Problemli təlim metodu – şagirdlərin məntiqi təfəkkürünün inkişafına təkan verir. Problem o zaman yaranır ki, ziddiyyət olsun. Ziddiyyətin həll edilməsi problemli təlim metodu sayəsində baş verir. Məsələn, informasiyanın ölçülməsi mövzusunu keçərkən şagirdlərə belə bir suallarla müraciət etmək olar:
İnformasiyanın miqdarı 1 bitdən kiçik ola bilərmi?
Əgər bir simvol 1 baytla ölçülürsə, onda bəs 1 bitlə nə ölçülür? Axı hərfin səkkizdə birini bitlə ölçmək mümkün deyil.
Sonra isə evristik metodla problemin həlli tapılır.
Proqramlaşdırılmış təlim metodu kompüterin yaddaşında və ya proqramda qabaqcadan tərtib edilmiş materiala əsaslanır.
İnformatika dərslərində tətbiq edilən metodların bəzi cəhətlərin qeyd edək. Təlimin ilk illərində klaviatura və mausla işi öyrədərkən reproduktiv metodlardan istifadə etmək səmərəlidir. Müəllim şagirdlərin hər birinə yaxınlaşaraq onlara əllərini düzgün qoymağı öyrətməlidir. Bu zaman müəllim lokal şəbəkə vasitəsilə şagirdlərin hər birinin işinə nəzarət edə bilər və ya proyektorla öz işini nümayiş etdirər.
İnformatikadan təlim metodlarının səmərəli seçilməsi bir sıra şərtlərdən asılıdır – müəllimin nəzəri və praktik hazırlılığı, şagirdlərin
real dərkemə qabiliyyəti,
mövcud əyani vəsait, texniki avadanlıqlar, materialın öyrənilməsinə ayrılan vaxt və s.