3. SSRİ 70-80- cı illərdə. Neostalinizm Rejiminböhranı 1965-ci ilin mart və sentyabr aylarında keçirilmiş iqtisadi islahatlar da əsaslı nəticə vermədilər. 1970-ci il üçün sənayedə müəyyən irəliləyiş olsa da, (1966-1970-ci illərdə sənayistehsalı1,5 dəfə artmışdı) Kənd təsərrüfatında islahat tam uğursuzluqla nəticələndi.
L.Brejnevin ölkərəhbərliyinə gəlməsi ilə Xruşşovun "mülayimləşmə" siyasətinə son qoyuldu. Stalin dövrünün siyasi rejiminə rəvac vermək dövrü başlandı. Bəzi ədəbiyyatlarda bu dövr "neostalinizm" (yeni stalinizm), "qızıl əsr" kimi də qiymətləndirilir. Bu dövrdə Stalini ittiham etməndən əl çənildi, partiya- dövlət nomennlaturasıənənəsi gücləndirildi, "Kadrların sabitliyi" xətti irəli sürüldü. Xruşşov dövründə irəli sürülmüş bir sıra tədbirlər ləğv edildi və pislənildi. Partiya və dövlət aparatı getdincəşişməyə başladı. 1983-cü ildə idarə aparatında çalışanların sayı 18 milyon nəfərəçatdı. Demən olar ni, hər 6-7 nəfərə bir nəfər idarə edən düşürdü. Beləlinlə, Stalin dövründəni inzibati-amirlin sisteminin davamı olan inzibati-bürokratik sistem formalaşdı. "Partiyanın birliyi uğrunda mübarizə" şüarı altında "baş xətt"lə uyğun gəlməyən bütün ideyalar, nöqteyi-nəzərlər boğuldu, tənqid vəözünütənqid heçə endirildi. Brej- nevin şəxsiyyəti hədsiz dərəcədə fetişləşdirildi. Bütün sahələrdə, o cümlədən dövlət aparatında partiyanın nəzarəti gücləndirildi. SSRl-nin 1977-ci il oktyabrın 7-dəqəbul edilmiş Konstitusiyasının 6-cı maddəsində Sovet cəmiyyətində Kommunist partiyasının rəhbəredici və istiqamətverici rola malik olduğu təsbit olundu. Onun "siyasi sistemdə başlıca qüvvə" olduğu göstərildi. beləlikiə, öikədə hakimiyyətin real olaraq kommunist partiyasına məxsus olduğu hüquqi əsas aldı.
Bu dövrdə siyasi həyatda ordunun və təhlükəsizlik orqanlarının rolu daha da artdı. Müdafiə proqramının maliyyələşdirilməsi xeyli yüksəldi. Dissident hərəkatmm güclənməsi, sosial gərginliyin artması iləəlaqədar təhlükəsizlik orqanlarının möhKəmləndiril- məsinə xüsusi qayğı göstərildi.
Beləlikiə, köhnə siyasi rejimin qorunub saxlanılmasıölkəhəyatının bütün sahələrində durğunlu- ğa gətirib çıxardı, sözlə iş, nəzəriyyə ilə təcrübə arasında dərin uçurum yarandı. "İnkişaf etmiş sosializm cəmiyyəti"nin qurulduğu elan olunmuşÖİkə so-sial-iqtisadi böhranla üzləşdi.
1981-1985-ci illərdə sənaye və Kənd təsərrüfatı məhsulları istehsalı1966- 1970-ci illərə nisbətən təqribən 2,5-3 dəfə aşağı düşdü. Kapital qoyuluşu, əmtəə dövriyyəsi, əməK məhsuldarlığı və milli gəlir də xeyli azaldı. ÖİKəni böhran vəziyyətindən xilas etməK üçün əsaslı tədbirlər görməK zərurətəçevrildi. L.Brejnevdən sonra Y.V.Andropovun (noyabr 1982 - fevral 1984) və sonra isə K.İ.ÇernenKonun (fevral 1984 - mart 1985) rəhbərliyə gəlməsi ilə də vəziyyət düzəlmədi. 1985-ci ilin martında rəhbərliyə M.S.Qorbaçov gətirildi.