Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"



Yüklə 74,17 Kb.
səhifə16/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
ITM Mühazirə 1.

Müəllimin nümayiş eksperimenti
İnformatikanın tədrisində nümayiş eksperimentinin əhəmiyyəti

Orta məktəbdə informatikanın tədrisinin keyfiyyətini yüksəltmək və onun həyatiliyini təmin etmək dövrün ən vacib məsələlərindəndir. Bu məsələ informatika kursunun məzmunu ilə yanaşı, tədris metodları qarşısmda da ciddi tələblər qoyur.

Dərsin qarşısında qoyulan mühüm tələblərdən biri təlim prosesində şagirdlərin fəallığını təmin etməkdən ibarətdir.


Qavrama prosesində nə qədər çox xarici hiss iştirak etsə, mənimsəmə də bir o qədər şüurlu və möhkəm olar. Bu baxımdan nümayiş şifahi şərh metoduna nisbətən irəliyə doğru bir addımdır. Burada şagirdlərin eşitmə təəssüratına bir də görmə təəssüratı əlavə olunur; bunun nəticəsində şagirdlərin diqqəti artır, fəallığı yüksəlir və öyrənilən material hafizədə daha möhkəm qalır.
Müəllim informatika kursunun bu və ya başqa mövzusunu nə qədər gözəl və məharətlə izah etmək bacarıqlarına malik olsa da, dərsdə məsələlərin həllinin kompüterdə reallaşdırılmasıni nümayiş etdirməsə, yüksək keyfiyyətə nail ola bilməz.
Müəllimin şərhi bir qayda olaraq proqramda göstərilən əsas təcrübələrin nümayişi ilə müşayiət etdirilməlidir.
Məktəbdə informatikanın tədrisinin keyfiyyəti müəllimin gündəlik dərslərdə nümayiş etdirəcəyi materialın diqqətlə hazırlanmasından və onları məharətlə nümayiş etdirməsindən xeyli asılıdır. Nümayiş metodunun əhəmiyyəti pedaqogika kursunda ətraflı izah etdirilmişdir. Biz məktəb informatika eksperimentinin müəllimin təcrübə nümayişi və şagirdlərin labotoriya işi kimi iki növü arasındakı qarşılıqlı münasibət üzərində dayanmağı lazım bilirik.
Laboratoriya məşğələsində hadisənin baş verməsi üçün lazım olan şəraiti şagirdlər özləri yaradır. Hadisəni özləri əmələ gətirir, müşahidələr aparır və tələb olunan məsələləri kifayət qədər öyrənirlər. Müəllimin təcrübə nümayişində isə şagirdlər müşahidəçi olaraq qahrlar. Buradan belə bir sual çıxır: nümayiş eksperimentini laboratoriya işi ilə əvəz etmək olarmı və bu, nə qədər məqsədəuyğun sayıla bilər?
Aşağıdakı mülahizələrə əsasən inanmaq olar ki, nümayiş eksperimentini heç bir zaman laboratoriya işi ilə əvəz etmək olmaz:


  1. Şagirdlərin diqqətini istiqamətləndirməyə müəllimin fəal rəhbərlik etməsi tələb olunduğu bütün hallarda eksperimentin nümayiş forması əvəzedilməz metod hesab olunur. Təcrübədə məqsəd yalnız müşahidə edilən hadisəni ətraflı öyrənmək deyil, əsas

məsələ bir sıra eynicinsli hadisələr arasındakı qanunauyğunluğu müəyyən etməkdən ibarətdir. Bu isə, müəyyən mücərrədləşdirmə vərdişi tələb edir. O, inkişafın bütün mərhələlərində və hər zaman şagirdlər tərəfindən müstəqil olaraq yerinə yetirilə bilməz.



2.İnformatika kursunun tədrisində elə təcrübələr vardır ki, müəllimin yazılı göstərişinə və iş prosesində bilavasitə köməyinə baxmayaraq, laboratoriya işi ilə məşğul olan ayrı-ayrı şagird qruplarının aldığı nəticələr məzmun və vaxt etibarı ilə müxtəlif olur; bu hal bütün sinfin işdən ümumi nəticənin birgə çıxarmasını çətinləşdirir. Belə təcrübələrin nümayişlə aparılması məqsədə daha uyğundur.


  1. Bir sıra hadisələri (məsələn, əsas və köməkçi hissələrini, şəbəkə qurğuları və topologiyaları) öyrədərkən onları şagirdlərə böyük ölçüdə göstərmək daha effektli olur.

Laboratoriya məşğələlərində bütün şagird qruplarının eyni vaxtda hadisələri böyük ölçüdə icra etməsi həm kompüterlərin sayına, həm də başqa səbəblərə görə (məsələn, bütün qrupları güclü cərəyanla təmin etmək lazım gəlir) çətin olur. Belə halda təcrübə nümayişi daha əlverişlidir.

  1. Bəzi təcrübələrin aparılması üçün bahalı qurğular və ya məktəbdə cəmi bir nusxə olan proyektor tələb olunur. Aydındır ki, belə təcrübələr yalnız nümayiş yolu ilə aparılmalıdır.

  1. Bir sıra hadisələrin göstərilməsi qabaqcadan müəyyən hazırlıq, bacarıq, vərdiş, həmçinin son dərəcə ehtiyatlı olmağı tələb edir. Bunlara riayət edilmədikdə qurğular sınıb xarab ola bilər və ya təhlükə baş verə bilər. Belə slaydları müəllim özü nümayiş etdirməlidir.

6.Laboratoriya işi slayd nümayişinə nisbətən çox vaxt aparır. Orta məktəb proqramının nəzərdə tutduğu proqramın icra nümayişlərini laboratoriya işləri ilə əvəz etmək tədris planında göstərilən saatlardan xeyli artıq vaxt tələb edərdi. Buna nə imkan nə də ehdiyac vardır.

Beləliklə, orta məktəbdə nümayiş və laboratoriya eksperimenti bir-birinin inkar və ya əvəz etməməlidir, bunlar bir-birini tamamlamalıdır.


Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin