Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"


Bilik və bacarıların formalaşdırılması



Yüklə 74,17 Kb.
səhifə11/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
ITM Mühazirə 1.

Bilik və bacarıların formalaşdırılması dərsində adətən bir neçə didaktik məqsəd olur – bunlar keçilən materialın təkrarı və yeni materialın öyrədilməsi, biliklərin praktik tətbiqinin təşkili, bacarıq və vərdişlərin formalaşdırılmasına nəzarət və korreksiyadır. Belə dərslərin quruluşu bir-birindən kəskin fərqlənə bilər. Bu tip dərslərdə müəllim şagirdlərin tədris fəaliyytinin təşkili üçün böyük təşkilati və idarəedicilik fəaliyyətini yerinə yetirir, çünki şagirdlər müxtəlif səviyyədə bacarıq və vərdişlərə malik olurlar. Belə dərs tipinə kompüterlə işin öyrədilməsi dərslərini aid etmək olar.
Biliklərin təkrarı və mübadiləsi, yoxlama,mürəkkəb,fəal dərslər.

Biliklərin təkrarı və ümumiləşdirilməsi dərsində əsasən iki didaktik məqsəd qarşıya qoyulur - əsas tədris materialının mənimsənilməsi səviyyəsinin ümumi şəkildə yoxlanılması və rüblük, illik və ya ayrıca bölməyə aid materialın təkrarı. Belə dərslərdə müəllim tədris materialının ən vacib, başlıca mövzularının üzərində dayanır, onları digər mövzularla əlaqələndirir və s. Məsələn, kompüter t.v.- nin öyrədilməsi üçün belə bir dərsdə istifadə oluna bilən aşağıdakı cədvələ baxaq.


Funsiya

insan




kompüter













Informasiyanın

yaddaş




Yaddaş

saxlanması







qurğuları










Informasiyanın

Beyin, düşünmək

prosessor

emalı






















Informasiyanın

Hissiyyyat




Daxiletmə

qəbulu

orqanları




qurğuları













Informasiyanın

Danışıq

dili,

Çıxış qurğuları

ötürülməsi

hərəkət orqanları















Belə cədvəlləri tərtib edərkən müəllim ümumiləşdirmə və sistemləşdirmə metodlarından istifadə edərək, ümumiləşdirmə zamanı nəyin əsas götürüldüyünü müəyyən etməli, şagirdlərə əvvəlcə bir-birindən fərqli, sonra isə oxşar situasiyalarla bağlı çalışmalar verməlidir.



Yoxlama dərsinin məqsədi şagirdlərin bilik səviyyələrini üzə çıxarmaq, onların kompüterdə iş vərdişlərinə necə yiyələndiklərini müəyyən etmək və s.-dir. Bu dərslərin təxmini quruluşu belədir:


  • Dərsin məqsədi aydınlaşdırılır.

  • Yoxlama işinin məzmunu ilə tanışlıq.

  • Yoxlama tapşırığının yerinə yetirilməsi.

  • İşin icrasına nəzarət.

  • Yoxlamanın yekunlaşdırılması.

  • Ev tapşırığının verilməsi.

Mürəkkəb dərslərdə həm keçmiş, həm də yeni mövzuya vaxt ayrılır. Belə dərslərin təxmini quruluşu belədir.

  • Ev tapşırıqlarının yoxlanılması.

  • Keçmiş mövzunun soruşulması.

9. Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqənin yaradılması.

  1. Yeni mövzunun izahı.

  2. Yeni mövzu üzərində iş.

  3. Dərsin yekunu və ev tapşırıqlarınn verilməsi.


Fəal dərs hazırda tədris prosesində ən çox tətbiq olunan dərs tipidir. Bu dərs tipi aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Motivasiyanın yaradılması və tədqiqat sualının qoyuluşu;

  2. Tədqiqatın aparılması;

  3. Məlumat mübadiləsi və müzakirəsi;

  4. Ümumiləşdirmə və nəticə;

  5. Yaradıcı tətbiqetmə;

  6. Qiymətləndirmə.

Pedaqoji fəaliyyətdə göstərilən dərs tiplərindən başqa, xeyli sayda qeyri-standart dərs tipləri də mövcuddur. Onlara misal olaraq, işgüzar oyunlar dərsi, yarış dərsləri, səhnələşdirilmiş teatr dərsləri, kompüter dərsləri, ekskursiya dərsləri, hazırcavablar dərsləri, yaradıcı-hesabat dərsləri, konfrans dərsləri və s. göstərmək olar. Xüsusən interaktiv dərslərin müxətlif model və formalarından son zamanlar çox istifadə olunur. Onlardan bilik mübadiləsi, nömrə-lənmiş iştirakçılar, ekspertlər, televizor, burulğan, dialoq-mübahisə, debat və s. modellərini və tənqidi təfəkkürü formalaşdıran, münaqişə həlli vərdişlərini inkişaf etdirən, metoforik (emosional-obrazlı) təfəkkürü inkişaf etdirən və s. formaları göstərmək olar. Qeyri-standart dərslərdən biri olan Bilik mübadiləsi dərsini nəzərdən keçirək.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin