mütənasib olsun.
AB reoxordunun ucları sabit cərəyan mənbəyinə, məsələn EHQ-i E1 olan C akkumul-yatoruna birləşdirilir. Tədqiq edilən K elementinin EHQ-ni (Ex) tapmaq üçün C akkumul-yatoru və K elementi eyni qütbləri ilə reoxordun sol tərəfinə birləşdirilir. Kontakt nöqtəsinin reoxord üzərində yerini dəyişməklə elə bir D nöqtəsi tapılır ki, bu vəziyyətdə G qalvanometrinin əqrəbi sıfır üzərində dayansın Bu kəmiyyət akkumulyatorun EHQ-nin, yəni E1-in ancaq bir hissəsinə bərabər olub AD/AB nisbətinə bərabərdir.
və ya
İndi isə K elementinin əvəzinə EHQ-i məlum olan (E0) normal element birləşdirilsə, onda reoxordun kontaktı başqa bir D1 nöqtəsində olanda qalvnometrin əqrəbi sıfırda dayanacaq. Bu halda yazmaq olar ki,
Sonuncu iki ifadədən alınır ki,
Beləliklə, normal elementin EHQ-ni (E0) və reoxordun kəsiklərinin uzunluğunu bilməklə istənilən elementin EHQ-ni ölçmək olar.
Dostları ilə paylaş: |