4.2. Meyarlar sisteminin formalaşdırılması
Kriterial analiz (meyarların təhlili) sistemi aşağıdakı meyarlar əsasında formalaşdırılır:
1. Məsələnin düzgün həllini və tələb olunan nəticəni əldə etmək üçün məqsədin formalaşdırılması;
2. Variantların-alternativlərin xarakteristikasını təsnifləşdirmək;
3. Lazımi meyarı-kriteriyanı seçmək;
Kriterial sistemə qoyulan tələblər aşağıdakılardır:
1. Məqsəd və meyar əsaslandırmalıdır
2. Kritik xarakteristikaya, yəni meyara, dəyişən varianta qarşı münasibət olmalıdır;
3. Meyarlar hesablanan olmalıdır;
4. Maksimumluq və minimumluq kriterial sistemdə seçilən variantı tam şəkildə təsvir etməlidir.
5. Dekompozisiya vektor meyarı digərlərindən asılı olmayaraq, məsələnin həllini sadələşdirir. Bu zaman məsələ meyarların üstünlüyünə görə təyin olunur.
Hər bir məsələnin həlli zamanı meyarların sərbəst olub-olmaması yoxlanılır və aşağıdakı kimi ifadə olunur:
Əgər (burada, və alternativ və mümkün həllər çoxluğudur) üçün , olanda, olar;
s və t variantları üçün olarsa,
olar. Bu zaman, , olur.
Əgər olarsa, onda vektor meyarı o biri meyarlardan üstün olar.
Meyarın üstünlüyünə görə bir məsələnin həlli zamanı sayda meyardan sayda birmeyarlı məsələnin həllinə sərbəst şəkildə keçilə bilər. Məsələn, əgər meyar kimi xərc, gəlir, etibarlılıq, sığorta anlayışlarından istifadə olunarsa, onda (digər meyarlardan asılı olmayaraq) ekstremal qiymətlər üstünlük təşkil edər. Əgər meyar eyni hüquqlu obyektlərin strukturunu müəyyən edirsə, onda, məsələn, insanın hündürlüyü və çəkisi, şəhərdə yerüstü və yeraltı nəqliyyatın keyfiyyəti, atom-istilik və hidroelektrik stansiyaların sayı bir-birindən üstünlük dərəcələrinə görə fərqlənirlər.
Qeyd etmək lazımdır ki, hətta cüzi üstünlüyə görə asılı olmayan tezlik meyarından asılı olan tezlik meyarına keçmək mümkündür.
Dostları ilə paylaş: |