K – qiymətcə xüsusi müqavimətin (ρ) tərs qiyməti olub, xüsusi elektrik keçiriciliyi adlanır.
– elektrodlar arasındakı məsafə,
S – elektrodun səthidir.
Xüsusi elektrik keçiriciliyi K bir-birindən 1sm məsafədə olan və səthi 1sm2 olan iki elektrodun arasında yerləşən mayenin elektrik keçiriciliyinə deyilir.
Məhlulların elektrik keçiriciliyini ölçmək üçün istifadə olunan sadə cihazin sxemi şəkildə göstərilmişdir. Hər bir belə qab üçün nisbəti məhlulun təbiətindən asılı olmayaraq dəyişməz kəmiyyət olub qəfəs sabiti adlanır. Adətən qəfəs sabitini tapmaq üçün S və ℓ-i ölçmək əvəzinə xüsusi elektrik keçiriciliyi dəqiq məlum olan standart məhluldan (KCl) istifadə edirlər.
K = kKCl RKCl
Məhlulları bir-biri ilə xüsusi elektrik keçiriciliyinə görə müqayisə etmək çətin olur, çünki bu məhlulların qatılıgı həmişə eyni olmur. Bu məqsədlə daha əlverişli kəmiyyət olan molyar elektrik keçiriciliyindən 𝜆 (ekvivalent elektrik keçiriciliyi) istifadə edirlər.
Elektrodlar arasında məsafə 1sm olan və daxilində 1q-ekv. Elektrolit həll olmuş maye sütununun elektrik keçiriciliyinə molyar elektrik keçiriciliyi (λ) deyilir. Beləliklə, xüsusi elektrik keçiriciliyindən fərqli olaraq molyar elektrik keçiriciliyi məhlulun vahid həcminə deyil, vahid kütləsinə aid edilir.
Xüsusi və molyar elektrik keçiriciliyi bir-biri ilə aşağıdakı tənliklərlə əlaqələnir:
Burada c-məhlulun molyar və ya ekvivalent qatılığıdır.
Məhlulların elektrik keçiriciliyi bir çox amillərdən asılıdır:
Elektrolitin təbiətindən
Elektrolitin qatılığından
Həlledicinin özlülüyündən
Dielektrik nüfuzluğundan
Temperaturdan
Elektrolitlərin xüsusi elektrik keçiriciliyinin k qatılıqdan asılılıq qrafiki (1 – H2SO4, 2 – KOH, 3 – CH3COOH)
Molyar elektrik keçiriciliyinin qatılıqdan və durulaşmadan asılılıq qrafikləri:
Məhlulun xüsusi elektrik keçiriciliyi temperaturdan asılıdır: temperaturun 10C yüksəlməsi xüsusi elektrik keçiriciliyinin 2 – 3 % artmasına səbəb olur.
Molyar elektrik keçiriciliyi qatılıq artdıqca azalır. Sonsuz durulaşmış məhlulda ekvivalent keçiricilik maksimal qiymət alır, çünki zəif elektrolitlərdə sonsuz durulaşma zamanı məhlulun özlülüyü azalır, dissosiasiya dərəcəsi isə artır. Sonsuz durulaşmış məhlulun molyar elektriuk keçiriciliyi λ∞ ilə işarə olunur.
Λ∞ elektrolitin xassəsini xarakterizə edən əsas kəmiyyətlərdən biridir. Qüvvətli elektrolitlər üçün ekvivalent elektrik keçi-riciliyinin zəif və qüvvətli elektrolitlərin qatılığından asılılığı Kolrauşun təklif etdiyi empirik formul ilə verilir.
Burada A – empirik sabit olub, həlledicinin təbiətindən və temperaturundan asılıdır.
Zəif elektrolitlərdə λ ∕ λ∞ nisbəti dissosiasiya dərəcəsinə bərabərdir.
Qüvvətli elektrolitlərdə isə λ ∕ λ∞ kəmiyyəti elektrik keçiricilik əmsalı adlanır.
Sonsuz durulmuş məhlullarda qüvvətli elektrolit tam dissosiasiya edir və ionlar arasında qarşılıqlı təsir nəzərə alınmır. Hər bir ion başqa ionlardan asılı olmayaraq hərəkət edir.
Ekvivalent elektrik keçiriciliyinin zəif və qüvvətli elektrolitlərin qatılığından asılılığı Kolrauş tərəfindən müəyyən edilmişdir. Kolrauş qanununa görə (ionların müstəqil hərəkət qanunu) sonsuz durulmuş elektrolit məhlulunun maksimal keçiriciliyi iki həddin cəmi kimi göstərilə bilər.
- anionların və kationların sonsuz durulmuş məhlulda ekvivalent elektrik keçiriciliyidir. Beləliklə, məhlulların elektrik keçiriciliyini ölçməklə tənliyinə, zəif elektrolitlərin dissosiasiya dərəcəsinə və Ostvaldın durulaşdırma qanununa əsasən dissosiasiya sabitini aşağıda verilən tənliyin köməyi ilə hesablamaq olar:
Dostları ilə paylaş: |