nasoslar turşu, qələvi, duz məhlullarını və digər elektrikkeçirən mayeləri nəql
etmək üçün də yararlıdır.
Hidrodinamik-maqnitli nasoslar vasitəsilə maye axını dəyişən elektromaqnit
sahəsi vasitəsilə nəql edilir.
9.12 Boru kəmərləri
Boru kəmərlərinin əhəmiyyəti barədə.......
Flyəns birləşmələri harada qoyulur.............
Təhlükəli maddələr nəql olunan boru xətlərinin flyəns hissələrini “kojux”-
köynək vasitəsilə mühafizə edirlər.
Buxar, sıxılmış hava sex binalarına yüksək təxyiq altında daxil olur. Boru
və aparatların partlayış verməsinin qarşısını almaq üçün təzyiqi aşağı salmaq lazım
gəlir. Bunu reduksiyalı klapanlar vasitəsilə edirlər.
Tənzimlənmiş işçi təzyiq müəyyən səbəbdən arta bilər. Aşağı
təzyiq
saxlamaq üçün reduksionlu ventilin arxasında xəttin üzərində qoruyucu klapan
quraşdırılır. Bir neçə boru kəməri bir yerdə quraşdırıldıqda aktiv kimyəvi maddələr
olan xətlər digərlərindən aşağıda quraşdırılır.
Rlə xətlər var ki, onları yan-yana
quraşdırmaq olmaz. Məsələn, xlor xəttini yanğına qarşı su xətti ilə, tezoksidləşən
üzvi maddələri azot turşusu ilə və s.
Maye qaz xətlərinin yanında yanan maddələrin xətləri quraşdırılarkən onlar
həm izolə olunmalıdır və həm də bu xətlər arasında ən azı 0,5 m məsafə olmalıdır.
Tez donan, bərkiyən və kristallaşan (benzol. oleum və s.)
maddələrin boru
xətlərini “sputniklərlə”-isti su və ya buxar xətləri ilə birgə quraşdırırlar. Belə halda
“sputnik” və qızdırmalı olan xətt bir yerdə izolə olunur.
Bütün boru xətlərini fərqləndirici rənglə rəngləyirlər-buxar xəttini qırmızı,
su xəttini yaşıl, hava xəttini göy və s. Boru xətlərinin hansı rənglə rənglənməsi
həmin sahə üzrə qaydalarla müəyyənləşdirilir.
Dostları ilə paylaş: